Read More9
Read More9

50 manata Maliyyə hesabatlarının təhlili mövzusunda təlim keçiriləcək

posted in: Maliyyə, Xəbər | 0

Əmtəə-material vakansiya material mühasibi50 manata Maliyyə hesabatlarının təhlili mövzusunda təlim keçiriləcək.

Hörmətli sahibkarlar!

Sizi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü ilə sahibkarların məlumatlandırılması məqsədi ilə 23.10.2019 tarixində “Maliyyə hesabatlarının təhlili” mövzusunda planlaşdırılan təlimdə  iştirak etməyə dəvət edirik.

Təlimdə iştirak etmək üçün https://sahibkarliq.typeform.com/to/ICkcyQ linkində qeydiyyatdan keçmək mütləqdir.

Kursun keçirilmə tarixi: 23.10.2019

Başlama saatı: 10:00 – 12:00

Təlimin keçirildiyi ünvan: Bakı ş, Nizami küç., 90 A, Landmark III

Təlimçi: Davud Məmmədov

Təlimin dili: Azərbaycan dili

Təlimin tərkib mövzuları: Maliyyə hesabatlarının təhlili  /  Aktivlərin qiymətdən düşməsi

Son qeydiyyat tarixi: 22.10.2019 saat 16:00-a qədər.

Təlim ASK üzvləri üçün ödənişsiz, qeyri üzvlər üçün isə 50 AZN təşkil edir.

Ödəniş üçün aşağıda qeyd olunan bank rekvizitləri təqdim olunur:

«Turanbank»  ASCKodu: 507462  

VÖEN: 1300016391

Müxbir hesab: AZ26NABZ01350100000000027944

SWIFT: TURAAZ22.

 “ASK Biznes Konsaltinq” MMC Hesab: AZ57TURA40060013072400100944

VÖEN: 1502413761    

Əlaqələndirici şəxs:

Elmira Balıyeva

Azərbaycan Sahibkarlar Konfederasiyası Sahibkarlarla iş və kommunikasiya şöbəsi

Tel: (994 12) 465 76 92 (daxili 119)

E-mail: 

Mənbə: ask.org.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
maliyyə, təlim

Xidməti müqavilə ilə işləməyə məhdudiyyət qoyulacaq

posted in: Müqavilələr, Xəbər | 0

xidməti müqavilə, Əmək müqaviləsinə xitam, emek muqavilesi şirkət İcbari sığorta Əmək müqaviləsiAzərbaycanda bəzi sahələrdə mülki-hüquqi müqavilə (xidməti müqavilə) ilə işləməyə məhdudiyyət qoyulması gözlənilir. Artıq bununla bağlı təkliflər hazırlanıb və hökumətdə baxılır.

Təkliflərdə, indiyədək bəzi hallarda vergidən yayınmaq üçün istifadə edilən xidməti müqavilələrlə bağlı məhdudiyyətlərin qoyulması nəzərdə tutulur.

Bu təkliflərdə mülki-hüquqi müqavilə ilə işləyənlər üçün qaydalar və tələblər müəyyən edilib. Tələblər göstərilən xidmətlərin çeşidinə, müqavilə ilə işləyənlərin iş rejiminə və fəaliyyət formasına, xidmətlərin ödənilməsi qaydalarına, müqavilənin müddətinə aiddir.

Xidməti müqaviləni bir neçə aydan artıq bağlamaq da mümkün olmayacaq, eləcə də müqaviləni sonradan uzatmağa da icazə verilməyəcək. Hər halda belə hallar qarşısının alınması üçün nəzarət ediləcək.

Kimlər xidməti müqavilə ilə işləyə biləcək?

Təkliflərdə işçilərin xidməti müqavilə ilə cəlb edilməsinə icazə verilən sahələrin təqribi siyahısı da yer alır. Bura müvəqqəti kompüter xidmətləri, aqrar xidmətlər, təmri işləri və sair aiddir: «Məsələn 1-2 ay müddətində İT xidmətlərinin göstərilməsi, kompyuterlərin təmiri, santexnika və ya aqrotexniki xidmətlər və sair».

Bundan başqa, qaydaya görə, xidməti müqavilə ilə işləyənlərlə sifarişçilər arasında heç bir əmək müqasibəti olmamalıdır. Yəni iş rejimi, tabeçilik olmamalı, aylıq fiksə olunmuş əmək haqqı ödənilməməlidir. Ödəniş yalnız bütün işin həcminə uyğun müəyyən edilməlidir.

Bununal yanaşı, mülki müqavilə ilə işləyənlərin vergiyə cəlb edilməsi forması dəyişməyəcək. Gəlir vergisi (illik 5%) və aylıq DSMF ödənişləri indi olduğu kimi qalacaq.

Mənbə: fed.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Xidməti müqavilə

Vakansiya: Baş mühasib – AGA Group

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

İqtisadçı - Baş Mühasib vakansiyaVakansiya: Baş mühasib.

İşəgötürən: AGA Group.

İş barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Əmək haqqı, məzuniyyətlərin hesablanması;
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
– Mal-materialların uçotunun aparılması;
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
– AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
– İş yeri: Demirchi Tower
– Əmək haqqı: 1000-1500 AZN

Azərbaycanda daha bir icbari sığorta növü elektronlaşdırılıb

posted in: Xəbər | 0

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi elektronlaşdırılıb.

Bu barədə İcbari Sığorta Bürosu məlumat yayıb.

Qeyd edək ki, Büro bununla bağlı əhalinin maarifləndirilməsi üçün animasiya çarxı hazırlayıb.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
icbari sığorta müqaviləsi
error: Content is protected !!