Azərbaycanda markalanmış mal və məhsulların izlənməsi mümkün olacaq

posted in: Vergi, Xəbər | 0

Saxta məhsullarVergilər Nazirliyi markalanmış mal və məhsulların mənşəyinin müəyyən edilməsi və izlənməsi ilə bağlı yeni qanun hazırlayır.

Bunu Vergilər Nazirinin müavini İlkin Vəliyev deyib.

İlkin Vəliyevin sözlərinə görə, “Track & trace” (təqib et və izlə) məsələlərini özündə əks etdirən yeni qanunvericilik bazası bu ilin ortalarınadək hazır olacaq: “Hazırda qaydaların hazırlanması prosesi gedir. Yalnız qanunvericilik bazası ilin ortalarına qədər hazırlanıb tamamlanacaq. Amma tətbiqi bir qədər vaxt apara bilər”.

Nazir müavini əlavə edib ki, bununla bağlı xüsusi mobil əlavə də istifadəyə veriləcək: “Track & trace” imkan verəcək ki, markalanmış mal və məhsulların mənşəyini, onun hazırlanması üçün keçdiyi bütün mərhələlər haqqında məlumat əldə edilsin. Bu əsasən hazırlanacaq mobil əlavələr və digər vasitələrlə mümkün olacaq”.
Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasiblərin problemi: Gömrük dəyəri yoxsa Invoice dəyəri?

posted in: Xəbər | 0

idxal gömrükSual: Mən Fərdi Sahibkar kimi fəaliyyət göstərirəm və Oktyabr ayında ölkəyə 10.000 AZN Invoice dəyərində mal idxal etmişəm, Gömrük orqanında bu malın dəyəri Invoice.da aşağı göstərildiyi iddia olunaraq şişirdilərək Yük Gömrük Bəyənnaməsinin Statistik dəyər bölməsində 15.000 AZN dəyərində qiymətləndirilmiş və bu məbləğə 2700 AZN ƏDV hesablanmışdır. Dekabr ayında 6% ödəyicisi, Yanvar ayından isə ƏDV ödəyicisi olmuşuq. Sahibliyimizdə qalan malların siyahısını təqdim etdiyimiz üçün Aprel ayına kimi ƏDV-ni alış qiyməti ilə satış qiyməti arasında ki fərqdən hesablayacağıq.

Sual ondan ibarətdir ki, sahibliyimizdə qalan malın alış qiyməti dedikdə hansı yolla hesablanmış dəyəri nəzərə alırıq?

1 – Invoice dəyəri + ƏDV yəni 10000+2700=12.700azn
2 – Gömrük dəyəri + ƏDV yəni 15000+2700=17.700azn

Cavab: Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır.

Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 139.2-ci143-cü və 162.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət rüsumu haqqında Qanuna dəyişiklik edilib

posted in: Xəbər | 0

Dövlət rüsumu haqqında qanuna dəyişiklik edilib

Aylıq müavinətlər sərəncam“ Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“ Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1,

maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947,№ 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12,

maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12, I kitab, maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194; № 7, I kitab, maddələr 1415, 1444, № 8, maddə 1675; Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1345-VQD nömrəli və 28 dekabr tarixli 1434-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 18.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

“18.11. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:

18.11.1. ixtira üçün – 20 manat;

18.11.2. faydalı model üçün – 15 manat;

18.11.3. sənaye nümunəsi üçün – 15 manat;

18.11.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün – 1 manat.”.

2. Aşağıdakı məzmunda 18.11-1 – 18.11-9-cu maddələr əlavə edilsin:

“18.11-1. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün – 10 manat.

18.11-2. Verilmiş patentlərə dəyişiklik edilməsi üçün – 7 manat.

18.11-3. İxtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması üçün:

18.11-3.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün – 15 manat;

18.11-3.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün – 25 manat;

18.11-3.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər iddia sənədi üçün) – 10 manat;

18.11-3.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün) – 10 manat.

18.11-4. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:

18.11-4.1. əmtəə nişanı üçün – 45 manat;

18.11-4.2. coğrafi göstərici üçün – 30 manat;

18.11-4.3. kollektiv nişan üçün – 60 manat.

18.11-5. Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün – 25 manat.

18.11-6. Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün – 10 manat.

18.11-7. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:

18.11-7.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün – 35 manat;

18.11-7.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 20 manat;

18.11-7.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün – 60 manat;

18.11-7.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 50 manat.

18.11-8. Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün – 10 manat.”.

18.11-9. Apellyasiya şurasına etirazla müraciət edilməsi:

18.11-9.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı – 10 manat;

18.11-9.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı – 6 manat;

18.11-9.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı – 40 manat.”.

3. 18.34-cü maddədə “komissiyasına” sözü “şurasına” sözü ilə əvəz edilsin;

4. 18.48-ci maddə aşağıdakı redaksiyada verilsin:

“18.48. Attestasiya komissiyasının qərarına görə Apellyasiya şurasına etiraz vermək üçün – 30 manat.”.

5. 18.54-cü maddə ləğv edilsin.

6. 19-cu maddə üzrə:

6.1. adından “Əmtəə nişanının qeydə alınması ilə bağlı hüquqi hərəkətlər, habelə” sözləri çıxarılsın və “icazələrin” sözü “İcazələrin” sözü ilə əvəz edilsin;

6.2. 19.1-ci maddə ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Zirək mühasibin 10 prinsipi (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

MühasiblərZirək mühasib və ona xas 10 prinsip (2-ci hissə)

2-ci hissə (1-ci hissəni oxumaq üçün keçidə daxil olun)

İstənilən peşə fəaliyyətində mütəxəssislərin təntənə ilə keçməli olduğu mərhələlər mövcuddur. Təhsildən sonra istənilən bir şəxsin öz vəzifələrini yerinə yetirməyə başlaması və iş təcrübəsi toplaması – onun çalışma fəaliyyəti üçün ilk mərhələni təşkil edir. Müəyyən zaman keçdikdən sonra şəxs başa düşür ki, əldə etdiklərində ilişib qalması səhv olardı. Beləliklə, o, özünün cari təcrübəsini nəzərə almaqla nəzəri biliklər də əldə etməyə başlayır ki, bu da ikinci mərhələ hesab olunur. Bu istiqamətdə inkişaf edərkən şəxs yeni çətinliklər, maneələrlə rastlaşır və bunları dəf etmək lazım gəlir. Adətən bütün bunlar metaforik mənada əlavə “əziyyətlər”, “məhrumiyyətlər” və “çətinliklərlə” müşaiyət olunur. Bir çox illər ötdükdən sonra keçmiş mütəxəssis bütün bu çətinlikləri dəf edərək, iradəsi sayəsində əsil peşəkara çevrilir.

Bu gün biz sizdən ötrü ən zirək mühasib ola bilmək üçün on prinsip – qayda toplamışıq. Belə qabiliyyətlərə malik bir mühasib isə təkcə əmək bazarında deyil, həm də gündəlik həyatda yüksək dəyərləndirilir.
3-cü qayda: “Dəqiq ol”

Dəqiqlik hərəkətlərdə ardıcıllıq olmasını göstərir, hərəkətlərdə ardıcıllıq isə – bu müvəffəqiyyətin rəhnidir. Öz işinin əsil peşəkarı olan şəxs öz vaxtını heç vaxt boşuna sərf etmir. Onun gündəlik iş cədvəlində hökmən bölmələr olur, hansı ki, hətta nəsə başqa bir şeylə məşğul olduqda belə, özünü 100 faiz işinə həsr edir. O, görüş yerlərinə gecikmir, hesabatları vaxtında verir, vədlərinə əməl edir və özünə qarşı adamların göstərdikləri xeyirxahlığı heç vaxt unutmur. Təəssüflər olsun ki, bizim həmkarlarımızın bəziləri öz məntiqsizliklərini və “dağınıqlıqlarını” bu kimi müxtəlif sözlərlə ört-basdır etməyə çalışırlar: “Axı, mən qadınam, düşüncələri bir yerə toparlamaq mənlik deyil” və ya “Mən kişiyəm, fikirləri toparlamaq nəyimə gərək”… İş yerində nə “oğlanlar”, nə də “qızlar” olur. İş yerində mütəxəssislər, peşəkarlar olur, hansılar ki, hər biri öz işləri ilə məşğul olurlar. Peşəkar – bu, üzr istəyirəm “cinsi olmayan” varlıqdır, ondan ötrü “gender” sığallamaları mövcud olmur.

4-cü qayda: “Karyeraçı olma”

Qəribədir, hə? Son on il ərzində aktiv şəkildə belə bir düşüncəni yeritməyə çalışırlar ki, əgər insan “böyük şef” olmaq istəmirsə, avtomatik olaraq uğursuz birinə, “ambisiyası” olmayan bir şəxsə çevriləcək və s. İşinin əsil peşəkarını isə ilk növbədə bir qədər başqa problemlər maraqlandırır.  Ondan ötrü işini nə qədər keyfiyyətli etməsi, bunun ona, yaxınlarına və kollektivə hansı faydalar gətirməsi daha mühümdür. Peşəkardan ötrü öz işini yaxşı yerinə yetirmək olduqca vacibdir, belə ki, onun əməyi  onun özü ilə oxşardır. Karyera-karyeralığında, peşəkar inkişaf ondan ötrü daha önəmlidir. Beləliklə, karyeraçı olmaq heç də həmişə söylənildiyi kimi mənfi xüsusiyyət deyilmiş.

Məqalənin 3-cü hissəsini bu keçidə daxil olmaqla oxuya bilərsiniz.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.