Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (5-ci addım)

birbank biznes

Mühasibat uçotu ilə bağlı 13 addım (5-ci addım)

(4-cü hissəni bu keçidə daxil olmaqla oxuya bilərsiniz)


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Əsas vəsaitlərin nə olduğunu dərk etmək və onların materiallardan (mal-material ehtiyatı) fərqini öyrənmək.

Əsas vəsaitlər aşağıdakılardır:

a) Müəssisə tərəfindən istehsal və ya mal və xidmət təchizatı, başqa müəssisələrə icarə məqsədilə və yaxud digər administrativ məqsədlər üçün istifadə olunur;

b) Hansılar ki, bir dövrdən artıq müddətdə istifadəsi nəzərdə tutulmur.

Əsas vəsaitlərin uçotu ilə bağlı üç başlıca məsələni bilmək lazımdır:

  1. Əsas vəsaitlərin ilkin olaraq qeydiyyata alındığı və əldə edildikdən sonra qeyd olunan dəyəri.

Vəsaitlərin dəyərinə alış qiyməti, o cümlədən idxal rüsumları, eyni zamanda onların işlək vəziyyətə gətirilməsi üçün istənilən birbaşa xərclər (çatdırılma, montajı, demontajı, qurulması). Ticari güzəştlər alış qiyməti müəyyən edilərkən çıxılır.

  1. Əsas vəsaitlərin aşınma xərcləri onların istifadə dövrü üzrə müəyyən ediləcək.

Müəssisə əsas vəsaitlərdən istifadə etdiyi dövrdə aşınma xərcləri hesabına  bundan fayda götürür. Aşınma xərclərinin hesablanması zamanı hansı üsuldan istifadə olunmasına baxmayaraq, bu üsul əsas vəsaitlərin bütün faydalı xidmət dövrü ərzində sistematik və rasional aparılmalıdır.

  1. Alındıqdan sonra əsas vəsaitlərdə dəyişiklikləri necə əks etdirməli. Bu zaman qiymət yuxarı da qalxa bilər, aşağı da düşə bilər.

Əsas vəsaitlərin obyektlə bağlı xərcləri, əgər bu onun vəziyyətini yaxşılaşdırırsa, ilkin nəzərdə tutulan məhsuldarlığı bir qədər də artırırsa, həmin obyektin dəyəri də buna müvafiq yüksəlir.

Əsas vəsaitlərin gələcəkdə faydalılığını və onun dəyərini yüksəldə bilən nümunələrə bunları misal çəkmək olar:

a) əsas vəsaitlərin faydalılıq əmsalını yüksəldən, həmçinin gücünü artıran modifikasiya xərcləri;

b) maşın və avadanlıqların daha keyfiyyətli məhsul buraxması üçün onların detal və hissələrinin təkmilləşdirilməsi;

c) istehsal xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasına yönələn yeni istehsal proseslərinin tətbiqinə yönələn xərclər.

Əsas vəsaitlər çox vaxt müəssisənin aktivinin əsasını təşkil edir və bu səbəbdən həmin müəssisənin maliyyə vəziyyəti üçün böyük əhəmiyyət daşıyır.

Əsas vəsaitlər ilkin görünüşünü dəyişdirmədən öz dəyərlərini aşınma xərcləri hesabına tədricən hazır məhsulun üzərinə köçürürlər, materiallar isə tam şəkildə hazır məhsula otururlar. Məsələn: Un tam şəkildə çörəyə çevrilir, onu bişirən peç isə elə peç olaraq qalır.


Məqalənin 6-cı hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email