Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (5-ci addım)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotu ilə bağlı 13 addım (5-ci addım)

(4-cü hissəni bu keçidə daxil olmaqla oxuya bilərsiniz)


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Əsas vəsaitlərin nə olduğunu dərk etmək və onların materiallardan (mal-material ehtiyatı) fərqini öyrənmək.

Əsas vəsaitlər aşağıdakılardır:

a) Müəssisə tərəfindən istehsal və ya mal və xidmət təchizatı, başqa müəssisələrə icarə məqsədilə və yaxud digər administrativ məqsədlər üçün istifadə olunur;

b) Hansılar ki, bir dövrdən artıq müddətdə istifadəsi nəzərdə tutulmur.

Əsas vəsaitlərin uçotu ilə bağlı üç başlıca məsələni bilmək lazımdır:

  1. Əsas vəsaitlərin ilkin olaraq qeydiyyata alındığı və əldə edildikdən sonra qeyd olunan dəyəri.

Vəsaitlərin dəyərinə alış qiyməti, o cümlədən idxal rüsumları, eyni zamanda onların işlək vəziyyətə gətirilməsi üçün istənilən birbaşa xərclər (çatdırılma, montajı, demontajı, qurulması). Ticari güzəştlər alış qiyməti müəyyən edilərkən çıxılır.

  1. Əsas vəsaitlərin aşınma xərcləri onların istifadə dövrü üzrə müəyyən ediləcək.

Müəssisə əsas vəsaitlərdən istifadə etdiyi dövrdə aşınma xərcləri hesabına  bundan fayda götürür. Aşınma xərclərinin hesablanması zamanı hansı üsuldan istifadə olunmasına baxmayaraq, bu üsul əsas vəsaitlərin bütün faydalı xidmət dövrü ərzində sistematik və rasional aparılmalıdır.

  1. Alındıqdan sonra əsas vəsaitlərdə dəyişiklikləri necə əks etdirməli. Bu zaman qiymət yuxarı da qalxa bilər, aşağı da düşə bilər.

Əsas vəsaitlərin obyektlə bağlı xərcləri, əgər bu onun vəziyyətini yaxşılaşdırırsa, ilkin nəzərdə tutulan məhsuldarlığı bir qədər də artırırsa, həmin obyektin dəyəri də buna müvafiq yüksəlir.

Əsas vəsaitlərin gələcəkdə faydalılığını və onun dəyərini yüksəldə bilən nümunələrə bunları misal çəkmək olar:

a) əsas vəsaitlərin faydalılıq əmsalını yüksəldən, həmçinin gücünü artıran modifikasiya xərcləri;

b) maşın və avadanlıqların daha keyfiyyətli məhsul buraxması üçün onların detal və hissələrinin təkmilləşdirilməsi;

c) istehsal xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasına yönələn yeni istehsal proseslərinin tətbiqinə yönələn xərclər.

Əsas vəsaitlər çox vaxt müəssisənin aktivinin əsasını təşkil edir və bu səbəbdən həmin müəssisənin maliyyə vəziyyəti üçün böyük əhəmiyyət daşıyır.

Əsas vəsaitlər ilkin görünüşünü dəyişdirmədən öz dəyərlərini aşınma xərcləri hesabına tədricən hazır məhsulun üzərinə köçürürlər, materiallar isə tam şəkildə hazır məhsula otururlar. Məsələn: Un tam şəkildə çörəyə çevrilir, onu bişirən peç isə elə peç olaraq qalır.


Məqalənin 6-cı hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu bəyannaməni təqdim etməyənlər inzibati məsuliyyətə cəlb ediləcək

posted in: Xəbər | 0

Hüquqi dövlət reyestriGömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməyən şəxslər inzibati məsuliyyətə cəlb olunacaq.


“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”da dəyişiklik edilib.

Nazirlər Kabinetinin qərarına əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim olunmalıdır.

Bildirilir ki, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olacaq, lakin bu, gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmayacaq.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun. 

Veysəloğlu Şirkətlər Qrupu “Aparıcı Mühasib” axtarır

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasib vakansiyaVəzifə: Aparıcı Mühasib
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il
Təhsil: Ali iqtisadi təhsil

Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir.

2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

İşin Təsviri:

Bank ödənişlərinin sistemə işlənilməsi və icra edilməsi, ƏDV, Statistik və DSMF hesabatlarının verilməsi, üzləşmə prosedurunun təmin edilməsini həyata keçirmək

Vəzifə öhdəlikləri:

– Mühasibat uçotu,Vergi, DSMF və Statistika ilə bağlı əməliyyatları icra etmək;
– Vergi orqanları tərəfindən göndərilən sorğuların izlənilməsi və cavablandırılması;
– Bütün vergi hesabatlarının göndərilməsi (ƏDV, ÖMV, Mənfəət və s);
– E-qaimə fakturalarının və VHF nın yazılması;
– Statistika hesabatlarının hazırlanması və göndərilməsi;

– DSMF ilə bağlı hesabatların hazırlanması və təqdim edilməsi;
– Məşğulluqla bağlı hesabatların hazırlanması və təqdim edilməsi;
– Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi;
– Gündəlik bank ödənişlərinin sistemə işlənilməsi;
– Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması.

Tələblər:

– Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
– Vergi uçotu sahəsində biliklər;
– MS Office proqramları biliyi;
– Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

–  İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
–  Nahar ilə təmin edilmə.

Müraciət qaydaları:  / elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – Aparıcı mühasib – Logistika yazıb CV göndərməklə müraciət edilir.
Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun. 

Yeni yaradılan şirkətdə sahibkarlıq meyarı üçün hansı göstərici əsasdır?

posted in: Xəbər | 0

Yeni yaradılan şirkətdə sahibkarlıq meyarı üçün hansı göstərici əsasdır?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Sual: “Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.” –

Belə olduğu halda yeni yaranmış vergi ödəyicisi “illik gəlir” dedikdə nəyə əsaslanmalıdır:

– ilin sonuna təsadüf edən 4 aylıq fəaliyyətinin nəticəsi olan “illik gəlir” və “işçilərin orta siyahı sayı” yoxsa dövlət qeydiyyatına;

– və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində əldə etdiyi “illik gəlir” və illik “işçilərin orta siyahı sayı”?

Cavab: Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.
Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.