“Maliyyə təhlili üzrə təcrübəçi” tələb olunur

posted in: İş elanı, Təcrübə, Xəbər | 0

təcrübəçiAzərbaycan Beynəlxalq Bankı ASC Maliyyə təhlili üzrə təcrübəçi axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

– Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
– Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
– Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
– Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.

Vakant vəzifə üzrə tələblər:

– Mühasibatlıq/Maliyyə/Biznesın idarəedilməsi sahələrində yeni bitimiş gənclərə üstünlük veriləcəkdir;
– CFA Səviyyəsi üzrə müəyyən bilgilərə sahib olmaq;
– Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi üstünlükdür;
– MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
– Analatiki bacarıqlar, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı.



Bu iş sizə nələri qazandıracaq:

– Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
– İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
– Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;
– Təşkilatların maliyyə analizlərinin aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 avqust 2019-cu il tarixinədək  / elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Maliyyə təhlili üzrə təcrübəçi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Aqrar sığorta növü necə fəaliyyət göstərəcək?

posted in: Xəbər | 0

Bu yazımızda 19.08.2019-cu il tarixdən qüvvəyə minmiş “Aqrar sığorta haqqında” qanundan irəli gələrək başlıca məsələlərin qısa izahını təqdim edəcəyik.

Qanuna əsasən aşağıda göstərilmiş predmetlər sığortalanacaq:

– kənd təsərrüfarı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla)

– kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar,

– akvakultura məhsulu. (akvakultura yolu ilə balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən akvakultura obyektləri)

Qanuna əsasən istehsalı, emalı, idxalı və dövriyyəsi qadağan edilən kənd təsərrüfatı məhsulları, habelə karantin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazidəki və ya xəstə kənd təsərrüfatı heyvanları və akvakultura məhsulları üzrə sığorta təminatı verilə bilməz. Qeyd etmək lazımdır ki, bu sığorta növü ilə aşağıda göstərilən hallar nəticəsində dəyən zərərə görə sığorta təminatı veriləcək:

– təbii fəlakətlər;

– yanğınlar;

– bitki xəstəlikləri və zərərvericilər;

– yoluxucu xəstəliklər və zəhərlənmələr;

– vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;

– üçüncü şəxslərin hərəkətləri.



Aqrar sığorta münasibətləri müqavilənin əsasını təşkil edən qaydalarla təsdiqlənəcək ki, bu qaydalarla hər bir sığortalı tanış ediləcək. Sığorta müqaviləsinin bağlanması üçün hesablanmış sığorta haqqı şəxsin ödəyəcəyi və dövlət büdcəsindən ödəniləcək hissələrdən ibarət olacaq. Sığorta müqaviləsi qeyri-həyat sığortası üzrə fəaliyyət lisenziyasına malik sığorta şirkətləri tərəfindən ASC təşkilati-hüquqi formasında yaradılan idarəedici qurum arasında bağlanacaq. Bu qurum isə öz fəaliyyətini 19.08.2019-cu il tarixdə yaradılmış Aqrarsığorta Fondu ilə bağlanmış müqavilə və qanunvericiliyə uyğun həyata keçirəcək.

Müqavilə bağlanmazdan əvvəl müstəqil ekspert (xidmət haqqı aqrar sığorta orqanı tərəfindən ödənilir) sığortalanan predmeti və bununla bağlı riskləri qiymətləndirir.

Yuxarıda göstərilmiş hadisələr nəticəsində zərər dəydikdə, zərərçəkmiş idarəedici quruma lumat verir. Bu qurum müstəqil ekspert vasitəsilə zərəri qiymətləndirir. Zərərçəkmiş şəxs müqavilə və ya qaydalarda nəzərdə tutulan sənədləri verdikdən sonra 7 iş günü müddətində aqrar sığorta orqanı ya ödəniş edir, ya da ödənişdən əsaslandırılmış cavabla imtina edir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
aqrar sığorta,

Vakansiya: Mühasib köməkçisi – Mustafa Tayat mağazalar şəbəkəsi

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya baş mühasib, mühasib köməkçisiVakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Mustafa Tayat mağazalar şəbəkəsi.

Şəhər: Bakı

Yaş: 20 – 35 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Orta

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: Nağıyeva Ləman

Telefon: (012) 565-40-75 / (055) 333-48-70

E-mail: /

Əmək haqqı: 400 – 600 AZN

İş barədə məlumat

– Bank əməliyyatlarının (pul mədaxili və köçürmələri) proqrama daxil edilməsi
– Müştərilərlə alqı-satqı müqavilələrinin hazırlanmasını
– Bütün kassa və bank hesablarına nəzarət
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– AR əmək məcəlləsinə uyğun sənədləşmə
– İş qrafiki: 1-6 günlər, saat 09:00-dan 18:00-dək


Gömrük Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

işsizlərin qeydiyyata alınması Baş mühasiblər Baş mühasib emek muqavilesi əməkAzərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 17-ci və 24-cü bəndlərini rəhbər tutaraq qərara alır: (gömrük məcəlləsi,gomruk mecellesi)

Maddə 2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510; 2018, № 1, maddə 30, № 11, maddə 2211, № 12 (I kitab), maddə 2521; 2019, № 1, maddə 30; Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1584-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 9.0.5-ci maddəyə “(şəhadətnamələrini)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatını, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışı” sözləri əlavə edilsin;

2.2. 92.2.3-cü maddəyə “(şəhadətnamələrlə)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış ilə” sözləri əlavə edilsin.

Mənbə: president.az



Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gömrük məcəlləsi, gomruk mecellesi