Read More9
Read More9

Vakansiya: Böyük Mühasib – Gilan Holding

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

Böyük Mühasib, Konsolidasiya, hesabatlıq, Mühasibatlıq, təcrübə proqramı Gilan Holding Vakansiya Auditor Baş Maliyyə MütəxəssisiVakansiya: Böyük Mühasib / İşəgötürən: Gilan Holding.

İş barədə məlumat

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Debitor və kreditor hesablaşmaların aparılması;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və digər əməliyyatların aparılması;
  • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət edilməsi;
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Vergi bəyannamələrini, e-qaimə, VHF tərtib edilməsi, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.


Namizədə tələblər

  • Ali təhsil (Mühasibat uçotu, Maliyyə);
  • 1C, MS Office proqramlarını yüksək səviyyədə bilməlidir;
  • Baş mühasib kimi ən azı 5 illik iş təcrübəsi olmalıdır;
  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Beynəlxalq mühasibat standartlarını bilməlidir.

CV-lərinizi / ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az

Online kassa aparatlarının quraşdırılması sistemi işə düşməyə başlayır

posted in: Xəbər | 0

elektron kassalar e-kassaAzərbaycanda əhalinin və sahibkarların maraqla gözlədiyi vergi yeniliyi – online kassa aparatları-nın quraşdırılması sistemi işə düşməyə başlayır. Artıq bu sistemin Vergilər Nazirliyinin müvafiq məlumat bazalarına inteqrasiyası işləri başlayıb.

Vergilər Nazirliyi “Online kassa informasiya sistemi”nin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS-ə) inteqrasiya edilməsi işlərinin yerinə yetirilməsi üzrə tenderə yekun vurub.

Tenderin qalibi “Cybernet” MMC olub. Bu işlərin görülməsi 559 min manta başa gələcək.

Qeyd edək ki, mal və xidmətlərin alınması zamanı ödənilən ƏDV-nin 10-15%-nin əhaliyə geri qaytarılması da məhz online kassa aparatlarının işə düşməsindən sonra başlayacaq.

Mənbə: fed.az



Vergilər naziri və müavinlərinin oktyabrda qəbul günləri açıqlandı

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıMərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında bölgələrdə keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb. (Vergilər naziri)

Siyahıya əsasən, Vergilər naziri Mikayıl Cabbarov oktyabrın 18-də Sumqayıt şəhərində Abşeron, Siyəzən, Sumqayıt, Xızı, Qubadlı, Zəngilan, Şuşa rayonlarının sakinlərini qəbul edəcək.

VN birinci müavini Sahir Məmmədxanov Masallıda vətəndaşları qəbul edəcək. Oktyabrın 15-də keçiriləcək qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonlarının sakinləri iştirak edə biləcəklər.

VN müavini Sahib Ələkbərov oktyabrın 24-də Hacıqabulda vətəndaşların müraciətlərini araşdıracaq. Qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarının sakinləri dinləniləcək.

Vergilər nazirinin müavini Mətin Eynullayev oktyabrın 21-də vətəndaşları Bərdə şəhərində qəbul edəcək. Görüşdə, həmin rayonla yanaşı, Mingəçevir, Yevlax, Şəki, Ağdam və Tərtər sakinləri iştirak edəcəklər.

Mənbə: vergiler.az



Vakansiya: Mühasib köməkçisi – Altus Engineering Company

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

Baş mühasib köməkçisi, vakansiyaVakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Altus Engineering Company.

İş barədə məlumat

  • Gündəlik məlumatların 1C bazasına yerləşdirilməsi.
  • E-qaimələrin(VHF) yazılması.
  • Mühasibatlığa aid kargüzarlıq işlərinin aparılması, sənədlərin müvafiq qovluqlara yerləşdirilməsi.
  • Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, qayimələri, aktları tərtib etmək.
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Namizədə tələblər

  • Təhsil: Ali (Maliyyə və İqtisadiyyat üzrə)
  • Təcrübə: Minimum 1 il
  • Dil: Azəri, İngilis, Rus (sərbəst danışıq)
  • Komputer bilikləri: MS Office proqramları , 1C 8.3,

Müraciət etmək üçün CV-lərinizi / ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az


error: Content is protected !!