445 saylı “Digər uzunmüddətli öhdəlikləri” hesabda uçotun əsas prinsipləri

posted in: Xəbər | 0

Uzunmüddətli öhdəliklər dedikdə, adətən bir ildən sonra ödənilməli olan borc və öhdəliklər nəzərdə tutulur. Bu məqalədə, mühasibatlıqda belə öhdəliklərin uçotu üçün nəzərdə tutulan hesablardan biri – 445 saylı “Digər uzunmüddətli öhdəliklər” hesabı üzrə uçotun əsas prinsipləri şərh olunur.

Balansın IV bölməsinin sətirləri üzrə göstəricilərin formalaşması

Mühasibat uçotunda öhdəliklər müəssisənin maliyyə vəziyyətini müəyyən edən əsas elementlərdən biridir. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” -na  görə öhdəliklər – müəssisənin keçmiş hadisələrdən yaranan və gələcəkdə iqtisadi faydaların azalması ilə nəticələnən mövcud borcudur.

Müəssisənin öhdəlikləri (mahiyyətcə borc kapitalı) ödəmə müddətindən asılı olaraq balans hesabatının iki bölməsində təqdim olunur:

Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydaları ilə müəyyən edilmiş müəssisələr üçün hesablar planının “Uzunmüddətli öhdəliklər” bölməsinə aşağıdakı maddələr aiddir:

Mühasibat xidmətləri
  • 40-cı maddə: “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”;
  • 41-ci maddə: “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”;
  • 42-ci maddə: “Təxirə salınmış vergi öhdəlikləri”;
  • 43-cü maddə: “Uzunmüddətli kreditor borcları”;
  • 44-cü maddə: “Sair uzunmüddətli öhdəliklər”.

445 saylı “Digər uzunmüddətli öhdəliklər” hesabı müəssisənin bu maddələrə aid digər hesablarla əhatə olunmayan qeyri-tipik öhdəliklərinin uçotu üçün istifadə edilir.

445 saylı hesabdan istifadənin məqsədi

Bu hesab 44 saylı “Sair uzunmüddətli öhdəliklər” maddəsinə aiddir. 44-cü maddəyə daxil olan digər hesablar aşağıdakılardır:

Müəssisələr 445 saylı esabdan aşağıdakı məqsədlər üçün istifadə edir:

  • bütün uzunmüddətli maliyyə öhdəliklərinin tam və şəffaf uçotunu təmin etmək;
  • müxtəlif hüquqi və iqtisadi münasibətlərdən yaranan borcların dəqiq təsnifatını aparmaq;
  • maliyyə hesabatlarında düzgün təqdimatı və açıqlamanı həyata keçirmək.

“Digər uzunmüddətli öhdəliklər” hesabında mühasibat uçotunun digər xüsusi hesablar (məsələn, uzunmüddətli kreditlər, lizinq öhdəlikləri və s.) tərəfindən əhatə edilməyən, hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi və işlərin görülməsi tələb olunmayan bütün digər öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir (məsələn audit, hüquq, treyninq və sair bu kimi öhdəliklər).

Digər qısamüddətli öhdəliklərin uçotu hesablar planının 545 saylı hesabında aparıır.

“Digər uzunmüddətli öhdəliklər” hesabında uçotun əsas prinsipləri

445 saylı hesabda öhdəlik aşağıdakı şərtlər daxilində tanınır (37 saylı MUBS (IAS37)):

  • öhdəliyin hüquqi və ya konstruktiv məcburiyyəti mövcuddur;
  • iqtisadi faydaların çıxışı (məsələn, pul vəsaiti və ya digər aktivlərin ödənilməsi) gözlənilir;
  • öhdəliyin məbləği etibarlı şəkildə ölçülə bilir.

9 saylı MHBS-a (IFRS9)  əsasən öhdəliklər ilkin tanınma zamanı ədalətli (fair) dəyərlə ölçülür. Bununla belə, bəzi maliyyə öhdəlikləri üçün sonradan digər müvafiq ölçmə üsulları tətbiq edilə bilər

Müəssisələr qiymətləndirmə zamanı aşağıdakı üsullardan birini seçə bilər:

  • müqavilə əsasında müəyyən edilmiş dəyərlə qiymətləndirmə;
  • hesabat dövrləri üzrə diskontlaşdırma metodunun tətbiqi;
  • valyuta öhdəliklərində yenidən qiymətləndirmə.

445 saylı hesabda uçota alınan öhdəliklər müəssisənin maliyyə vəziyyəti haqqında hesabatında (balans) uzunmüddətli öhdəliklər bölməsində göstərilir. Həmçinin maliyyə hesabatlarına qeydlərdə bu öhdəliklərin mahiyyəti, məbləği və müddəti açıqlanır.

Hesab üzrə tənzimləmələr

445 saylı hesab üzrə tənzimləmələr Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydalarının 38.34-38.42 bəndlərinə uyğun aparılır.

  • digər uzunmüddətli öhdəliklər yarandıqda mühasibat yazılışları qaydaların 38.34-cü bəndində qeyd edilmiş hesabların debeti və 445 saylı hesabın krediti üzrə aparılır;
  • qaydaların 38.35-ci bəndinə əsasən görülmüş işlərin və göstərilmiş xidmətlərin qəbulu nəticəsində yaranan ƏDV 241-1 saylı subhesabın debetində və 445 saylı hesabın kreditində əks etdirilir. Bu zaman ƏDV əvəzləşdirildikdə müxabirləşmə Dt521/Kr241-1 qaydasında verilir. ƏDV vəzləşdirilməyən hallar üçün debet yazılışlar aparılan hesabların siyahısı da bu bənddə verilib;
  • belə öhdəliklər qısamüddətli kimi təsnifləşdirildikdə 445 saylı hesabın debeti və 545 saylı hesabın krediti üzrə mühasibat yazılışı verilir (bənd 38.36)
  • müsbət məzənnə fərqi Db445/Kr611-8, mənfi məzənnə fərqi db731-8/Kr445  mühasibat yazılışı verilir (bənd 38.37);
  • belə öhdəliklər qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa olaraq ödənildikdə Db445/Kr221(yaxud 223, 224, 225) yazılışı verilir (bənd 38.38);
  • digər uzunmüddətli öhdəliklərin üçüncü üçüncü şəxs tərəfindən ödənilməsi qaydaların 38.39-cu, digər uzunmüddətli öhdəliklərin bağışlanılması və ya qanunvericiliklə uyğun silinməsi qaydaların 38.40-cı bəndləri ilə tənzimlənir.

Praktik müxabirləşmələr

Nümunə: Müəssisənin cari ilin əvvəlinə 445 saylı “Digər uzunmüddətli öhdəliklər” hesabında manat ekvivalenti 20000 manat olan xarici valyuta öhdəliyi var. İl ərzində ondan manat ekvivalentində 4000 manat ödənib. İlin sonunda öhdəliyin qiymətləndirilib və 1000 manat müsbət məzənnə fərqi yaranıb.

İlin sonu üçün mühasibatlıqda aşağıdakı yazılışlar verilir.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
Hesabat ilinin əvvəlinə 445 saylı hesabın qalığı 445: “Digər uzunmüddətli öhdəliklər” 20000
Hesabat ili ərzində öhdəliyin qısamüddətli kimi təsnifləşdirilmədən ödənilən hissəsi 445: ““Digər uzunmüddətli öhdəliklər” 223 “Bank hesablaşma hesabları” 4000
İlin sonunda məzənnə dəyişikliyi 445: ““Digər uzunmüddətli öhdəliklər” 611-8: «Məzənnə fərqləri üzrə gəlirlər” 1000
İlin sonunda öhdəliyin növbəti ildə ödəniləcək hissəsi qısamüddətli kimi təsnif  edilir 445: “Digər uzunmüddətli öhdəliklər” 545: “Digər qısamüddətli öhdəliklər” 4000