Read More9
Read More9

Sizi varlı edə biləcək 17 vərdiş (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

vərdişSizi varlı edə biləcək 17 vərdiş (2-ci hissə)

1-ci hissəni oxumaq üçün bu keçidə daxil olun

Gəlirlərinizi artırmaq, varlı olmaq üçün həyata yanaşmanızı dəyişdirin.

  • Pul əmanəti toplayın

Qənaətcillik sizi milyoner etməyəcək, amma iflasdan qurtarmağa kömək edə bilər. Fors-major vəziyyətlər üçün elementar yatırımlarınız, ehtiyatınız olmasa, fövqalədə hallarda, məsələn, xəstəlik və ya işdən çıxarılma zamanı, heç olmasa qidalanmaqdan ötrü siz borca girməyə məcbur olacaqsınız.

  • Əlavə qazancınız olduqda onu ehtiyac üçün saxlayın

Adamlar xalq müdrikliyindən bəhs edən sitatları çox sevirlər, amma “yelnən gələn, elə yel ilə də gedər” kimi ibarəni nədənsə “qəpik manatı qoruyur” ifadəsindən daha tez-tez işlədirlər. Buna baxmayaraq, pul ehtiyatı yaratmaqla bağlı məsləhət, hansı ki, qəfildən ortalığa çıxıb, həqiqətən bizləri varlandıra bilər.

Gözlənilməz mükafat, qonorar, hədiyyə və ya digər mənbələrdən gələn vəsaitləri asanlıqla arxaya atmaq olar, çünki bunlar onsuz da büdcədə nəzərdə tutulmayan məbləğdir. Özü də bu zaman ehtiyatınız artacaq və siz sərvətə doğru bir addım da irəlidə olacaqsınız.

  • Pulları işləməyə məcbur edin

Nə qədər ki, pulları sadəcə toplayırsınız, onlar onsuz da inflyasiya nəticəsində azalmaqda davam edir, onların real alıcılıq qabiliyyəti aşağı düşür. Bunun baş verməməsi üçün pulları ən azından yığım hesabına yatırmalısınız ki, heç olmasa üzərinə faizlər gəlsin, həmin faizlər inflyasiyanı qabaqlaya da bilər. Amma, bu da qazanc üçün alət deyildir.

Pullardan qazanc götürmək üçün onları sərmayə kimi yatırmaq lazımdır. Düzdür, buna görə investisiya yatırımları etməkdən ötrü müxtəlif variantları nəzərdən keçirmək lazım gələcək. Çünki yığdığınız pulları itirmək təhlükəsi də yarana bilər.

Kapital artımı üçün bir gəlir mənbəyi yetərli deyil, ən azından üç mənbə lazımdır.

Özü də bu zaman ikinci və ya üçüncü iş yeri axtarmaqdan söhbət getmir. Siz səhmlərə pul yatıra bilərsiniz, daşınmaz əmlakı icarəyə verə və ya kənar şirkətdə partnyor da ola bilərsiniz.

  • Düzgün kumirlər axtarın

Super-qəhrəmanlarla fəxr etməyi bizlərə heç kim qadağan etmir, lakin rollarda iştirak edən modellərdənsə, xüsusi qabiliyyətlərə malik daha ədəbi personajlar axtarıb tapmaq lazımdır, hansı ki, onlara baxıb inkişaf etmək olar.

Uğurlu biznesmenlər arasında çox güman ki, sizi ruhlandıran bir neçə insanı tapmaq olar. Məhz, belələri bu həyatda heç nəyin mümkünsüz olmadığını sübut edə bilirlər. Deməli, siz də uğura çata bilərsiniz.

  • Özünüzə investisiya yatırın

Necə varsınızsa, yəni, inkişaf etmək istəmirsinizsə, onda siz yalnız miras əldə edə bilərsiniz. Yaxşı gəlir əldə etmək üçün isə siz həmişə inkişaf etməlisiniz. Bu yüksək maaşla muzdlu işçi olaraq qalmaq istəyən üçün də, öz işini qurmaq istəyən şəxsdən ötrü də çox mühümdür.

Kurslar, seminarlar, treninqlər, səyahət, görüşlər – bu boş yerə pul xərcləmək demək deyil. Belə də siz daha ağıllı, təcrübəli, fərasətli olursunuz ki, bu da sizin qazancınızda da özünü göstərəcək. Treninq və seminarlara gəldikdə, siz bunları aparanlar sırasından daha təcrübəli olanları seçməlisiniz.

  • Oxuyun

Xüsusi ədəbiyyatı oxumaq – minimal xərclə bunu internetdən də yükləyə bilərsiniz. Bu sadə bir üsuldur. Belə etsəniz, siz başqalarının səhvlərindən də yararlana bilərsiniz, onların öz bizneslərinin müxtəlif növlərini necə inkişaf etdirdiklərini, düşdükləri müəyyən çətin vəziyyətlərdən necə çıxdıqlarını öyrənməklə, siz belə vəziyyətlərdən sığortalana bilərsiniz.

Bu təcrübə sizə bir kitabın dəyərinə başa gələ bilər, halbuki müəlliflər ola bilsin ki, buna milyonlar xərcləyiblər.


2-ci hissəni bu keçidə daxil olmaqla oxuya bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vərdiş, vərdiş, varlı

ƏDV hesabatı “0” dərəcəyə görə necə verilməlidir?

posted in: Vergi, Xəbər | 0

torpaq vergisiƏDV hesabatı “0” dərəcəyə görə necə verilməlidir?

ƏDV ödəyicisi olan müəssisənin müştərilərinin əksəriyyəti vergiyə “0” faiz dərəcəsi ilə cəlb olunur. Müəssisə bu halda Əlavə Dəyər Vergisi hesabatını “0” dərəcəyə görə verdikdə hansı addımları atmalıdır? “0” faiz dərəcəsi üzrə sertifikatı necə icra etməlidir?

Suallarla bağlı Vergilər Nazirliyinin şərhində bildirilib ki, hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən, podratçı tərəfin və onun xarici subpodratçısının Saziş çərçivəsində gördükləri işlərin və göstərdikləri xidmətlərin əlavə dəyər vergsindən azad olunmasını və yaxud sıfır (0) faiz dərəcə ilə cəlb edilməsini onlara verilən “Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-yə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə)” təsdiq edir.

Odur ki, Vergilər Nazirliyi tərəfindən əlavə dəyər vergisindən azad olunma barədə sertifikat verilmiş vergi ödəyicisi karbohidrogen fəaliyyəti ilə bağlı digər vergi ödəyicisindən mal alarkən təqdim olunan sertifikatın surətinə əsasən alınan malların dəyərinə əlavə dəyər vergisi sıfır (0) faiz dərəcəsi ilə tətbiq olunmalıdır.

Qeyd olunan əməliyyatlar əlavə dəyər vergisi bəyannaməsinin 302 kodlu “ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin C1 xanasında dövriyyə məbləği ƏDV-siz, C4 xanasında isə ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatların ümumi dövriyyədə xüsusi çəkisi faizlə (%) yazılır və eyni zamanda bu sətrin dövriyyə açıqlaması bəyannamənin 4 №-li Əlavəsində verilir.

Bəyannamədə istehsal prosesi ilə bağlı olmayan xərcləri necə göstərməli?

posted in: Xəbər | 0

vergi güzəşti, vergi ödəyicisi, Vergi Məcəlləsi, fəaliyyət növü,Hesablama metodu ilə uçot aparan istehsal müəssisəsi ilə bağlı müəyyən suallar yaranır. Bu suallardan biri belədir ki, 2018-ci ildə hazır məhsulun istehsal edilməsinə 200 min manat xammal və material, istehsal prosesinə cəlb edilmiş işçilərin əməkhaqqına (o, cümlədən sosial sığorta) 50 min manat, istehsal prosesində istifadə olunan avadanlıqların amortizasiyasına 20 min manat və istehsal binası ilə bağlı sair məsrəflərə (icarə, kommunal, mühafizə və s.) 30 min manat xərclənib. Hesabat dövrü ərzində istehsal edilən hazır məhsulun yarısı satılıb. İstehsal prosesi ilə bağlı olmayan (yəni inzibati və satışla bağlı) xərclər 50 min manat təşkil edib. (əməkhaqqı, icarə, kommunal, nəqliyyat, amortizasiya və sair). Belə olan halda 2018-ci ilin mənfəət vergisi bəyannaməsində xərc kimi istehsal prosesi ilə bağlı olmayan xərcləri (yəni inzibati və satışla bağlı) tam olaraq əks etdirmək olarmı? Əks halda hansı qaydaya istinad edilməlidir? Həmin bəyannamədə istehsal prosesi ilə bağlı xərcləri də tam əks etdirmək olarmı?

Mövzu ilə bağlı Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflərin əqd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirdiyi, yaxud müvafiq məbləğləri qeyd-şərtsiz ödədiyi vaxtda çəkilmiş sayılır.

Qeyd edilənlərə əsasən hazır məhsulun istehsalına çəkilmiş xərclər, o cümlədən əməkhaqqı və ona bərabər tutulan ödənişlər, istehsal prosesinə cəlb olunmuş əsas vəsaitlər üzrə amortizasiya ayırmaları həmin məhsulların dəyərini təşkil etdiyindən satılmayan məhsulların növbəti ildə təqdim edilməsi zamanı həmin məhsulların dəyərində olan xərclər təqdim edildiyi ildə gəlirdən çıxılan xərclərə aid edilir.

Bununla yanaşı, istehsal prosesi ilə bağlı olmayan xərclər (inzibati və satış xərcləri) məhsulun maya dəyərinə daxil edilmir və vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Qeyd: Belə məqamlarda Vergi Məcəlləsinin 108-ci, 134-cü, 135-ci və 136-cı maddələrinə istinad edilir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
istehsal prosesi, xərclər

Bakıda mikromaliyyə konfransı keçiriləcək

posted in: Maliyyə, Xəbər | 0

milli konfransOktyabrın 4-də Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Bakıda “Mikromaliyyə yol kəsişməsində: rəqəmsal erada dayanıqlı inkişaf” adlı konfrans keçirəcək. (mikromaliyyə konfransı)

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, həmin gün iki ildən bir keçirilən sayca 6-cı İnvestorlar Yarmarkası da olacaq. Tədbirlər dövlət qurumlarının, xarici və yerli investorların, bankların, bank olmayan kredit təşkilatlarının, lizinq şirkətlərinin, mikromaliyyə qurumlarına xidmət göstərən şirkətlərin nümayəndələrini bir araya gətirəcək.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
mikromaliyyə konfransı
error: Content is protected !!