Vakansiya: Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya Aparıcı Mühasib baş mühasibVakansiya: Baş mühasib.

İşəgötürən: Vugma Qida Məhsulları MMC.

  • Şəhər: Bakı
  • Yaş: 28 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Səmədova Kəmalə
Vakansiya barədə məlumat

– Vergi və mühasibat uçotunun aparılması
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
– Bütün növ hesabatların (xüsusi ilə Mənfəət bəyannaməsi) hazırlanması və aidiyyəti orqanlara (Vergi Departamenti, DSMF və Statistika Şöbəsinə) təqdim edilməsi
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
– Bank əməliyyatlarının həyata keçirilməsi
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Əməliyyatların 1C 8.3. (rus) proqramına işlənməsi
– Bazar ertəsi – Cümə: 09:00-dan 18:00-dək
– Şənbə: 09:00-dan 13:00-dək
– İş yeri: Kürdəxanı
– Servis və nahar şirkət hesabına

Namizədə tələblər

– Maliyyə istiqamətində ali təhsil
– Əmək Məcəlləsi, Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, İş vaxtının uçotu
– Maliyyə büdcəsinin hazırlanma qaydaları
– Maya dəyərinin hesablanması qaydaları
– Avans hesablarının təlimatı
– Şirkətin uçot siyasəti
– MS Office, 1C 8.3 (rus) proqramlarında sərbəst işləməyi bacarmalıdır.

– ACCA sertifikatı olanlara üstünlük veriləcək.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
baş mühasib

Əmək müqaviləsinə bu maddə ilə xitam verilərkən müavinətdən tutulmalar olmalıdır?

posted in: Xəbər | 0

emek muqavilesi şirkət İcbari sığorta Əmək müqaviləsiSual: Əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70 “a” (ləğv etmə) bəndi ilə xitam verilərkən ödənilən İşdənçıxma müavinəti vergi, sosial sığorta və 0.5 % işsizlik tutumuna cəlb olunurmu? (Əmək müqaviləsinə xitam)

Cavab: Əmək Məcəlləsinə müvafiq ödənilən təminatların gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində yalnız işçilərin sayı və ya ştatların ixtisar edildiyi hallara şamil edildiyindən, həmin vergi güzəştinin müəssisə ləğv edildiyi zaman işçiyə ödənilən müavinətlərə tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır və ümumi qaydada gəlir vergisinə cəlb olunur.

Müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dovlət sosial sığorta və işsizlikdən sığorta haqqına cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 98.1-ci və 102.1.4-cü maddələri, Əmək Məcəlləsinin 70-ci və 77-ci maddələri.

Mənbə: taxes.gov.az

Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
(Əmək müqaviləsinə xitam)

Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mal-material üzrə mühasib vakansiya mühasib köməkçisiVakansiya: Mühasib.

İşəgötürən: Mətanət A.

İş barədə məlumat

– Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
– Müəssisədə yazılmış maliyyə sənədlərin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
– Mühasibatlığa aid müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və sair) yerinə yetirmək;
– İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək və onları hesabı emala hazırlamaq;
– Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
– İş saatı: 09-00-dan 18-00-dək;
– İstirahət: Şənbə və bazar günü.

Namizədə tələblər

– Təhsil: Ali (İqtisadi)
– İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan;
– Yaş həddi:25-50;
– Dil bilikləri: Azərbaycan və Rus dili;
– Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi.

Şəxsi keyfiyyətləri:

– İşə planlı yanaşmaq bacarığı;
– Yüksək ünsiyyət bacarığı;
– Nitq mədəniyyəti;
– Təmkinlilik, etibarlılıq, özünə inamlı;
– Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Qeyd:

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək / ünvanına göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasib, vakansiya

Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə arayışın verilməsi

posted in: Vergi, Xəbər | 0

Elektron qeydiyyat, Vergi ödəyicisi vergi ödəyiciləri xidmət mərkəzləri Aktiv vergi Vergilər satıcı xitamXidmətin adı: Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə arayışın verilməsi. (vergi ödəyicisi)

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 15 və 24-cü maddələri

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun

– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla vergi orqanlarının vergi ödəyicilərinin qeydiyyat və uçot strukturları

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
(vergi ödəyicisi)