Read More9
Read More9

Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsində edilmiş son dəyişikliklərədək əmək müqaviləsinə dəyişiklik olunan zaman işçiyə əlavə sənəd imzalatdırılırdı. Doğrudur, 12 may 2023-cü il tarixdən tətbiq edilən ƏMAS altsistemində əmək müqaviləsinə dəyişiklik yeni əmək müqaviləsinin tərtibi yolu ilə həyata keçirilsə də, işəgötürənlər yalnız bəzi hallarda həmin elektron əmək müqaviləsini işçiyə imzalatdırırdılar. Son dəyişiklik nəticəsində Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə bu məzmunda əlavə edilib: “Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir.”

Əlavədə göründüyü kimi, işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsində dəyişiklik zamanı artıq əmək müqaviləsinǝ əlavə yox, ilkin əmək müqaviləsi üzərindən yeni əmək müqaviləsi tərtib edilməlidir.

Misal 1

İşçi 10 yanvar 2024-cü il tarixdə əmək müqaviləsi bağladığı işçinin iş rejimini dəyişir. İşəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə əsasən, işçi 1 sentyabr 2024-cü il tarixdən beşgünlük iş rejimindən altıgünlük iş rejiminə keçirilir. Bu zaman işçi və işəgötürən arasında əmək müqaviləsinə əlavə yox, 10 yanvar 2024-cü ildə bağlanan əmək müqaviləsi üzərindən yeni elektron sənəd formasında bağlanan əmək müqaviləsi imzalanacaq. İşəgötürən və işçi arasında razılaşmaya əsasən, işçinin əməkhaqqı 1 oktyabr 2024-cü il tarixdən artırılacaq. Bu zaman yenidən elektron əmək müqaviləsi hazırlandığı üçün həm 10 yanvar, həm də 1 sentyabr 2024-cü il tarixdən olan şərtlər nəzərə alınmaqla yeni elektron sənəd formasında əmək müqaviləsi hüquqi qüvvəyə minəcək.
İşəgötürən ƏMAS altsistemində əmək müqaviləsinə dəyişikliklər etdikdə mütləq elektron sənəd formasında əmək müqaviləsinin bağlanılması həyata keçirilməlidir.

Misal 2

İşəgötürən 10 iyul 2024-cü il tarixli əmək müqaviləsində işçinin əməkhaqqı ilə bağlı dəyişiklik həyata keçirib. Əmək Məcəlləsində son dəyişikliklərin qüvvəyə mindiyi 12 avqust 2024-cü il tarixdən etibarən müqavilədə hər hansı dəyişiklik olmadığından ƏMAS altsistemində işçi ilə bağlı məlumatlar “Onlayn müqavilə” yox, “Əmək müqaviləsi bildirişi” bölməsində yerləşdirilir. İşəgötürən əmək müqaviləsində dəyişiklik etdikdə yeni əmək müqaviləsi elektron formada tərtib olunmaqla bağlanılır. Bu zaman işçinin əmək müqaviləsi üzrə məlumatları da “Əmək müqaviləsi bildirişi” bölməsindən “Onlayn müqavilə” bölməsinə keçiriləcək.

Bəs kollektiv qaydada bağlanan əmək müqaviləsi niyə ləğv edilib?

Son dəyişikliklərədək Əmək Məcəlləsinin 46-ci maddəsinin ikinci və üçüncü hissələri kollektiv qaydada əmək müqaviləsinin bağlanmas hallarının əsasını müəyyən edirdi. Belə ki, dəyişikliyə qədər müvafiq işlərin görülməsi, xidmətlərin göstərilməsi (tikinti-təmir, yükləmə-boşaltma, məişət, ticarət, əkin-biçin, heyvandarlıq işləri) iki və daha çox işçi qrupu tərəfindən kollektiv halında həyata keçirilməklə əmək müqaviləsinin bağlanması kollektivin (briqadanın, işçi qrupunun) hər bir üzvünün yazılı razılığı ilə yol verilirdi. Bu zaman işçilər işəgötürənlə kollektiv əmək müqaviləsi bağlamaq üçün bir nümayəndəsini müvəkkil edirdilər.

Yeni dəyişikliyə əsasən, əmək müqaviləsi elektron formada imzalandığı üçün kollektiv əmək müqaviləsinin bağlanılması üçün şərtlər də uyğun gəlmir. Çünki ƏMAS altsistemində bağlanılan əmək müqaviləsi hər bir işçi tərəfindən onun gücləndirilmiş elektron imzası ilə təsdiqlənməlidir. Kollektiv əmək müqaviləsi zamanı isə işçilərin hər biri ilə ayrıca yox, onların işəgötürənlə kollektiv əmək müqaviləsi bağlamaq hüququ verilən bir nümayəndəsi ilə müqavilə bağlanılır. Elektron sənəd formasına əmək müqaviləsi ilə bağlı Əmək Məcəlləsində edilən son dəyişikliklər kollektiv əmək müqaviləsi bağlanmasını mümkünsüz edir. Bu səbəbdən də Əmək Məcəlləsinin 46-cı maddəsindəki kollektiv qaydada bağlanan əmək müqaviləsinə aid ikinci və üçüncü hissələr ləğv edilib.

Sonda bir məqamı bildirək ki, kollektiv qaydada bağlanan əmək müqaviləsi ilə kollektiv əmək müqaviləsi fərqli anlayışlardır. Bu səbəbdən də həmkarlarımız ləğv edilən kollektiv qaydada bağlanan əmək müqaviləsini kollektiv əmək müqaviləsi ilə qarışdırmamalıdırlar.

Mənbə: vergiler.az

Dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşma genişləndirilir

141 saylı “Təbii sərvətlərin (ehtiyatların) dəyəri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Təbii sərvətlərin (ehtiyatların) dəyərinin tanınması

Təbii sərvətlər (ehtiyatlar) Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinin 14-cü maddəsinə uyğun uçota alınır. Onların tanınması və uçotu 6-№li “Təbii ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsi” MHBS-də (IFRS 6) qeyd olunan meyarlara əsasən aparılır.

Bu Standart əsasən aşağdakıları tələb edir:

(a) kəşfiyyat və qiymətləndirmə məsrəfləri üzrə mövcud uçot praktikalarına məhdud təkmilləşdirmələrin edilməsini;

(b) kəşfiyyat və qiymətləndirmə aktivlərini tanıyan müəssisələr tərəfindən həmin aktivlərin qiymətdən düşməsinin Standarta uyğun olaraq qiymətləndirilməsi, bu zaman hər hansı qiymətdən düşmə 36 №-li “Aktivlərin qiymətdən düşməsi” MUBS-a (IAS 36) uyğun olaraq qiymətləndirilməlidir;

(c) müəssisənin maliyyə hesabatlarında, təbii ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsinin nəticəsi olan məbləğləri müəyyənləşdirən və izah edən, həmin maliyyə hesabatlarının istifadəçilərinə tanınmış hər hansı kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə gələcək pul vəsaitləri hərəkətinin məbləğini, müddətini və etibarlılığını anlamağa kömək edən açıqlamaların edilməsini.

Uçot siyasətinin müəyyən edilməsi zamanı, təbii sərvətlərin kəşfiyyat və qiymətləndirmə aktivlərini tanıyan müəssisə 8 №-li “Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” MUBS-un (IAS 8) 10-cu maddəsini tətbiq etməlidir.

Təbii ehtiyatların tapılması ilə bağlı xərclər

Müəssisə, hansı xərclərin kəşfiyyat və qiymətləndirmə aktivləri kimi tanınacağını müəyyən edən uçot siyasəti müəyyənləşdirməli və bu siyasəti bərabər şəkildə tətbiq etməlidir. Bunu müəyyən edərkən müəssisə, xərcin xüsusi təbii ehtiyatların tapılması ilə nə dərəcədə əlaqəli ola biləcəyini nəzərə almalıdır. Aşağıdakılar kəşfiyyat və qiymətləndirmə aktivlərinin ilkin ölçülməsinə daxil edilə biləcək xərclərə misaldır (lakin bunlarla məhdudlaşmır):

(a) kəşfiyyat aparmaq üçün hüquqların əldə olunması;

(b) topoqrafik, geoloji, geokimyəvi və geofiziki araşdırmalar;

(c) tədqiqi burğulama əməliyyatları;

(d) qazma işləri;

(e) bir bütövün seçilmiş hissələrinə görə öyrənilməsinə əsaslanan araşdırma fəaliyyətləri və

(f) təbii ehtiyatların çıxarılmasının texniki baxımdan mümkünlüyünün və kommersiya baxımından sərfəliliyinin qiymətləndirilməsi ilə əlaqədar fəaliyyətlər.

Təbii ehtiyat yataqlarının işlənməsi ilə əlaqədar xərclər kəşfiyyat və qiymətləndirmə aktivləri kimi tanınmır. Konseptual Əsaslar və 38 №-li “Qeyri-maddi aktivlər” MUBS-da (IAS 38) inkişaf nəticəsində yaranan aktivlərin tanınması üzrə təlimat mövcuddur.

37 №-li “Yaradılmış ehtiyat fondları, şərti öhdəliklər və şərti aktivlər” MUBS-a (IAS 37) uyğun olaraq müəssisə, təbii sərvətlərin kəşfiyyatı və qiymətləndirilməsini öhdəsinə götürməsi nəticəsində müəyyən dövr ərzində həyata keçirilmiş ləğv etmə və bərpa fəaliyyətləri üzrə istənilən öhdəlikləri tanıyır.

Tanınmadan sonra qiymətləndirmə

Tanınmadan sonra müəssisə, kəşfiyyat və qiymətləndirmə aktivlərinə ya ilkin dəyər modelini, ya da yenidən qiymətləndirmə modelini tətbiq etməlidir. Yenidən qiymətləndirmə modeli tətbiq olunduğu halda (istər 6 №-li “Torpaq, tikili və avadanlıqlar” MUBS (IAS 6), istərsə də 38 №-li “Qeyri-maddi aktivlər” MUBS-da (IAS 38) göstərilən model), bu, aktivlərin təsnifatı ilə uyğun olmalıdır.

Təbii sərvətlərin Kəşfiyyat və qiymətləndirmə məsrəfləri üzrə uçot siyasətinin dəyişdirilməsini izah etmək məqsədilə müəssisə, dəyişikliyin onun maliyyə hesabatlarını 8 №-li “Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” MUBS-da (IAS 8) göstərilən meyarlara yaxınlaşdırdığını nümayiş etməlidir, lakin dəyişikliyin həmin meyarlara tam uyğunluğu tələb olunmur.

Müəssisə kəşfiyyat və qiymətləndirmə aktivlərini xüsusi aktivlər sinfi kimi uçota almalı və onların təsnifləşdirilməsinə uyğun olaraq 6 №-li “Torpaq, tikili və avadanlıqlar” MUBS (IAS 6) və ya 38 №-li “Qeyri-maddi aktivlər” MUBS-da (IAS 38) tələb olunan məlumatları açıqlamalıdır.

141 saylı hesab üzrə uçot

Təbii sərvətlərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.

141 №-li “Təbii sərvətlərin (ehtiyatların) dəyəri” hesabı aktiv hesabdır. “Təbii sərvətlərin uçotu maddəsi” üzrə aşağıdakı hesablardan ibarətdir (qaydaların 15.1. bəndi):

Təbii sərvətlərin uçotu maddəsi üzrə iki hesab açılır. 141 №-li “Təbii sərvətlərin (ehtiyatların) dəyəri” hesabı aktiv hesabdır.

Təbii sərvətlərin (ehtiyatların) yaranması üzrə dəyəri həmin qaydaların 15.5.-ci bəndi ilə nizamlanır.

Təbii sərvətlərin (ehtiyatların) mübadilə nəticəsində yaranması üzrə çəkilmiş məsrəflərin ədalətli dəyəri həmin qaydaların 15.7.-ci bəndi ilə nizamlanır.

Təsərrüfat üsulu ilə yaradılan təbii sərvətlərin (ehtiyatların) dəyəri həmin qaydaların 15.9.-cu bəndi ilə nizamlanır.

Əvəzsiz alınan təbii sərvətlərin (ehtiyatların) dəyəri həmin qaydaların 15.12.-ci bəndi ilə nizamlanır.

Təbii sərvətlərin (ehtiyatların) tanınmasının dayandırılması zamanı dəyəri həmin qaydaların 15.13.-cü bəndi ilə nizamlanır.

Satış məqsədi ilə saxlanılan təbii sərvətlərin (ehtiyatların) satılması və ya əvəzsiz verilməsi ilə bağlı xərclər həmin qaydaların 15.14.-cü bəndi ilə nizamlanır.

Satılmış və ya əvəzsiz əldə edilmiş təbii sərvətlərə (ehtiyatlara) görə gəlirlər həmin qaydaların 15.15.-ci bəndi ilə nizamlanır.

Mühasibat uçotu subyektinin təbii sərvətlərinin əskik gəlməsi zamanı təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olduqda həmin qaydaların 15.21.-ci bəndi ilə, təqsirkar şəxsi təyin etmək mümkün olmadıqda həmin qaydaların 15.22.-ci bəndi ilə, əskik gəlmiş təbii sərvətlər üzrə hesablanmış əlavə dəyər vergisi məbləği həmin qaydaların 15.23.-cü bəndi ilə nizamlanır.

Təbii sərvətlərin dəyəri ilə bağlı müxabirləşmə nümunələri

“A” MMC-nin fəaliyyəti neft-qaz yataqlarının kəşfiyyatı, hasilatıdır. Eyni zamanda, kəşfiyyat işləri aparmaq üçün Dövlət orqanlarına müraciət edərək icazə almışdır. Kəşfiyyat aparılacaq sahələr “B” və “C” şəklində adlandırılmışdır. Sözügedən prosesin həyata keçirilməsi məqsədilə hər iki sahəyə xüsusi maşınlar, avadanlıqlar, təbii ki, mütəxəsislər cəlb edilərək, qazıntı, geoloji, geofiziki, topoqrafik, geokimyəvi araşdırmalar aparılır, buğlama, qazma işləri aparılır. Bütün bu proseslərdən sonra aşardırma aparılan iki sahə barədə mütəxəsislərdən rəy alınır. Rəydən sonra məlum oldu ki, “B” sahəsində netfin çıxarılması texniki cəhətdən mümkündür və sərfəlidir. Lakin “C” sahəsi neftin çıxarılması baxımından əlverişli sayılmadığından burada hər hansı qazma işləri aparılmayacaqdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Dövlət orqanlarından icazə alındıqda 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 200000.00
2 Kəşfiyyat, qazma işləri podratçılar tərəfindən aparıldıqda 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 50000.00
3 Kəşfiyyat, qazma işləri ilə bağlı materiallar silindikdə 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 201 – Material ehtiyatları 30000.00
4 Kəşfiyyat, qazma işləri ilə bağlı cəlb edilən işçilərə əməkhaqqı hesablandıqda 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 20000.00
5 İşəgötürən hesabına sosial sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (22%) 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər
6 İşəgötürən hesabına sosial sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (0.5%) 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (2%) 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər
8 İstifadə prosesi zamanı təbii sərvətdə tükənmə aşkar edildikdə 202 – İstehsalat (iş və xidmət) məsrəfləri 142 – Təbii sərvətlərin (ehtiyatların) tükənməsi 20000.00
9 Təbii sərvət yatağı satışa çıxarıldıqda 731 – Sair əməliyyat xərcləri 141 – Təbii sərvətlərin (ehtiyatların) dəyəri 200000.00
10 Təbii sərvətdə baş verən tükənmə nəzərə alındıqda 142 – Təbii sərvətlərin (ehtiyatların) tükənməsi 731 – Sair əməliyyat xərcləri 20000.00
11 Təbii sərvət yatağı satıldıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 250000.00
12 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 45000.00
13 Əldə edilən gəlir ümumi mənfəətə aid edildikdə 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 250000.00
14 Təbii sərvət yatağının qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 180000.00

Təbii sərvətlərin (ehtiyatların) tükənməsinin 142- saylı hesabda uçotu haqqında buradan oxumaq olar.

221 saylı “Kassa” hesabı üzrə uçot: daxilolmalar

Dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşma genişləndirilir

posted in: Xəbər | 0

Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və səmərəliliyin artırılması, eyni zamanda rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində yeni mərhələ başlanır.

Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli Fərmanı ilə dövlət maliyyəsi sahəsində rəqəmsallaşma və müasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Yeni fərman dövlət maliyyəsinin idarə edilməsində innovativ yanaşmaların tətbiqini, rəqəmsallaşmanın genişləndirilməsini, maliyyə intizamının möhkəmləndirilməsini və dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edəcək.

Fərmana əsasən, Maliyyə Nazirliyi tərəfindən “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılacaq. Bu sistem dövlət büdcəsinin gəlir və xərclərinin, vergi və gömrük daxilolmalarının, dövlət mülkiyyətində olan hüquqi şəxslərin maliyyə göstəricilərinin, audit və mühasibat uçotunun, dövlət borcunun və maliyyə öhdəliklərinin vahid elektron platforma üzərindən izlənilməsini təmin edəcək. Bununla da rəqəmsal texnologiyaların tətbiqi ilə dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq, operativlik və nəzarət gücləndiriləcək.

Fərmana müvafiq olaraq dövlət müəssisələrinin və publik hüquqi şəxslərin büdcə layihələri və icra göstəriciləri mütəmadi təhlil ediləcək və nəticələr Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq.

Yeni yanaşmalar olaraq büdcə daxilolmaları üzərində nəzarətin artırılması, dövlət sektorunda elektron satınalma müqavilələrinin tam tətbiqi, səmərəliliyin və şəffaflığın artırılması, büdcə vəsaitlərinin ünvanlı icrası, büdcə xərclərinin optimallaşdırılması və xərc normativlərinin təkmilləşdirilməsi də nəzərdə tutulur.

Mənbə: vergiler.az

445 saylı “Digər uzunmüddətli öhdəlikləri” hesabda uçotun əsas prinsipləri

Kapital Bank-dan yeni kredit kampaniyası: 6000 AZN götür, aylıq 190 AZN ödə

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank yeni kredit kampaniyasına start verir. Belə ki, 30 sentyabr tarixinədək bankdan nağd kredit alan müştərilər hər 6000 manat kredit məbləği üçün 190 manat aylıq ödəniş etmək şansı qazanırlar.

Kampaniya Birbank mobil tətbiqindən, rəqəmsal kanallardan və Kapital Bank, Birbank filiallardan rəsmiləşdirilən kreditlərə şamil edilir. Üstəlik rəqəmsal kanllardan və Birbank mobil tətbiqindən əldə edilən kreditlərə nağdlaşdırma komissiyası tətbiq edilmir. Kampaniyadan digər bankdakı kreditlərini Kapital Bank-a gətirən müştərilər də yararlana bilərlər.

Ətraflı məlumat üçün: http://b-b.az/npkr

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

445 saylı “Digər uzunmüddətli öhdəlikləri” hesabda uçotun əsas prinsipləri

1 163 164 165 166 167 168 169 2. 693
error: Content is protected !!