Read More9
Read More9

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi mükəlləfiyyətinin ləğv edilməsi üçün vergi orqanına müraciət edə bilərikmi? 

posted in: Vergi, Xəbər | 0

Vergi borcu, vergi mecellesi, vergi məcəlləsi, vergi öhdəliyi, əmlak, ayrıca şəxs, Vergi məcəlləsi, nəqliyyat xidməti, Hüquqi şəxs vergi məcəlləsi əmlak vergisi emek muqavilesi Əmək müqaviləsi kassa çeki qaime e-qaimə Qeyri-rezident Torpaq sahələri vergi icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftMüəssisə mənfəət vergisi ödəyicisidir, işçilərinə əməkhaqqı verir, əməkhaqqı məbləği 8.000 manatdan az olduğuna görə ödəmə mənbəyində vergi tutulmur. Ödəmə mənbəyində vergi tutulmadığı üçün Vergi Məcəlləsinin 150.3.3.3-cü maddəsinə əsasən, muzdlu iş ilə əlaqədar ödəmə mənbəyində tutulan vergi mükəlləfiyyətinin ləğv edilməsi üçün vergi orqanına müraciət edə bilərikmi? (ÖMV bəyannaməsi)

Vergilər Nazirliyindən sualda qaldırılan məsələnin şərhi ilə bağlı bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır. Güzəştli dərəcənin tətbiq olunmasında əsas məqsəd, ölkədə əmək münasibətlərinin rəsmiləşdirilməsi, verilən əməkhaqqının leqallaşdırılması və vergi ödəyicilərinin gəlir və xərclərinin şəffaf uçotuna nail olmaqdır.

Qeyd olunanlara əsasən, muzdlu işçisi olan hər bir vergi ödəyicisi Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə və qaydada vergi orqanına Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini təqdim etməlidir.

Qeyd olunan halda əlavə dəyər vergisinin və sadələşdirilmiş verginin ödəyicisi olmayan vergi ödəyicisi tərəfindən Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilərkən “Vergi ödəyicisinin fəaliyyət sahəsinə görə qrupu” adlı sətrində və “Verginin hesablanması” adlanan bölmələrdə “Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan, qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə” işarələnməlidir.

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi qaydası ilə Vergilər Nazirliyinin rəsmi saytı olan taxes.gov.az səhifəsində “Bəyannamə” bölməsinin “Bəyannamə, hesabat və ərizə formaları” hissəsində tanış ola bilərsiniz.

Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya, mühasib, Vakansiya: Mühasib.

İşəgötürən: Turkuaz MMC

İş barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: 08:30-dan 18:00-dək
– Bazar günü istirahət günüdür

Namizədə tələblər

– Qadın namizəd
– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

CV-lərinizi foto ilə birlikdə / ünvanına Baş Mühasib başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.

Mənbə: finstaff.az

Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıAzərbaycan Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib. (vergilər nazirliyi)

Bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” qərarında dəyişiklik edib.

Baş Nazir Novruz Məmmədovun təsdiqlədiyi dəyişikliyə əsasən, Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturuna daxil edilib:

1. “İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi.

2. Vergi inzibatçılığının tədrisi şöbəsi.

3. Vergi qanunvericiliyinin tədrisi şöbəsi.

4. Elm, innovasiya və əməkdaşlıq şöbəsi.

5. Maliyyə, təminat və mühasibat uçotu şöbəsi.

6. Tədris və metodika şöbəsi.

7. Layihələrlə iş və inkişaf bölməsi.

8. Keyfiyyət təminatı bölməsi.

İndiyədək isə struktur belə idi:

1.İqtisadiyyat və menecment kafedrası

2.Vergi metodologiyası kafedrası

3.Vergi qanunvericiliyi və təsərrüfat hüquqi kafedrası

4.Elmi tədqiqat bölməsi

5.Tədris və metodika şöbəsi

6.Maliyyə və təsərrüfat şöbəsi

7.Mühasibat


Tam mətn aşağıdakı kimidir:

“Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 375; 2007, № 2, maddə 201; 2008, № 1, maddə 46; 2011, № 8, maddə 783; 2017, № 10, maddə 1901; 2018, № 3, maddə 608, № 9, maddə 1938) aşağıdakı dəyişikliklər edilsin:

  1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi” üzrə:

1.1. 1.3-cü bəndə “şəxslərinin” sözündən sonra “və digər əməkdaşların, habelə bağlanılmış müqavilə əsasında müxtəlif sahələrdə çalışan şəxslərin, tələbələrin (bundan sonra – Mərkəzin dinləyiciləri)” sözləri və “təkmilləşdirilməsini” sözündən sonra “, yenidən hazırlanmasını” sözləri əlavə edilsin;

1.2. 1.4-cü bənd üzrə:

1.2.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“Mərkəzin dinləyicilərinin ödənişli və ödənişsiz əsaslarla vergi işinin təşkili və iqtisadi fəaliyyət sahəsində peşə hazırlığının təkmilləşdirilməsi, yenidən hazırlanması və ixtisaslarının artırılması;”;

1.2.2. beşinci abzas ləğv edilsin.

1.3. Aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:

“1.8. Mərkəz fəaliyyətini Bakı şəhərində və Şamaxı rayonunda həyata keçirir.”;

1.4. 2.1-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin: “Mərkəzin dinləyicilərinin peşə hazırlığının təkmilləşdirilməsini, yenidən hazırlanmasını və ixtisaslarının artırılmasını həyata keçirir;”;

1.5. 3.1-ci bəndin ikinci abzası ləğv edilsin və üçüncü abzasından “göstərilən” sözü çıxarılsın;

1.6. 3.2-ci bəndin üçüncü abzasında “təhsil və elmi tədqiqat və maliyyə-təsərrüfat sahələri üzrə rəis müavinləri“ sözləri “müavini” sözü ilə əvəz edilsin;

1.7. 3.4-cü bənd üzrə:

1.7.1. ikinci abzasda “kafedra müdirləri, elmi tədqiqat bölməsinin, tədris və metodika şöbəsinin rəhbərləri” sözləri “şöbə və bölmə rəisləri” sözləri ilə əvəz edilsin;

1.7.2. beşinci abzasda “kafedra müdirlərini” sözləri “şöbə və bölmə rəislərini” sözləri ilə əvəz edilsin;

1.7.3. altıncı abzasda “kafedralarının, elmi tədqiqat bölməsinin, tədris və metodika şöbəsinin, maliyyə və təsərrüfat şöbəsinin və digər bölmələrinin” sözləri “şöbə və bölmələrinin” sözləri ilə əvəz edilsin;

1.7.4. yeddinci abzasda “rəhbərlərinin” sözü “rəislərinin” sözü ilə əvəz edilsin;

1.7.5. doqquzuncu abzasdan “kafedraların,” sözü çıxarılsın.

1.8. 4.1-ci bəndə “şəxslərinin” sözündən sonra “və digər əməkdaşların” sözləri əlavə edilsin.

1.9. 4.11-ci bənddə “dinləyicilərin” sözü “vergi orqanlarının vəzifəli şəxslərinin və digər əməkdaşların peşə hazırlığının təkmilləşdirilməsinə,” sözləri ilə, “mütəxəssislərin” sözü “şəxslərin, tələbələrin vergi işinin təşkili və iqtisadi fəaliyyət sahəsində peşə hazırlığının təkmilləşdirilməsi, yenidən hazırlanması və” sözləri ilə əvəz edilsin və həmin bəndə “razılaşdırılmaqla” sözündən sonra “bağlanılmış” sözü əlavə edilsin.

1.10. 5.6-cı bənddən “kafedralarda,” sözü çıxarılsın və həmin bəndə “şöbələrdə” sözündən sonra “və bölmələrdə” sözləri əlavə edilsin.

1.11. 7.1-ci bənddə “müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasından” sözləri “həyata keçirilən təlim, kurs, konfrans, seminar, forum və digər tədbirlərdən,” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu” aşağıdakı redaksiyada verilsin:

  1. “İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi.
  2. Vergi inzibatçılığının tədrisi şöbəsi.
  3. Vergi qanunvericiliyinin tədrisi şöbəsi.
  4. Elm, innovasiya və əməkdaşlıq şöbəsi.
  5. Maliyyə, təminat və mühasibat uçotu şöbəsi.
  6. Tədris və metodika şöbəsi.
  7. Layihələrlə iş və inkişaf bölməsi.
  8. Keyfiyyət təminatı bölməsi.”.

Azərbaycan Respublikasının
Baş Naziri          Novruz Məmmədov

Mənbə: cabmin.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergilər nazirliyi,vergilər nazirliyi

Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb

posted in: Xəbər | 0

Vergilər Nazirliyi “Meqa Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb. (həyat sığortası şirkəti)

Yeni şirkət “Meqa Sığorta” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19-da qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 11 milyon manat, qanuni təmsilçisi isə bir qədər əvvəl “Meqa Sığorta”nın Direktorlar Şurasını tərk etmiş Hamlet Xosrov oğlu Qarayevdir.

Xatırladaq ki, hazırda Azərbaycanda 4 həyat sığortası şirkəti – “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta”, “Xalq Həyat Sığorta” “PAŞA Həyat Sığorta” ASC-lər fəaliyyət göstərir.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
həyat sığortası şirkəti
error: Content is protected !!