ƏDV bəyannaməsinin 301 və 307-ci sətrində hansı məbləğ göstərilməlidir?
Sual: Zəhmət olmasa ƏDV bəyannaməsinin 301-ci sətrində göstərilən Satış məbləğinin hesablanmasını ətraflı izah edərdiniz.
307-ci sətirdə göstərilməli olan məbləğin necə hesablanması barədə məlumat verməyinizi xahiş edirəm.
Mallar geri qaytarılarsa, ƏDV bəyannaməsində necə əks edilməlidir?
Cavab: Bildiririk ki, ƏDV bəyannaməsinin 301 kodlu “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar ” sətrinin C1B1 xanasında 301.1 və 301.2 kodlu sətirlərin C1B1 xanalarının cəmi, C2B2 xanalarında isə 301.1 və 301.2.1 kodlu sətirlərin C2/B2 xanlarının cəmi məbləği yazılır. 301-1 kodlu “o cümlədən elektron ticarətdən” sətirində 301 kodlu “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar ” sətrində göstərilən məbləğin elektron ticarətə aid olan hissəsi yazılır. Bu barədə daha ətraflı məlumat almaq üçün saytımızda yerləşdirilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydaları” ilə tanış ola bilərsiniz
Bax: Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.
Bildiririk ki, ƏDV bəyannaməsinin 307-ci kodlu sətrinin C1 xanasında təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə hesabat ayında ƏDV məqsədləri üçün vergi tutulan əməliyyata görə daxil olunmuş məbləğ və alınmış avansalar əks etdirilir. Bu barədə daha ətraflı məlumat almaq üçün saytımızda yerləşdirilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydaları” ilə tanış ola bilərsiniz.
Bax: Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.
Mənbə: taxes.gov.az
Sual: Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına görə, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır.
Mühasiblərin beş ən geniş yayılmış səhvi
Vergilər nazirinin əmri ilə aksiz bəyannaməsinin tərtib olunması qaydası təsdiq edilib. Bəyannamə verməli olan şəxslər aksizləri aylıq olaraq hesablamalı və bəyannaməni ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər. Vergi ödəyicilərinə bəyannamədə hesabat dövründəki və dövriyyə üzrə əvəzləşdirilən aksizləri hesablamaq kimi məsələləri nəzərə almaları tövsiyə olunur.