Vergilər naziri Portuqaliyada görüşlər keçirib

posted in: Vergi, Xəbər | 0

Vergilər naziriPortuqaliyanın Lissabon şəhərində keçirilən “Rəqəmsal İqtisadiyyat”a dair Vergi Sammiti çərçivəsində vergilər naziri Mikayıl Cabbarov Portuqaliyanın Vergi və Gömrük Administrasiyasının baş direktoru xanım Helena Borxes ilə görüşüb. Görüşdə iki qurum arasında əməkdaşlıq və gələcəkdə qarşılıqlı hüquqi-müqavilə bazasının daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Tərəflər ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın, eləcə də Məlumat mübadiləsi və vergi borclarının alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun imzalanmasının vacibliyini vurğulayıblar.

Səfər çərçivəsində Azərbaycanın vergilər naziri İspaniyanın Vergi Agentliyinin baş direktoru Xesus Qaskon ilə də görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, xüsusilə Avropa İttifaqının Tvinninq yardım aləti vasitəsilə həyata keçirilən və İspaniya Krallığının aidiyyəti qurumlarının tərəfdaş olduğu layihələrin vergi sisteminin təkmilləşdirilməsi prosesinə verdiyi töhfələrin əhəmiyyəti vurğulanıb. Tərəflər, həmçinin, Azərbaycan və İspaniya arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın hüquqi qüvvəyə minməsi, eləcə də Məlumat mübadiləsi və vergi borclarının alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı məsələləri müzakirə ediblər.

Vergilər naziri Mikayıl Cabbarov Sammit çərçivəsində Litva Respublikasının Maliyyə Nazirliyi nəzdində Dövlət Vergi Müfəttişliyinin rəhbəri xanım Edita Yanuşene və Ukraynanın Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Oleksandr Vlasov ilə də görüşüb. Hər iki görüşdə əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Şirkətin korporativ bank kartından ödəmələr xərcə silinə bilər?

posted in: Xəbər | 0

bank kartından ödəmələrSual: Bizim şirkətin cari hesaba bağlı kartı vardır (korporativ kart). Biz marketdən ofisə lazım olan mal-material alırıq və ödənişi marketdə quraşdırılmış pos-terminala kart vasitəsilə edirik. Ödədiyimiz ödənişlər bank çıxarışında öz əksini tapır. Pos-terminal vasitəsilə ödədiyimiz ödənişə görə marketdən elektron qaimə ala bilmirik. Bilmək istəyirik ki, bizim kart vasitəsilə aldığımız mal-material bizim xərcimizə sayılırmı? Xatırladım ki, ödənişlərimiz bank çıxarışında öz əksini tapır. Ətraflı, detallı cavablandırmağınızı xahiş edirəm.

Bax: Təsisçi tərəfindən şirkətə borc verilərsə mütləq notarial qaydada təsdiqlənməlidir?

Cavab: Bildiririk ki, nəzarət-kassa aparatının çeki və ya qəbz (o cümlədən də pos-terminal qəbzi) malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin Vergi Məcəlləsi ilə təsbit olunmuş vəzifəsi olduğundan, təsərrüfat obyektindən malları aldığınız vergi ödəyicisi də bu tələbə riayət etməyə borcludur.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Mənbə: taxes.gov.az

Bax: Normadan artıq ezamiyyə xərci hansı hallarda işçi üçün vergi öhdəliyi yaradır?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda uçot dərəcəsi aşağı salınıb

posted in: Xəbər | 0

uçotAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 10%-dən 9,75%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna müvafiq olaraq+/-2% olması barədə qərar qəbul edib.

Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Bax: Hüquqi şəxsin filialının uçot məlumatlarının dəyişdirilməsi

Xatırladaq ki, qurumun İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi, 2018-ci il aprelin 9-da uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması, 2018-ci il iyunun 14-də uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna simmetrik diapazonda +/-2% səviyyəsində olması, 2018-ci il avqustun 1-də də eyni səviyyədə (uçot dərəcəsinin 10%, faiz dəhlizinin yuxarı həddi 12%, aşağı həddi 8%) saxlanılması barədə qərar qəbul etmişdi.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kredit Departamentində Ödənişli təcrübə proqramı

posted in: İş elanı, Xəbər | 0

Ödənişli təcrübə proqramıVəzifə: Kredit Departamentində Təcrübə Proqramı

Optimal Elektronika” MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

– Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
– Pozitivlik bizim ən böyük uğurumuzdur!
– Kreativ ideyaları yaradırıq!
– İstedadlı gənclərə yol açırıq!

Bax: 1000 manat məvaciblə Mühasib axtarılır

Optimal Elektronika” MMC  Kredit Departamentində  Təcrübə  Proqramını açıq elan edir.

Tələblər:

  • Ali təhsil müəssissini yeni bitirməlidir. (Maliyyə, kredit ixtisası üzrə);
  • Azərbaycan dilində səlist yazmaq və danışmaq bacarığı olmalıdır;
  • İnkişafa meylli olmalıdır;
  • Microsoft Office proqramlarını yaxşı bilməlidir.

Bax: Ticarət mərkəzinə Mühasib köməkçisi tələb olunur

Biz Sizə təklif edirik;

  • Karyera inkişafı;
  • Əmək  Məcəlləsinə əsasən rəsmiləşmə;
  • 6 günlük iş rejimi;
  • Şirkət hesabına nahar;
  • Ödənişli təcrübə proqramından fayadalanma imkanı.

Maraqlanan şəxslər CV-lərini müvzu yerində “Kredit Departamentində  Təcrübəçi” qeyd etməklə,  ünvanına göndərə bilərlər.

Son tarix:  30.11.2018

Mənbə: jobsearch.az

Bax: Turizm şirkəti mühasib axtarır


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.