Vergilər nazirinin müavinləri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

vergiler naziri, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallarVergilər nazirinin birinci müavini Naftalanda vətəndaşları qəbul edəcək. (Vergilər nazirinin müavinləri)

Goranboy, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər rayonları, habelə Gəncə və Naftalan şəhər sakinlərinin nəzərinə!

VN birinci müavini Sahir Məmmədxanov 23 avqust 2019-cu il tarixində Naftalan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Ş.Qurbanov küçəsi, Maliyyə şöbəsinin binasının yanında) Goranboy, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər rayonları, habelə Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 20-22 avqust 2019-cu il tarixlərində Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Departamentinə, habelə Naftalan şəhəri və Goranboy rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də VN-nin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.



Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək.

Qobustan, Şamaxı və Ağsu rayon sakinlərinin nəzərinə!

VN müavini Sahib Ələkbərov 22 avqust 2019-cu il tarixində Qobustan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Qobustan şəhəri, Yeni yaşayış massivi, Bakı-Qazax şosesi, 89-cu km) Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən şəxslər 20-21 avqust 2019-cu il tarixlərində Şamaxı şəhərində yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qobustan və Ağsu rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az

Bax: Vergi Məcəlləsinin 137-ci maddəsində “ayrıca şəxs” dedikdə, kim nəzərdə tutulur?

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergilər nazirinin müavinləri

Vergi Məcəlləsinin 137-ci maddəsində “ayrıca şəxs” dedikdə, kim nəzərdə tutulur?

posted in: Vergi, Xəbər | 0

nəqliyyat xidməti, Hüquqi şəxs vergi məcəlləsi əmlak vergisi emek muqavilesi Əmək müqaviləsi kassa çeki qaime e-qaimə Qeyri-rezident Torpaq sahələri vergi icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftSual: Vergi Məcəlləsinin 137-ci maddəsinə uyğun olaraq, hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır. Bu maddənin məqsədləri üçün “ayrıca şəxs” dedikdə, kim nəzərdə tutulur? (vergi məcəlləsi)

Cavab: VM-nin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır.

Əsas: VM, 154.5-ci maddə.

Mənbə: vergiler.az

 

 



Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi məcəlləsi, ayrıca şəxs

Sığorta fəaliyyəti haqqında Qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0

Miqrasiya məcəlləsi Mühasibat Uçotu Milli Məclis Əcnəbilərə güzəşt dövlət rüsumu“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815; Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1596-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 1.1.2-1-ci, 1.1.2-2-ci və 1.1.3-1-ci maddələr əlavə edilsin:


“1.1.2-1. müştərək sığorta – müştərək sığorta fondu hesabına sığorta ödənişinin verilməsi, risklərin, o cümlədən fondda yaranan gəlir və zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;

1.1.2-2. müştərək sığorta fondu – fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusu;”;

“1.1.3-1. müştərək sığortaçı – müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçı;”.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il.

Mənbə: president.az

Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Sığorta fəaliyyəti

Vakansiya: Kiçik Mühasib – UNIMAC MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Cari Mənfəət vergisi vakansiya kiçik mühasibVakansiya: Kiçik Mühasib.

İşəgötürən: UNIMAC MMC.

Əmək haqqı: 400 – 500 AZN

Şəhər: Bakı

Yaş: 22 – 38 yaş

Cins: Qadın

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən aşağı

Əlaqədar şəxs: HR

Telefon: (012) 448-26-26

E-mail: /

Vakansiya barədə məlumat:

– Qaimələrin və hesab fakturaların 1C proqramına və Vergi portalına yazılması
– Bank əməliyyatlarının (pul mədaxili və köçürmələri) 1C proqramına daxil edilməsi
– Müştərilərlə alğı-satqı müqavilələrinin hazırlanması
– 6 günlük iş qrafiki, bazar ertəsi – cümə 09:00-dan 18:00-dək, Şənbə günü 09:00-dan 14:00-dək



Namizədə tələblər:

– Yalnız xanım namizədlər
– Ali təhsil (İqtisadiyyat, Maliyyə vəya Mühasibat sahəsində) olanlara üstünlük veriləcəkdir
– Mühasibatlıq sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir
– MS Office proqramlarını yaxşı bilməli, 1C proqramını bilənlərə üstünlük veriləcəkdir
– Xırdalıqlara diqqətli olmalı
– Stress altında işləmə qabiliyyəti və ünsiyyət bacarığı
– İlkin mühasibat bilikləri

Maraqlanan şəxlərdən mövzu yerində “Kiçik mühasib” yazmaqla CV-lərinizi / elektorn poçta göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kiçik mühasib