Ideal Dating Recommendations

posted in: Uncategorized | 0

The best online dating advice is always to treat your brand-new friends with respect. To get respect right from a person is to show confidence in yourself and your ability to get along with people. Just because you may have met someone and this person is not so nice, won’t mean you should be less than thoughtful or courteous with this person. As well, it is important to learn to let people know if they are being uncalled for or maybe making you feel uncomfortable somehow.

A good going out with tool is always to find someone who you think is the best in your “type” of dating. No one is a type in terms of dating, the greatest thing you can do should be to learn to admit the types of persons you connect with when you are out on the seeing scene. When you have discovered someone that fits your type, it is important to leave them understand that you like the person and then inform them you are able to make the effort to exhibit them which you like them spine. The best dating advice to this is to be the first to show your love and affection simply by opening up to them and also listening to what they have to say. It may need time for those to come to trust you and let you know that they can do indeed like you.

Being kind and courteous is usually good advice. Even when you think you have a friend that Swedich mail order brides is cold, don’t allow them realize that you will be cold to them. It is just as awful to be rude as it is to get uncaring and not show the proper amount of maintenance and dignity to someone that you do not find out very well. If you choose something correct in your lifestyle, it helps others in your existence.

ARDNF-nin üçillik maliyyə fəaliyyətinin auditini aparacaq şirkət müəyyənləşib

posted in: Audit, Xəbər | 0

ARDNFAzərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.

ARDNF-dən verilən məlumata görə, xidmət təklifləri sorğusuna əsasən, Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş “PricewaterhouseCoopers Audit Azerbaijan” (PwC) şirkəti müsabiqənin qalibi müəyyən edilib və Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Prezidenti tərəfindən ARDNF-nin 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
ARDNF

E-kassa işləmədikdə həyata keçirilməli tədbirlər

posted in: Xəbər | 0

elektron kassaİstismar zamanı e-kassada nasazlıqlar yarandığı halda, e-kassa istifadəçisi dərhal vergi orqanlarına və elektron kassa operatoruna məlumat verməlidir.

E-kassa istismar zamanı yararsız vəziyyətə düşdükdə, e-kassa operatoru bununla bağlı ona çağırış verildiyi andan etibarən qanunvericilikdə nəzərdə tutulan müddət ərzində e-kassanın təmirini təmin etməlidir.

E-kassada, eləcə də onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı qeyd olunan müddət ərzində aradan qaldırmaq mümkün olmadıqda, aşağıdakı tədbirlər həyata keçirilməlidir: e-kassa operatoru e-kassanı dərhal ehtiyat aparatla əvəz etməli, istismara yararsız e-kassa təmirə aparılan zaman e-kassa operatoru və istifadəçisi nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Vergilər Nazirliyinə ötürülməsini təmin etməlidir. E-kassa operatoru ehtiyat e-kassanın quraşdırılması üçün portal üzərindən Vergilər Nazirliyinə müraciət etməlidir. Nəzarət mexanizmi qurğusunun əvəz olunmuş e-kassaya quraşdırılması üçün Vergilər Nazirliyi tərəfindən e-kassa operatoruna müvəqqəti sertifikat göndərilməlidir. E-kassa operatoru sertifikatı müvəqqəti nəzarət mexanizmi qurğusuna yükləyərək aktla birlikdə e-kassa istifadəçisinə təqdim etməlidir.

İstismara yararsız e-kassanın təmiri mümkün olmadıqda, e-kassa operatoru öz seçiminə əsasən, ehtiyat e-kassadan istifadə edə və ya onu yeni e-kassa ilə əvəz edə bilər. Ehtiyat e-kassadan davamlı istifadə olunduqda e-kassa operatoru müvəqqəti sertifikatın daimi sertifikatla əvəzlənməsi üçün Vergilər Nazirliyinə portal üzərindən müraciət göndərməlidir.

E-kassa təmir edildikdən sonra e-kassa operatoru onu vergi ödəyicisinə geri qaytarmalıdır. Ehtiyat e-kassaya quraşdırılmış nəzarət mexanizmi qurğusundakı məlumatlar Vergilər Nazirliyinə ötürülməlidir. Ehtiyat e-kassanın təmirdən qayıtmış e-kassa ilə əvəz olunması ilə bağlı proseslər aktla rəsmiləşdirilməli və bu barədə Vergilər Nazirliyinə məlumat verilməlidir.

Nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı müvafiq qanunvericilikdə göstərilmiş müddətdə aradan qaldırmaq mümkün olmadıqda, qurğu e-kassa operatoruna təqdim edilməli, e-kassa operatoru isə yoxlanılması üçün onu Vergilər Nazirliyinə göndərməlidir. Mexanizm qurğusundakı məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatın aparılıb-aparılmadığı Vergilər Nazirliyi tərəfindən yoxlanılır.

Nəzarət mexanizmi qurğusunun əvəz edilməsi

E-kassanın tərkib hissəsi olan nəzarət mexanizmi qurğusu yararsız hala düşdükdə yenisi ilə əvəz edilir.

E-kassaların tərkib hissəsi olan nəzarət mexanizmi qurğusunun əvəz edilməsi e-kassa operatorları tərəfindən qanunvericilikdə nəzərdə tutulan prosedurlar yerinə yetirilməklə həyata keçirilir.

Nəzarət mexanizmi qurğusu əvəz edildikdən sonra köhnə nəzarət mexanizmi qurğusunda kassa əməliyyatlarınının aparılması qadağandır. Köhnə nəzarət mexanizmi qurğusu uçotdan çıxarılmalıdır.

E-kassanın yoxlanılması

E-kassa operatoru e-kassaların quraşdırıldığı obyektə qanunvericilikdə nəzərdə tutulan müddətdən az olmayaraq baxış keçirməlidir. E-kassa operatoru e-kassaların daxilində və proqram təminatında olan uyğunsuzluqları sertifikatlaşdırılmış modelə uyğun yoxlamalı və nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulan addımları atmalıdır.

Mənbə: e-kassa.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Elektron kassa

“Bank məhsulları və bank xidmətləri” mövzusunda təlim keçiriləcək

posted in: bank, Xəbər | 0

vergi seminar Əmtəə nişanları coğrafi göstəricilər təlim“Bank məhsulları və bank xidmətləri” mövzusunda təlim keçiriləcək.

Hörmətli sahibkarlar!

Sizi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü və International Consulting Company-nin iştirakı ilə sahibkarların məlumatlandırılması məqsədi ilə 03.10.2019 tarixində “Bank məhsulları və bank xidmətləri” mövzusunda planlaşdırılan təlimdə  iştirak etməyə dəvət edirik.

Təlimdə iştirak etmək üçün https://sahibkarliq.typeform.com/to/gFTwjE linkində qeydiyyatdan keçmək mütləqdir.

Kursun keçirilmə tarixi: 03.10.2019

Başlama saatı: 10:00 – 12:00

Təlimin keçirildiyi ünvan: Bakı ş, Nizami küç., 90 A, Landmark III

Təlimçi: Ramin Bayramov / İnternational Consulting Company-nin baş direktoru

Təlimin dili: Azərbaycan dili

Təlimin tərkib mövzuları: Bankların hesab əməliyyatları, depozit əməliyyatları, kredit əməliyyatları, nağdsız / nağd əməliyyatlar

Son qeydiyyat tarixi: 02.10.2019 saat 16:00-a qədər.

Təlim ASK üzvləri üçün ödənişsiz, qeyri üzvlər üçün isə 50 AZN təşkil edir.

Ödəniş üçün aşağıda qeyd olunan bank rekvizitləri təqdim olunur:

«Turanbank»  ASCKodu: 507462  

VÖEN: 1300016391

Müxbir hesab: AZ26NABZ01350100000000027944

SWIFT: TURAAZ22.

 “ASK Biznes Konsaltinq” MMC Hesab: AZ57TURA40060013072400100944

VÖEN: 1502413761   

Əlaqələndirici şəxs:

Elmira Balıyeva

Tel: (994 12) 465 76 92 (d. 119)

E-mail: 

Mənbə: ask.org.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
bank məhsulları, bank xidmətləri, təlim