Read More9
Read More9

Vergitutma obyekti necə müəyyən edilir?

posted in: Xəbər | 0

Mövzunu “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə layihə rəhbəri Mircəfər Rzayev şərh edir. 

Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir.

Misal:

“AA” MMC sadələşdirilmiş verginin ödəyicisidir, Bakı şəhərində ictimai iaşə fəaliyyəti ilə məşğuldur. Şirkətin 2025-ci ilin 1-ci rübü üzrə satışları aşağıdakı kimi olub:

• yanvar ayı – 6.000 manat;
• fevral ayı – 4.000 manat;
• mart ayı – 8.000 manat.

Rüb üzrə satışların cəmi: 18.000 manat təşkil edib.

Qeyd olunan rüb üzrə müştərilər tərəfindən cəmi 15.000 manat ödəniş daxil olub. Vergi Məcəlləsinin 219.1-ci maddəsində əldə edilmiş ümumi hasilat deyildiyinə görə, sadələşdirilmiş vergi məbləği 300 manat təşkil edəcək:

15.000 x 2% = 300 manat.

Yerdə qalan 3.000 manat məbləğ “AA” MMC-yə müştərilər tərəfindən ödənildiyi rübdə vergiyə cəlb olunacaq.

Mənbə: vergiler.az

Əmək müqaviləsinin imzalanması tarixləri fərqli olduqda sənədin hüquqi qüvvəyə minməsi necə tənzimlənir?

Əmək müqaviləsinin imzalanması tarixləri fərqli olduqda sənədin hüquqi qüvvəyə minməsi necə tənzimlənir?

posted in: Xəbər | 0

Əmək Məcəlləsində edilmiş son dəyişikliklərdən sonra əmək müqavilələrinin elektronlaşdırılması və bununla bağlı digər proseslərin həyata keçirilməsi zəruri oldu. Bəs bu zaman sənədlərin hüquqi qüvvəyə minməsi, işçilərin işə başlaması tarixləri necə tənzimlənir? Suala iqtisadçı ekspert Anar Bayramov nümunələr əsasında aydınlıq gətirir.

Tutaq ki, işəgötürən elektron sənəd formasında bağlanan əmək müqaviləsini 26 avqust 2024-cü il tarixdə hazırlayıb, işçi isə onu 27 avqust 2024-cü il tarixdə imzalayıb. İşəgötürən işçi tərəfindən imzalanmış əmək müqaviləsini 28 avqust 2024-cü il tarixdə təsdiq edib. Bu zaman əmək müqaviləsi hansı tarixdən hüquqi qüvvəyə minir?

Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Maddədə “son imzalanma tarixindən” məhfumundan istifadə olunub. Bu səbəbdən də sonuncu tərəf olan işəgötürən əmək müqaviləsini 28 avqust 2024-cü il tarixdə imzalandığı üçün həmin tarixdən əmək müqaviləsi hüquqi qüvvəyə minmiş hesab olunacaq.

Qeyd edək ki, ƏMAS altsisteminə edilən dəyişikliklər nəticəsində proqram təminatı tərəfindən elektron sənəd formasında bağlanılan əmək müqaviləsinin eyni gündə imzalanması barədə bildiriş təqdim olunur. İşəgötürən və işçi arasında bağlanan elektron əmək müqaviləsində işçinin işə başlama tarixinin fərqli olması da mümkündür.

Misal 1

İşəgötürən 26 avqust 2024-cü il tarixdə hazırladığı elektron əmək müqaviləsində işçinin işə başlama tarixini elə həmin günə qeyd edib. Amma işə qəbul olunan şəxs müəyyən səbəblərdən (texniki, unutqanlıq və s.) elektron əmək müqaviləsini 27 avqust 2024-cü il tarixdə imzaladığı üçün işəgötürən də məcburən həmin tarixdə təsdiq edib. Bu zaman işçiyə 26 avqust 2024-cü il tarixdən əməkhaqqı hesablanmalıdır?

Əmək Məcəlləsinin 49-cu maddəsində qeyd edilir ki, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün sənəd mütləq hər iki tərəfin gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Bu səbəbdən, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi tarixi 27 avqust 2024-cü il hesab olunacaq. Əgər işçi 26 avqust 2024-cü il tarixdən işə başlayarsa, o zaman dövlət qurumu şəxsin elektron əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi tarixdən öncə işə çəlb edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati cərimə tətbiq edə bilər.

Əmək müqaviləsində işçinin işə başlama tarixi ilə bağlı yeni tələblər də müəyyənləşdirilib. Əmək müqaviləsinin müddəti ilə bağlı işçinin işə başlama tarixinǝ Əmək Məcəlləsinin 1 saylı Əlavəsi olan nümunəvi formada dəyişiklik edilib. Əmək müqaviləsinin 2.4-cü bəndində işçinin işə başlama tarixi ilǝ bağlı iki seçim verilir: müqavilədə qeyd edildiyi işə başlama tarixindən; işə başlama tarixinədək müqavilə imzalanmadıqda isə imzalandığı gündən.

Misal 2

İşəgötürən 2 sentyabr 2024-cü ildə ƏMAS-dakı elektron sənəd formasında əmək müqaviləsini təsdiq üçün qarşı tərəfə göndərir. Əmək müqaviləsində işçinin işə başlama tarixi 2 sentyabr 2024-cü il kimi qeyd edilib. İşəgötürən və işçi elektron sənəd formasında olan müqaviləni 3 sentyabr 2024-cü ildə imzalayıblar. Bu halda əmək müqaviləsinin imzalanma tarixi işçinin işə başlama tarixindən gecdir. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, işçinin işə başlama tarixi 2 sentyabr 2024-cü il yox, müqavilənin imzalandığı tarix, yəni 3 sentyabr 2024-cü il hesab ediləcək.

Təcrübədə rast gəlinən bir hal da işəgötürən və işçi arasında bağlanan elektron əmək müqaviləsində işçinin işə başlama tarixinin öncəki tarixlərdə müəyyən edilməsidir.

Misal 3

İşəgötürən 26 avqust 2024-cü il tarixdə hazırladığı əmək müqaviləsində işçinin işə başlama tarixini 2 sentyabr 2024-cü ilə müəyyən edir. İşə qəbul olunacaq şəxs ona göndərilən elektron əmək müqaviləsini 27 avqustda imzalayır. İşəgötürən elektron əmək müqaviləsini 28 avqust 2024-cü il tarixdə imzalasa da işçinin 2 sentyabr 2024-cü il tarixdən işə başlaması səbəbindən elektron əmək müqaviləsinin müxtəlif vaxtlarda imzalanması hər hansı problem yaratmır.

İşəgötürən və namizəd arasında müqavilələrin imzalanmasında vaxt problemi ehtimalı varsa, işçinin işə başlama tarixinin öncəki tarixlərdə müəyyən edilməsi daha məqsədəuyğundur.

Mənbə: vergiler.az

Torpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu?

İş və istirahət günlərinin yerləri dəyişdirilib

posted in: Xəbər | 0

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Bununla da ardıcıl dörd gün – iyunun 26-sı (Silahlı Qüvvələr Günü), 27-si, 28-i və 29-u qeyri-iş günləri olacaq.

Mənbə: report.az

Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?

Torpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu?

posted in: Xəbər | 0

“X Agro” MMC-nin mülkiyyətində 15 hektar torpaq sahəsi var. ƏDV qeydiyyatında olan MMC bu torpaq sahələrini digər vergi ödəyicilərinə icarəyə verir. Bu zaman həmin əməliyyat ƏDV-yə cəlb olunmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən, malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir. 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 13.2.11-ci maddəsində edilmiş dəyişikliyə əsasən, ƏDV-nin məqsədləri üçün torpaqdan istifadə hüququnun başqasına verilməsi və torpağın icarəyə verilməsi xidmət (iş) anlayışında istisna edilib.

Qeyd olunanlara əsasən, MMC tərəfindən torpağın icarəyə verilməsi 2025-ci il yanvarın 1-dən ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmadığından, həmin əməliyyat ƏDV-yə cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci və 159.1-ci maddələri

Mənbə: vergiler.az

Əmək müqaviləsində göstərilməyən şərtlərin müqaviləyə yenidən əlavə edilməsi qaydası

1 174 175 176 177 178 179 180 2. 681
error: Content is protected !!