ƏDV bəyannaməsinin 307-ci sətrində, sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrə aid borcun daxil olması qeyd edilməlidir?

posted in: Vergi, Xəbər | 0

ƏDVSual: Sualım Sadələşdirilmiş vergi ödəyicisinin ƏDV-yə keçən zaman uçotda yaranan çətinliklə bağlıdır.

A müəssisəsi 01.05.2018-ci il tarixə qədər sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Müəssisə 01.05.2018-ci il tarixdən ƏDV qeydiyyatına alınmışdır. 01.04.2018-ci il tarixdə A müəssisəsi B müəssisinə 20.000 manatlıq xidmət göstərmişdir. Göstərilmiş xidmətin 5000 manatı 15.04.2018-ci il tarixdə, qalan 15000 manat məbləği isə 18.05.2018-ci il tarixdə ödənilmişdir. 01.05.2018-ci il tarixdən ƏDV qeydiyyatına alındığı üçün müəssisə tərəfindən 2018-ci il 2-ci rüb Sadələşdirilmiş verginin ləğv bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş 2018-ci il 2-ci rüb ləğv bəyannaməsində AR VM 219.1-ci maddəsinə əsasən 801-1-ci sətrində 20.000 manat, 804-cü sətirində isə 5000 manat göstərilmişdir, həmçinin müvafiq olaraq Əlavə 1-də 1.4-cü sətirdə debitor borcları üzrə hesabat dövrünün sonuna 15000 manat göstərilmişdir.

Bax: Sosial şəbəkələrdə olan reklamlara görə Qeyri-rezidentə ödənişlər ƏDV bəyannaməsində necə əks etdirilməlidir?

Sual 18.05.2018-ci il tarixdə ödənilmiş 15000 manat (yəni sadələdirilmiş vergi ödəyici olduğu dövrdə göstərdiyi xidmətə görə ödənilmiş) məbləği ƏDV bəyannaməsinin hansı sətirində göstərilməlidir. Aydındır ki 15000 manat məbləğ ƏDV-yə cəlb olunan əməliyyat olmayacaqdır.

Cavab: Bildiririk ki, sadələşdirilmiş verginin ödəyicisi olduğunuz dövrdə göstərdiyiniz xidmətin ödənilməmiş dəyəri (debitor borcu) ƏDV ödəyicisi olduğunuz dövrdə daxil olduqda, həmin dəyər daxil olduğu hesabat rübündə sadələşdirilmiş vergiyə cəlb edilməli, bu barədə Sadələşdirilmiş verginin bəyannaməsi qeyd edilən hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və bəyan edilmiş vergi məbləği həmin müddətdə dövlət büdcəsinə ödənilməlidir.

Bu əməliyyata ƏDV tətbiq edilmədiyi üçün ƏDV-nin bəyannaməsində də əks etdirilmir.

Bax: Vergi Məcəlləsinin 219.1-ci və 221.3-cü maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2018-ci ilin noyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

noyabr ayı ərzində ödənilməli vergilər2018-ci ilin noyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə

Y A D D A Ş

2018-ci ilin oktyabr ayına görəvergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

cari ilin noyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin noyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2018-ci ilin oktyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin noyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2018-ci ilin 4-cü rübü üzrə bəyannaməni növbəti ildə yanvar ayının 21-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2018-ci ilin oktyabr ayı üzrə hesabladığı gəlir vergisi cari ilin noyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2018-ci ilin 4-cü rübü üzrə bəyannamə növbəti ildə yanvar ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr

 

  • 2018-ci il üzrə hesablanmış Torpaq vergisinin qalanını (yarısını) cari ilin noyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
  • 2018-ci ilin 4-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini noyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Qeyd: 20.01.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2019-cu il tarixə keçirilmişdir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

1000 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib Vakansiya: Mühasib

İşəgötürən: Baku Business Consulting MMC

  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Günel Əzizli

Bax: Ticarət mərkəzinə Mühasib köməkçisi tələb olunur

İş barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək

– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi

– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi

– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi

– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

– İşçilərlə hesablaşmaların təmin edilməsi

– Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi

– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi

– İş qrafiki: 1-5 günlər, 09:00-dan 18:00-dək, 6-cı gün 09:30-dan 13:00-dək

Bax: Turizm şirkəti mühasib axtarır

Namizədə tələblər

– Ali təhsili

– Cins – kişi/qadın

– Səlist Azərbaycan dilini bilməsi (əlavə olaraq rus və ingilis dilini bilənlərə üstünlük verilir)

– Office və muhasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)

– Mühasibat sahəsində ən az 3-5 il iş təcrübəsi

– Kollektiv ilə işləmə bacarığı

Mənbə: boss.az

Həmçinin bax: Azərşəkər LLC region üzrə Mühasib axtarır


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xoşbəxt insanların uğur formulaları (4-cü hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

uğur formulalarıXoşbəxt insanların uğur formulaları

Nigel Cumberland

Əvvəlki hissəni oxumaq üçün keçidə daxil olun.

4-cü hissə

Emosional intellektinizi göstərin

Həyatın 10 faizi sizinlə baş verənlərdən və 90 faizi – sizin buna necə reaksiya verməyinizdən ibarətdir.

Charles Swindoll

Siz nə vaxtsa düşünülməmiş reaksiyalarınıza, dərhal qəzəbləndiyinizə, paxıllıq etdiyinizə və ya tez qıcıqlandığınıza görə özünüzü qınamısınız? Emosiyalarınıza nəzarəti itirmək sizin həyat uğurlarınızı kökündən məhv edə bilər. Uğurlu və uğursuz insanlar arasında fərq bəzən elə bunda gizlənir.

Zəif emosional intellektin təzahürlərini biz çox yerdə müşahidə edirik: kimsə avtobusda söyüş söyür, kimsə ötənlərin gözü qarşısında uşağının üstünə qışqırır, kimsə pis sözlərlə rəisini təhqir edir və işdən çıxmaq barədə ərizəni üstünə tullayır…

Buna baxmayaraq, emosional intellekt – harmonik həyatı təşkil edən bir zərurətdir. Bu yaxşı valideyn, partnyor və ya həmkar olmaq bacarığının əsasıdır. Və əksinə – düşünülməmiş reaksiya bir anda uğurlu karyera, nikah, ailə və ya şəxsi biznesi yerlə-yeksan edə bilər.

Həyatda özünə uğuru təmin etmək üçün, heç kimi məyus etmək, kədərə qərq etmək və qorxutmaq lazım deyil. Bundan ötrü isə emosiyalara nəzarət etməyi öyrənmək lazımdır. Hətta özünüzdən çıxdığınız anlarda belə qəzəbin şiddətinə uymayın, hər şeyi dərk edərəkdən, özünüz üzərində nəzarəti itirmədən edin. Düşünülməmiş reaksiyaları özünüzə yaxın buraxmayın. Axı, həmişə qəfil emosional davranışlarınıza görə üzr istəyərək yaşamaq olmaz.

Özünüzü digər bir adamın yerinə qoyub və situasiyaya onun gözləri ilə baxmaq – bu yüksək emosional intellekt və inkişaf etmiş empatiyanın əlamətidir. Özlərini başqasının yerinə qoymağı bacaran insanlar nadir hallarda özlərinə nəzarəti itirirlər və bu onlara həyatın gətirdiyi hər bir şeyin öhdəsindən gəlməkdə kömək edir.

Emosional intellektharmonik həyatın vacib bir komponentidir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.


Fəaliyyət üçün təlimat

Reaksiya verməzdən öncə pauza edin

Baş verənlərə anında və avtomat kimi reaksiya verməyin, axı siz buna görə təəssüflənə bilərsiniz. Həmin dəqiqələrdə, reaksiya verməzdən öncə, hətta düşüncənizdə belə fasilə verməyə çalışın.

Bir neçə saniyə ərzində heç nə deməyin və əgər ayaq üstə dayanmısınızsa, əyləşin, axı biz oturduqda daha təmkinli və sakit oluruq. Hətta  sizdən anında reaksiya gözləsələr belə, vaxtı uzatmağa çalışın və təxminən belə söyləyin: “Düşünmək üçün mənə bir az vaxt verin”.

Bizim həddindən artıq emosional reaksiyalarımız – yorğunluq, ifrat iş və ya stressin nəticəsidir. Məşqçi kimi insanlara kömək edərkən, mən onlara problemləri düşünmədən yatmağı və həmin məsələlərə ertəsi günü reaksiya verməyi məsləhət görürəm. Misal üçün, kiməsə xoşagəlməz məktub yola salmaq istəyirsinizsə və bu sizə çox çətin gəlirsə, ən yaxşısı qaralama şəklini hazırlamaq və bir neçə gün gözləmək lazımdır, məktubu göndərməzdən öncə yazdığınızı oxuyub, bir daha düşünmək üçün özünüzə müəyyən zaman ayırın.

Başqalarına qarşı həssas olun

Digərlərinin özünü necə hiss etdiyini və başqalarının sənə nə demək istədiyini başa düşmək – maraqlı qabiliyyətdir. Bizlər bu cür qabiliyyətə məxsus belə insanları uzun müddət xatırlayırıq və məhz, buna görə onları sevirik. Sizi hansı davranış modeli ruhlandırır?

Həqiqətən səmimi olmaq – o demək deyil ki, nəhayət başqa bir insanı başa düşə biləcəksən. Sadəcə bu anlyışı başa düşməyə can atmaq lazımdır. Təbii, öz vaxtını bir başqasına həsr etmək, ona diqqət ayırmaq, onların özünü necə hiss etdiyini və hər şeyin öhdəsindən gəlib-gəlmədiklərini soruşmaq müəyyən cəhdlər tələb edir. Heç vaxt yaxın adamlarınızı yaddan çıxarmayın. Onları dəyərləndirin. Uşaqlar, valideynlər, həmkarlarla söhbətləşmək üçün vaxt tapın.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.