Gilan Holding Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasib vakansiya gilanVakansiya: Mühasib / İşəgötürən: Gilan Holding

Kateqoriya: Mühasibatlıq

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: 1 ildən 3 ilə qədər

İş yeri: Azərbaycan / Bakı

Dillər: Səviyyə

Azərbaycan: Əla

İngilis: Orta səviyyədən yuxarı

Vakansiya üzrə öhdəliklər:
  • Hesab məlumatlarını tərtib və təhlil etməklə, aktiv, passiv və əsas vəsait hesablarının qeydlərinin hazırlanması.
  • Hesab məlumatlarını daxil etməklə, maliyyə əməliyyatlarının sənədləşdirilməsi.
  • Mühasibat uçotunun aparılması variantlarını təhlil etməklə, maliyyə tədbirlərinin tövsiyə olunması.
  • Məlumatları toplamaqla, mühasibat balansını, mənfəət və zərər hesabatını və digər hesabatları hazırlamaqla, cari maliyyə vəziyyətinin ümumiləşdirilməsi.
  • Sənədləri yoxlamaqla, maliyyə əməliyyatlarının əsaslandırılması.
  • Siyasətlər və prosedurları hazırlamaqla və tövsiyə etməklə, mühasibat nəzarətinin təmin edilməsi.
  • Fəaliyyətləri əlaqələndirməklə və suallara cavab verməklə, mühasibatlıq şöbəsinin kontor işçilərinə rəhbərlik edilməsi.
  • Hesab məlumatlarını toplamaqla və təhlil etməklə, maliyyə uyğunsuzluqlarının tutuşdurulması.
  • Məlumat bazasının ehtiyat surətlərini çıxarılmasını tamamlamaqla, maliyyə məlumatlarının təhlükəsizliyinin təmin edilməsi.
  • Daxili nəzarət vasitələrinə əməl etməklə, maliyyə təminatının təmin edilməsi.
  • Sənədləri yoxlamaqla və ödəmələri tələb etməklə, ödənişlərin hazırlanması.
  • Vəzifəni icra etməklə, nəticəyə nail olunması.
  • Ehtiyac olduqda, aidiyyəti nəticələrə nail olmaqla, komanda səyinə töhfə verilməsi.
  • Ehtiyatların inventarizasiyasının aparılması
Mühasib üçün tələblər:
  • Bakalavr dərəcəsi;
  • Magistr və ya daha yüksək dərəcəyə üstünlük verilir;
  • ACCA, CIMA və ya oxşar kvalifikasiya (hətta kursu hal-hazırda davam etdirən namizədlərə də üstünlük verilir);
  • Mühasibatlıq və ya audit sahəsində 2 ildən artıq təcrübə;
  • 1C  (və ya oxşar) mühasibatlıq proqramı üzrə güclü biliklər tələb olunur.

Müraciət üçün bu keçidə daxil olun.

Son müraciət tarixi: 30-03-2019

Mənbə: gilanholding.com


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və KTadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu şəxslər üçün əmək haqqı artırıldı

posted in: Xəbər | 0

əmək haqqıSərəncam: Dövlət qulluqçuları üçün aylıq əmək haqqı artırıldı.


“Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 511, № 7 (II kitab), maddə 1574, № 11, maddə 2287) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “165” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Sərəncamla təsdiq edilmiş 2 nömrəli Əlavənin 2.4.1.1–2.4.1.4-cü yarımbəndlərində “185”, “175”, “170” və “165” rəqəmləri müvafiq olaraq “215”, “210”, “205” və “200” rəqəmləri ilə əvəz edilsin.

2. Bu Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 mart 2019-cu il.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və KTadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Gəlirdən çıxılan xərclər mənfəət bəyannaməsində necə qeyd edilməlidir?

posted in: Uncategorized, Xəbər | 0

mənfəət bəyannaməsiSual: Sualım Vergi Məcəlləsinin 109.2 və 109.3 maddəsində qeyd edilən gəlirdən çıxılmayan xərclərlə bağlıdır. Biz mənfəət bəyannaməsini hazırlayarkən həmin xərcləri gəlirdən çıxılan xərclər hissəsində qeyd etmirik, bu mənfəət bəyannaməsinin 250-ci maddəsində qeyd edilir və bu məbləğlər bəyannamənin Əlavə 2-də harada qeyd edilir?

Digər aktivlər yoxsa bölüşdürülməmiş mənfəət hissəsində qeyd edilirmi? Əgər orada qeyd edilirsə həmin məbləğ gələcəkdə dividend kimi tanınanacaqmı və ya o məbləğ üçün gələcəkdə hər hansı bir vergi öhdəliyi yaranacaqmı? Misal üçün müəssisə ləğv olunarkən və ya növbəti illərdə vergi öhdəliyi yarana bilərmi?

Cavab: Məlum olduğu kimi, Vergi Məcəlləsinin 109.2-ci və 109.3-cü maddəsində göstərilən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Bildiririk ki, Gəlirdən çıxılmayan xərclərin “Mənfəət vergisinin bəyannaməsi”nin hər hansı Əlavəsində qeyd olunması nəzərdə tutulmamışdır. Qeyd edilən xərclər dividend kimi elan edilmədiyi halda hər hansı bir vergi öhdəliyi yaratmır.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 109.2-ci və 109.3-cü maddələrinə əsasən müəyyən edilən xərclər “ Mənfəət vergisinin bəyannaməsi”ndə 1 nömrəli Əlavədə bölüşdürülməmiş mənfəətin silinməsi kimi qeyd edilə bilər.

“Mənfəət vergisinin bəyannaməsi”ndə Əlavə 2-də vergi ödəyicisinin xaricdə olan bank hesabları barədə məlumatlar qeyd edilir.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və KTadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xəstəlik müavinəti gəlir vergisinə cəlb edilir?

posted in: Vergi, Xəbər | 1

Vergi borclarıSual: Xəstəlik müavinəti gəlir vergisinə cəlb edilir?

Cavab: Bildiririk ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Müvafiq olaraq, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət muzdlu işlə əlaqədar alınan aylıq gəlirin tərkib hissəsi kimi ay ərzində muzdlu işlə əlaqədar alınan digər gəlirlərlə toplanmaqla işəgötürən tərəfindən gəlir vergisinə cəlb olunmalıdır.
Bax: Vergi Məcəlləsinin 98.1-ci, 102.1.4-cü və 150.1.1-ci maddələri, Əmək Məcəlləsinin 154 maddəsi.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.