“Minimum əmək haqqı vergidən azad edilməlidir”
“Bu aydan ölkəmizdə minimum əmək haqqı 250 manata çatdırılıb. Həmin məbləğ minimum olsa da belə, gəlir vergisinə cəlb olunmaqdadır”.
Bunu iqtisadçı Vüqar Bayramov bildirib.
İqtisadçı deyib ki, mövcud qanunvericiliyə əsasən, qeyri-neft və qeyri-dövlət sektorunda çalışmaya, güzəştli kateqotiyaya düşməyən işçi ilə 250 manatlıq əmək müqaviləsi bağlanıbsa, ona ödənilən pul daha az olur:
“Qanunvericiliyə əsasən, həmin əməkhaqqından 7 manat ((250 manat-200 manat) x 14 faiz) – gəlir vergisi, 7,50 manat ((250 manat x 3 faiz) – sosial ayırma və 1,25 manat (250 manat x 0,5 faiz) – işsizlikdən sığorta tutulur. Bu zaman işçiyə ödəniləcək məbləğ 234,25 ((250 manat -7 manat- 7.50 manat -1.25 manat) manat olacaq. Deməli, minimum əmək haqqı məbləğinə uyğun müqavilə bağlayan işçi 250 manat deyil, 234 manat 25 qəpik alacaq”.
Bax:
-
Azərbaycanda daha bir icbari sığorta növü elektronlaşdırılıb
-
Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib
Ekspert qeyd edib ki, sosial ayırmaların həyata keçirilməsi işçinin pensiya təminatı üçün vacib olduğundan sosial ödənişlər anlaşılandır:
“Onsuz da minimum əmək haqqıdan alınan gəlir vergisi büdcədə ciddi paya malik deyil. Buna görə də, minimum əmək haqqının gəlir vergisindən azad edilməsinə ehtiyac var. Bu baxımdan, fiziki şəxslərin gəlir vergisindən azad olunan hissənin 200 manatdan 300 manatadək artırılması daha məqsədəuyğun olardı. Doğrudur, Vergi Məcəlləsində vergidən azad olunan məbləğ minimum əmək haqqı ilə əlaqələndirilməyib. Qeyri-neft və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 8 min manatdan az olanların növbəti 7 il müddətində belə güzəştlərdən istfidə etdiyini nəzərə alsaq, o zaman digər sektorlarda vergidən azad olunan məbləğin artırılmasına ehtiyac var. Bu minimum əmək haqqı səviyyəsində maaş alan vətəndaşın daha çox əməkhaqqı almasına səbəb olar”.
Mənbə: modern.az

Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra 2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda muzdlu işlə əlaqədar çalışan və gəlirləri 8.000 manata qədər olan şəxslər üçün gəlir vergisi 0 faiz dərəcəsi ilə tutulur. Bu güzəşt Vergi Məcəlləsinin 101.1-1 maddəsi ilə tənzimlənir. Lakin bəzən yerlərdə bu maddənin düzgün tətbiqinə mane olan səhv izahlarla qarşılaşırıq. Bu cür səhvlər əksər hallarda işçi iki və ya daha çox iş yerində çalışdığı zaman baş verir. Məsələn, ikinci (əsas olmayan) iş yerində işçiyə bildirirlər ki, sizin əsas iş yerinizdə gəlirinizin həcmini və ya əsas iş yerinizin neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid olmasını dəqiqləşdirə bilmədiyimiz, əsas iş yeriniz barədə təqdim etdiyiniz məlumatları yoxlaya bilmədiyimiz üçün sizdən köhnə qaydada, yəni Məcəllənin 101.1 maddəsinə əsasən gəlir vergisi tutulacaq. Maliyyə mütəxəssisi, ekspert Vüqar Mirheydərov qaldırılan suallara aydınlıq gətirib:
Bu ilin yanvar-iyul aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakıda işçilərin orta aylıq əmək haqqı 3,7 faiz artaraq 819,4 manat olub.
Vergilər Nazirliyi öz fəaliyyətində açıq informasiya siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu baxımdan vergi ödəyicilərinin məlumatlandırılması və ictimaiyyətlə əlaqələr sahəsində əsas kommunikasiya vasitələrinin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir.