Read More9
Read More9

Əməliyyatların təsiri nəticəsində balansda olan dəyişikliklər

posted in: Xəbər | 0

balansBildiyimiz kimi, balans aktiv və passiv hissədən, yəni aktiv 2 bölmədən, passiv isə 3 bölmədən ibarətdir. Aktiv uzun və qısamüddətli aktivləri, passiv isə kapital, uzunmüddətli öhdəliklər və qısamüddətli öhdəlikləri özündə əks etdirir. Əməliyyatlar nəticəsində müəssisənin aktiv və passivində dəyişiklik əmələ gəlir, başqa sözlə müəssisənin balansı dəyişir. Təsərrüfat əməliyyatlarının təsiri nəticəsində balansda dörd cür dəyişiklik əmələ gələ bilir:

I təsir – aktivlərin yerdəyişməsi əməliyyatı nəticəsində müəssisənin yalnız aktiv hesablarının tərkibində dəyişiklik baş verir.

Belə ki, balansın aktivində bir maddə artır, digər maddə isə azalır. Balansın yekunu isə dəyişməz qalır. Yəni, balansın yekunu dəyişmədən aktivlər dəyişir. Eyni məbləğdə aktivdə artma və azalma olur.

Məsələn, Debitor borclar hesablaşma hesabımıza ödənilmişdir və ya hesablaşma hesabından kassaya pul daxil olmuşdur. Bu əməliyyat aparılan zaman balansın aktivinin bir hesabında artma gedir digər hesabında isə azalma baş verir. Yəni kassa hesabında pul artır bank hesablaşma hesabında pul azalır. Lakin balansın yekunu dəyişmir.

II təsir – passivlərin yerdəyişməsi əməliyyatı nəticəsində balans-ın yekunu dəyişmədən passivin maddələri dəyişir. Bu zaman passivdə bir maddə artır, digər maddə azalır, balansın yekunu dəyişilmir və оnun bərabərliyi pоzulmur.

Məsələn, bölüşdürülməmiş mənfəət, ehtiyat kapitalının artırılmasına yönəldilmişdir və ya əmək haqqı hesablanmışdır. Bu əməliyyatlara əsasən balansın passivində iki maddəyə toxunulur. Bu zaman passivdə bir maddə artır, digər maddə azalır.

III təsir – aktivlərin artması əməliyyatı nəticəsində eyni məbləğdə həm təsərrüfat vəsaitlərinin tərkibi, həm də оnların əmələ gəlmə mənbələri artır və bu məbləğ qədər balansın həm aktivi, həm də passivi çохalır.

Yəni ki, balansın yekun bərabərliyi saxlanılmaqla aktivin və passivin maddələrində artma olur, eyni məbləğdə aktivin bir maddəsi artır və passivin bir maddəsi də artır.

Məsələn Malsatanlardan Material daxil olmuşdur və ya bankdan kredit alınmışdır. Nəticədə öhdəlik və aktiv hissə eyni məbləğdə artır. Nəticədə, balans-ın yekunu da eyni məbləğdə artır.

IV təsir – aktivlərin azalması əməliyyatı- nəticəsində isə balansın yekun bərabərliyi saxlanılmaqla aktivin  və passivin maddələrində azalma müşahidə olunur; eyni məbləğdə aktivin bir  maddəsi  azalır, passivin bir maddəsi də azalır, balansın yekunu da bərabər həcmdə azalır.

Məsələn Kassadan əmək haqqı, kreditor borc və bank krediti və s. ödənilmişdir, Bu əməliyyat zamanı balansın aktivində pul vəsaitlərində azalma olsa da, eyni zamanda öhdəliklərdə də azalma olur.

Müəllif: Ramin Ramazanov / Accounting.Az MMC-nin Direktoru.


Bax:


Vakansiya: Mühasib – General Supply LLC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya: Mühasib.

İşəgötürən: General Supply LLC.

İş barədə məlumat

– Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, vergi bəyənnamələri, maliyyə-iqtisadi əməliyyatlarını rəsmiləşdirir və icra etmək
Debitor və kreditor borcların uçotunun aparılması;
– Gəlir və xərclərin hesablanması;
– Banklarla və digər orqanlarla hesablaşmalar;
– Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması;
– Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması;
– Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
– İdxal olunmuş malların maya dəyərinin hesablanması;
– Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
– Gəlir və xərc sənədlərinə nəzarət edilməsi;
– Vergi hesabatlarının hazırlanması;
– Maliyyə hesabatlarının hazırlanması;
– Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması;
– Statistika hesabatlarının hazırlanması.
– 5 günlük iş həftəsi
– iş vaxtı: 09:00 -18:00
– Tibbi sığorta
– AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
– Əməkhaqqı- 800 AZN .

Namizədə tələblər

– Azərbaycan – Ana dili;
– Rus, İngilis dili (Orta)
– Kompüter bilikləri: Microsoft office (Word, Excel, PowerPoint) – yaxşı səviyyədə,
– Riyazi və Analitik bacarıq;
– Təcrübə: min. 2-3 il;
– 1C Mühasibat Proqramını bilmək (1C 8.3 versiyası ilə işləmə);
– Vergi Məcəlləsi üzrə biliklər

Maraqlanan namizədlər / mail ünvanına Muhasib başlığı altında cv göndərə bilər.

Mənbə: finstaff.az


Gəlir vergisinin olmadığı 7 ştat

posted in: Məqalə, Vergi, Xəbər | 0

Ştatlar sakinlərdən gəlir vergisini təhsil və səhiyyə xidmətlərini maliyyələşdirmək, bələdiyyə infrastrukturunu saxlamaq üçün toplayırlar. Ştatların gəlirlərinin böyük hissəsi fiziki şəxslərdən tutulan gəlir vergisi, eləcə də satışdan və biznes-vergilərdən əldə olunan vəsaitlərdən formalaşır. Buna baxmayaraq, Amerikanın bəzi ştatlarında gəlir vergisi tutulmur. Gəlir vergisi olmayan ştatları diqqətinizə çatdırırıq. (ştat)

Alyaska

Alyaskada fərdi gəlir vergisi və ya satışdan vergi yoxdur. Ştatın əldə etdiyi gəlirlərin böyük əksəriyyəti Trans-Alyaska boru xətləri sistemi ilə ixrac edilən neftdən daxil olur.

Neft qiymətləri yüksək olduqda, ştat gəlirlərdən artıq qalan vəsaitləri Alyaska daimi fonduna köçürür. Lakin, son zamanlar neft qiymətləri düşməkdə davam edir və ştatda artıq gəlir vergisinin tətbiq olunması üzərində düşünürlər.

Florida

Gəlir vergisinin olmaması, ilboyu mülayim iqlimi, yüksək iş perspektivləri Floridanı ora köçənlər üçün çox cəlbedici bir ştata çevirib. Bu ştatda digər vergilər, məsələn, satışdan – 6% vergi tutulur.

Nevada

Nevadada gəlir vergisinin olmamasını satışdan tutulan vergi – 6,85% (Sözügedən vergi üzrə dərəcəyə görə ABŞ-da 13-cü yer) kompensasiya edir. Növbəti ildən ştatın hakimiyyət orqanları satışdan olan vergi stavkasını qaldırmaq niyyətindədirlər.

Cənubi Dakota

Cənubi Dakota – az əhalisi olan ştatlardan biridir. Burada gəlir vergisi yoxdur, eləcə də satışdan ödənilən vergi stavkası 4,55 təşkil edir. Buna baxmayaraq, iş yerləri ilə bağlı vəziyyət bu ştatda yaxşı deyil, minimum əməkhaqqı isə burada bir saat üçün cəmi 8,65 dollar təşkil edir.

Texas

Texas sakinləri də gəlir vergisi ödəmirlər, lakin daşınmaz əmlakla əlaqəli mənfəətə görə  6,4% stavkası ilə vergi ödəyirlər ki, bu da ölkədə ən yüksək vergi tariflərindən biri hesab olunur. Bundan əlavə, bir saat üçün minimum əməkhaqqı bu ştatda 7,25 dollar təşkil edir.

Vaşinqton

Vaşinqtonda gəlir vergisi yoxdur, lakin, satışdan olan vergi 6,5% təşkil edir. Bir saat üçün minimum maaşlar burada 11 dollar təşkil edir.

Vayominq

Vayominqdə fərdi gəlir vergisi və biznesə görə mənfəət vergisi yoxdur, bu həmin şatatı bizmesmenlər üçün cəlbedici edir. Bundan əlavə, satışdan tutulan vergi də 4% təşkil edir. Vayominq də başlıca gəlirlərini neft hasilatından əldə edir və bu da gəlir vergisini kompensasiya edir.

2022-ci il üçün Tennesi ştatının gəlir vergisi olmayan səkkizinci ştat ola biləcəyini vəd edirlər.

Gəlir vergisi olmayan ştatda yaşamaq cəlbedici ideya kimi görünə bilər. Amma, unutmaq lazım deyil ki, ştatın lazım olan vəsaitləri əldə etməsindən ötrü sizlərdən digər vergilərin – məsələn, satışdan və ya daşınmaz əmlaka görə – tutulacağı da bir gerçəklikdir.



Vakansiya: Əmək haqqı hesablanması üzrə mütəxəssis

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasibVakansiya: Əmək haqqı hesablanması üzrə mütəxəssis.

İşəgötürən: Avrora.

İş barədə məlumat

  • Əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatların) hesablanması;
  • Vergi, DSMF, Statistika və digər orqanlara hesabatların verilməsi.
  • 5 iş günü
  • İş saatları 09:00-18:00;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İşçi servislə təmin olunur.

Namizədə tələblər

  • Ali İqtisadi – mühasibatlıq, audit, maliyyə üzrə təhsil;
  • Əmək haqqı hesablanması üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, DSMF haqqında qanun və aidiyyatı qanunvericiliklər haqqında biliklər;
  • Ms Office işləyə bilmək bacarığı.

CV-lərinizi / ünvanına göndərin.

Mənbə: finstaff.az

error: Content is protected !!