Vəfat etmiş şəxsin vergi öhdəliklərini kim yerinə yetirməlidir?

posted in: Vergi, Xəbər | 0

Vəfat edən şəxsin vergi öhdəlikləriVəfat edən şəxsin vergi öhdəlikləri


VM-in 77.4.3-cü maddəsində qeyd edilir ki, “Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir”.

VM-in 81.1-ci maddəsində isə qeyd edilir ki, “Vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər”.


Bax: Dəfn üçün müavinətin təyin edilməsi və verilməsi

Sual: varis vəfat etmiş şəxsin bütün vergilər üzrə borclarını, yoxsa yalnız əmlak vergisi üzrə borcunu ödəməlidir? Əgər yalnız əmlak vergisini ödəməlidirsə, bəs niyə torpaq vergisini ödəməməlidir? Əgər bütün vergiləri ödəməlidirsə, onda niyə 77.4.3-cü maddədə əmlak vergisi yazılıb?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 77.4.3-cü maddəsi vəfat etmiş şəxsin varisinə miras qalan əmlakla bağlı vergi öhdəliyini tənzimləyir. Vergi Məcəlləsinin 81.1-ci maddəsinə əsasən vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər. Bu səbəbdən də, vəfat etmiş şəxsin sahibkarlıq fəaliyyəti nəticəsində vergi borcu yarandıqda Vergi Məcəlləsinin 81.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi öhdəliyi vərəsə tərəfindən vergi orqanlarında uçota alınmaqla yerinə yetirilməlidir.

Qeyd olunan məsələ ilə əlaqədar daha geniş məlumatın alınması üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 77.4.3-cü və 81.1-ci maddələri

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əmək kitabçasını itirmiş şəxsə yeni Əmək kitabçası verilirmi?

posted in: Xəbər | 0

Sual: Əmək kitabçasını itirmiş şəxsə yeni Əmək kitabçası verilirmi?

Cavab: Əmək kitabçasını itirmiş şəxsə Əmək kitabçasının dublikatı verilir. Dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir.

Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə «Dublikat» sözü yazılır.

Əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur.

Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur.

Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir.

Mənbə: nhmt-az.org


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vakansiya: Baş Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Baş Mühasib VakansiyaVakansiya: Baş mühasib

İşəgötürən: Allprint

Vakansiya barədə məlumat

– Satış sənədlərinin hazırlanması
– Alış sənədlərinin 1C proqramına işlənməsi
– Kassa sənədlərinin tərtib edilməsi və uçotu
– Bank sənədlərinin hazırlanması və uçotu
– Materialların uçotu
– Hər bir iş üzrə material sərfiyyatının uçotu
– Kadr uçotu üzrə sənədləşmə (işə qəbul, işdən çıxma, məzuniyyət və s üzrə ərizələrin tərtib edilməsi)
– Gündəlik baş verən əməliyyatların sənədləşdirilməsi və 1C proqramına işlənməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: 6 günlük iş qrafiki
– Nahar və çay şirkət hesabına qarşılanır

Baş mühasib üçün tələblər

– İqtisadiyyat, Maliyyə və ya Mühasibat üzrə təhsil
– Mühasibatlıq sahəsində iş təcrübəsi
– MS Office proqramları (MS Word, MS Excel) işləmə bacarığı
– 1C 7.7 proqramında işləmə bacarığı
– E-Qaimə, E-VHF və ƏDV DH sistemində işləmə bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Tələbkar, məsuliyyətli
– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək

CV-lərinizi foto ilə birlikdə / ünvanına “Baş Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Çexiya ilə bağlı maraqlı faktlar (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

Çexiya ilə bağlı maraqlı faktlar.

Üçüncü hissə.

  • Bu ölkədə “çex narı” adlandırılan qiymətli daş çox məşhurdur. Əfsanəyə görə, bu daş möcüzəvi xüsusiyyətlərə malikdir və öz sahibi üçün bir talisman rolunu oynayır.
  • əlbəttə ki, çex pivəsi dünyada ən dadlı pivələrdən hesab olunur. Çex pivə bişirənləri dünyada böyük uğur və nüfuza malikdirlər.
  • Bu ölkədə avtobillə hərəkət etmək üçün, yəni pullu çex yollarında hərəkət etməkdən ötrü avtomobilin qabaq şüşəsinə yapışdırmaq üçün “vinyetka” (etiket-nakleyka) almaq lazımdır.  Bunsuz sizi böyük məbləğdə cərimə gözləyir.
  • Çexiyada bütün qərb ölkələrində olduğu kimi “bir” rəqəmi üçün bizlərdə qəbul olunduğu kimi şəhadət barmağını deyil, böyük barmağı göstərmək qəbul edilib.
  • “Biabırçılıq” (pozor) sözü çexcə “Ehtiyatlı ol” kimi tərcümə olunur. İlk dəfələrdə bu sözlərlə yazılan nişanlar insanı gülümsəməyə məcbur etsə də, sonra buna bir növ vərdiş edirsən.
  • Praqa şəhəri Vltava çayı üzərində yerləşir.
  • Metroda getmək üçün avtomatdan bütün şəhər nəqliyyatında istifadə olunan universal bilet almaq lazımdır. Biletlər istifadəsinə görə vaxta görə fərqlənir. Avtomat biletlərdə gediş vaxtının başlanmasını özü qeyd edir.
  • Metro vaqonlarında nəzarətçilər olur, amma onlara çox az rast gəlmək mümkündür.
  • Köhnə evlərin damlarında peyk antennaları görə bilməzsiniz – qadağan olunub. Bu qədim şəhərin görkəmini pozur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.