Maliyyə lizinqi müqaviləsi üzrə lizinq almaq hüququ

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə lizinqiQanunvericiliyə edilmiş dəyişikliyə əsasən, 2019-cu ildən maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Bu dəyişiklik 2019-cu ilədək vətəndaşlarla bağlanmış lizinq müqavilələrinə də tətbiq edilirmi?

Vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, maliyyə lizinqini həyata keçirən vergi ödəyiciləri 2019-cu il yanvarın 1-dək bağlanmış maliyyə lizinqi müqavilələri (lizinq alan qismində hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edən maliyyə lizinqi müqavilələri istisna olmaqla) barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada məlumatı həmin tarixdən 15 gün müddətində qeydiyyatda olduqları vergi orqanına təqdim edirlər. 1 yanvar 2019-cu il tarixədək maliyyə lizinqi müqaviləsi bağlamış və müvafiq məlumat formasını qeydiyyatda olduqları vergi orqanına təqdim etmiş vergi ödəyiciləri tərəfindən həmin müqavilələr üzrə həyata keçirilən əməliyyatlara Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dək qüvvədə olan müddəaları tətbiq edilir.

Eyni zamanda, lizinq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin 2019-cu il yanvarın 1-dək bağlanmış maliyyə lizinqi müqavilələri üzrə əldə olunmuş gəlirləri (mənfəəti) onların ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata dair ərizə vermək öhdəliyi yaradan vergi tutulan əməliyyatlarının həcminə aid edilmir.

Əsas: Vergi Məcəlləsi, 140.1-ci maddə və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun 2-ci maddəsi.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyə və mühasibatlıq üzrə Ödənişli Təcrübə Proqramı elan olunur

təcrübəçiMaliyyə və mühasibatlıq üzrə Təcrübə Proqramı

İşəgötürən: A+Co MMC

İş qrafiki: 6 günlük
Əmək haqqı: İlk bir ay ödənişsiz, 2-3 ay 200 AZN (3 ayın sonunda seçilən namizədlər işlə təmin olunacaq)

A+CO MMC (Xırdalan Şərab) bakalavr və magistr pilləsinin yeni bitirən məzunlar üçün yeni təcrübə proqramı elan edir.

Təcrübə Proqramına aşağıda qeyd edilən sahə üzrə qəbul edilir.

1. Maliyyə və mühasibatlıq (xanım namizədlər)

Digər tələblər

1. Komputer bilikləri (Word/ Excel)
2. Mühasibatlıq haqqında anlayışı olmalı
3. Göstərilən vəzifə üzrə ixtisas
4. İşinə məsuliyyətli
5. Verilən tapşırıqların vaxtında icrası
6. Stresə davamlı
7. Aktiv və sosial

Müraciət üçün  / adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə (maliyyə və mühasibatlıq)  seçdiyiniz sahəni qeyd etməyiniz tövsiyyə olunur.
Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Cari vergi ödəmələrinin hesablanması haqqında” arayışın 293 və 295-ci sətirlərində hansı məbləğ qeyd edilir?

posted in: Vergi, Xəbər | 0

“Cari vergi ödəmələrinin hesablanması haqqında” arayışın 293 və 295-ci sətirlərində hansı məbləğ qeyd edilir?


Sual: Bilmək istərdim ki, Cari Vergi ödəmələrinin hesablanması haqqında Arayışın 293 və 295-ci sətrlərində ’Cari rübdəki ümumi gəlirin həcmi’ cari rübdəki xərclər çıxıldıqdan sonra qeyd olunan gəlirdirmi?

Vergi məcəlləsinin 13.2.12 ci maddəsində Gəlir anlayışı malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir kimi göstərilir. Amma 195 Çağrı Mərkəzinin bildirdiyinə görə Cari vergi bəyənnaməsinin doldurulma qaydalarına əsasən Arayışın 293 və 295 -ci sətrlərində göstərilən gəlir, xərclər çıxıldıqdan sonra göstərilən gəlirdir. Xahiş edirəm buna aydınlıq gətirəsiniz.

Cavab: Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 151.1-ci maddəsi metodunu seçərsə, onda 290-296 bəndlərinə məlumat daxil edilmir. Əgər Vergi Məcəlləsinin 151.2-ci maddə metodu seçilərsə, onda 295 və 296 bəndləri istisna olunmaqla digər bəndlərə məlumat daxil edilir. Sorğunuzda qeyd olunan 293-cü bənddə vergi ödəyicisinin rüb ərzində əldə etdiyi ümumi gəlirlər (gəlirdən çıxılan xərclər nəzərə alınmadan) qeyd olunur və əvvəlki ilin ümumi gəlirlərində verginin əmsalına vurulmaqla cari vergi ödənişi müəyyən edilir. Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən cari vergi arayışı təqdim olunduqda, yalnız 295 və 296 bəndlərinə məlumat daxil edilir. Arayışın 295-ci bənddə isə, vergi ödəyicisinin rüb ərzində əldə etdiyi vergiyə cəlb olunan mənfəəti qeyd olunur.

Əsas: Vergi Məcəlləsinin 151-ci maddəsi, “Cari vergi ödəmələrinin hesablanması haqqında” Arayışın tərtib edilməsi Qaydası.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1 ildən az iş təcrübəsi olan Mühasib köməkçisi tələb olunur

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasib köməkçisiVakansiya: Mühasib köməkçisi

İşəgötürən: Legal and Accounting Services MMC

  • Şəhər: Bakı
  • Yaş: 21 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: İlqar Qarayev
Vakansiya barədə məlumat:

– Əmək müqavilələrinin bağlanması, qeydiyyata salınması, kadr uçotunun həyata keçirilməsi
– Aylıq, rüblük və illik vergi, maliyyə, məşğulluq, statistika və digər bəyannamələrin hazırlanması və göndərilməsi
– Bank və ödəniş sənədlərinin hazırlanması, onlayn bankçılıq
– DSMF və vergi ödənişlərinin həyata keçirilməsi
– e-qaimə fakturalarının və Vergi hesab fakturaların yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi

– İşçilərin əmək haqlarının, digər ödənişlərin hesablanması, əmək haqlarının verilməsinə dair rəsmiləşdirmələr
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Mal-materialların, inventarların uçotunun aparılması
– Xidmət, istehsalat və tikinti sahəsində mühasibat uçotunun təşkili
– Ciddi hesabat blankları ilə işlərin qaydasına salınması və sənədləşmə
– Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar
– Müqavilə əsasında xidmət göstərdiyimiz şirkətlərə mütəmadi baş çəkmək, mühasibat sənədlərini qaydasında saxlamaq
– Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və ixtisasi üzrə mükəmməl təcrübə keçmək imkanı
– Karyera qurmaq üçün əlverişli şərait
– İş qrafiki: həftədə 5 gün, 09:00-dan 18:00-dək
– Şənbə və bazar günü istirahət

Mühasib köməkçisi üçün tələblər

– Yalnız xanım namizədlər
– Ali təhsil (hüquq və ya iqtisadiyyat)
– İngilis dili bilmək
– İşində ciddi və məsuliyyətli olmaq
– Rəhbərlik tərəfindən verilən tapşırığın vaxtında yerinə yetirmək

Uyğun namizədlər  /  email ünvanına CV göndərə bilər.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.