Vergilər Nazirliyi məlumat mübadiləsi və şəffaflıq sahəsində beynəlxalq standartların tətbiqini genişləndirir

posted in: Xəbər | 0

Vergilər NazirliyiMüsahibimiz Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsində və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsində yaxından iştirak edən İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının (OECD) Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomsondur.

Bax: Peşəkar mühasib sertifikatının əldə olunması müddəti müəyyən olundu

– Cənab Tomson, Azərbaycanla OECD arasında mövcud əməkdaşlıq münasibətlərini necə qiymətləndirirsiniz?
– Azərbaycanla təşkilatımız arasında münasibətlərin tarixi artıq 25 ili əhatə etsə də, ikitərəfli əməkdaşlığımız son illərdə daha da möhkəmlənərək yeni mərhələyə qədəm qoymuşdur. Hazırda Azərbaycan Mərkəzi Asiya və Şərqi Avropa üzrə OECD-nin Anti-Korrupsiya Şəbəkəsinin fəal üzvü kimi mühüm rol oynayır.  İstanbul Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq biznes, maliyyə, institusional islahatlar sahələrində daha da dərinləşib. Bunlardan əlavə, Azərbaycan OECD-nin Rəqabətlilik üzrə Regional Mərkəzi və Rəqabətlilik üzrə Qlobal Forumu ilə fəal əməkdaşlıq edir və bu, ölkə qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, idarəetmənin təkmilləşdirilməsinə, iqtisadiyyatda şəffaflığın təmin olunmasına öz töhfəsini verir. Əlaqələrin digər bir istiqaməti ətraf mühit siyasətini əhatə edir. OECD Azərbaycanda mədən yanacağına dair subsidiyaların verilməsinin təkmilləşdirilməsi, su təsərrüfatında səmərəliliyin təşkili, ekoloji tarazlığın bərpası və «yaşıl iqtisadiyyat» göstəricilərinin inkişaf etdirilməsi sahələrində islahatların aparılmasına öz dəstəyini verir. Təhsil sektorunu əhatə edən layihə çərçivəsində isə «Şagirdlərin qiymətləndirilməsi» proqramı həyata keçirilir. Dünyada geniş yayılmış bu araşdırma metodu üç ildən bir olmaqla, yuxarı sinif şagirdlərinin riyaziyyat və digər elmlər üzrə biliklərini, tədrisi mənimsəmə qabiliyyətini ölçməklə təhsil sisteminin ümumi vəziyyətini qiymətləndirməyə imkan verir. Biz İnkişafa Yardım Komitəsinin köməyi ilə iqtisadi və hüquqi islahatlara dəstək veririk. Komitə Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi ilə birgə son illərdə qanunvericiliyin təkmilləşdirilməsinə, islahatların genişləndirilməsinə və  digər inkişaf tədbirlərinə yardım göstərir.
Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri ilə əməkdaşlığımız mühüm yer tutur. Əsas fəlsəfəsi kiçik və orta biznesin inkişafına dəstək göstərmək olan həmin proqram Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində aparılan islahatların və iqtisadi diversifikasiyanın dəstəklənməsinə dəstək göstərir. Layihə çərçivəsində investisiyanın təşviqi və asanlaşdırılması, xarici investorlar ilə əlaqələrin genişləndirilməsi, kiçik və orta sahibkarlıq strategiyalarının, fəaliyyət planlarının monitorinqinin aparılması və qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübənin mənimsənilməsi, iqtisadi islahatların səmərəliliyinin monitorinqi, biznes sektorunda aparılan tədbirlərin qiymətləndirilməsi və təhlili nəzərdə tutulub.

Bax: “Tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilib

– Yaxın günlərdə keçiriləcək OECD-nin Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində «Eurasia Week» beynəlxalq tədbirində Azərbaycanın da iştirakı nəzərdə tutulur. Tədbirdə hansı məsələlər müzakirə ediləcək?
– OECD-nin bu il Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində təşkil edəcəyi «dəyirmi masa»nı iqtisadiyyat üzrə nüfuzlu ekspertlər üçün biznes və rəqabətlilik, müasir islahatlar və digər mövzularda çıxış və təcrübə mübadiləsi aparmaq baxımından  geniş platforma hesab etmək olar. Tədbirin əsas mövzularından biri kiçik və orta sahibkarlığın, özəl sektorun inkişafı məsələləridir. Bu sahədəki vəziyyətlə bağlı ekspertlərin rəy və təklifləri dinləniləcək. Tədbirin Azərbaycan üçün əhəmiyyətinə gəlincə, ölkəniz həmin proqramlarda 10 ilə yaxın bir müddətdə iştirak etsə də, «dəyirmi masa»da geniş ekspert heyətinin müzakirələrinə ilk dəfə qatılacaq. Bu, islahatlar aparan respublika üçün olduqca mühümdür. «Eurasia Week»də, adətən, müvafiq dövlət orqanlarının nümayəndələri iştirak edir. Tədbirdə Azərbaycanı İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, digər dövlət qurumlarının, özəl sektorun nümayəndələrinin təmsil etməsi nəzərdə tutulub. Azərbaycanla bağlı proqram iki hissədən ibarətdir:
· birincisi, «Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»nin həyata keçirilməsinin vəziyyətinin müzakirə edilməsi;
· ikincisi, Azərbaycanda xarici sərmayəçilər üçün yaradılmış investisiya mühiti, kiçik və orta müəssisələr arasında biznes əlaqələrinin inkişaf etdirilməsi barədə vəziyyətin müzakirəsi.
Hər iki məsələdə maraqlı ekspert baxışları olacaq və Azərbaycan tərəfinin müzakirələrdə fəal iştirakına  ümid edirik.
– OECD «Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum»a üzv olmuş Azərbaycanın vergi administrasiyasında tətbiq edilən şəffaflıq və məlumat mübadiləsi standartlarını yüksək qiymətləndirib. Təmsil etdiyiniz təşkilatın Vergilər Nazirliyi ilə həmin sahədə əməkdaşlığının  gələcək istiqamətlərini necə görürsünüz?
– Azərbaycanın vergi administrasiyası qeyd etdiyiniz Qlobal Forumda fəal iştirak edir. Vergilər Nazirliyi Foruma üzv ölkə kimi məlumat mübadiləsi və şəffaflıq sahəsində beynəlxalq standartların praktiki tətbiqini genişləndirir. Bu siyasət vergi qanunvericiliyinin təkmilləşdirilməsi və qabaqcıl ölkələrin vergi qanunvericiliyi ilə uzlaşdırılması, vergi sistemində ən mütərəqqi yeniliklərin tətbiq olunması, bu istiqamətdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından çox vacibdir. Qabaqcıl innovasiyalara açıq olan Azərbaycanın vergi sistemi  OECD ilə müasir texnologiyaların tətbiqi sahəsində davamlı işlər həyata keçirir. Vergi administrasiyasının nümayəndələrinin OECD-nin Vergi siyasəti və İnzibatçılığı Mərkəzinin tədbirlərində və treninqlərində müzakirələrdə fəal iştirakı təşkilat tərəfindən yüksək dəyərləndirilir. Təşkilatın tədbirlərində məlumat mübadiləsinin genişləndirilməsi, ümumi hesablama standartlarının tətbiqi, BEPS və transfert qiymətləndirmə sahəsində birgə iştirak, offşorlar vasitəsilə vergidən yayınmanın qarşısının alınması sahəsində mübarizədə effektivliyin yüksəldilməsi, həmin sahədə məlumat mübadiləsindən bir alət kimi istifadəyə geniş yer verilməsi və digər mövzularda iştirak Azərbaycanın vergi orqanı əməkdaşlarının bilik və bacarıqlarının, təcrübələrinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Hazırda Vergi siyasəti və İnzibatçılığı Mərkəzi ilə Azərbaycan arasında beynəlxalq səviyyədə vergi cinayəti və vergidən yayınmanın qarşısının alınmasına dair sıx əməkdaşlıq münasibətləri var. Bu isə vergi qaçaqmalçılığı sahəsində təsirli mübarizənin aparılmasına töhfə verir.
– Azərbaycanla əməkdaşlığın perspektivləri barədə nə deyə bilərsiniz?
– Hazırda həyata keçirilən layihələr onu təsdiqləyir ki, OECD  Azərbaycanla yuxarıda qeyd olunan prioritetlər üzrə əməkdaşlığı davam etdirəcəkdir. Təşkilat həm hazırda icra olunan layihələrə, həm də digər layihələrə dəstək göstərəcək.  Əməkdaşlığın əsas istiqamətlərindən biri kimi, dövlət idarəetmə sektorunda islahatların dərinləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, sosial və ekoloji siyasətin təkmilləşdirilməsi, makroiqtisadi siyasətin yeni meyarlarının hazırlanması, struktur islahatlarının aparılması prioritetlərdəndir. Yaxınmüddətli əməkdaşlıq strategiyasına uyğun olaraq, Azərbaycanda layihələrimizin üç əsas istiqamətini müəyyən etmişik. Bunlar sərmayə və biznes cəlbediciliyinin təmin edilməsində institusional islahatlara, ticarət və nəqliyyat siyasətinə dəstəkdir. Əminəm ki, genişlənən əməkdaşlığımız Azərbaycan iqtisadiyyatının inkişafı üçün faydalı olacaqdır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Azərkosmos” Auditor axtarır

posted in: Audit, Xəbər | 0

Auditor“Azərkosmos” ASC 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun olaraq müstəqil auditi xidmətinin satınalınması məqsədi ilə açıq tender elan edib və bu sahədə xidmət göstərən şirkətləri tenderdə iştiraka dəvət edir.

“Report” bu barədə rəsmi qəzetə istinadən xəbər verir.

Tenderdə iştirak haqqı 170 manatdır.

Satınalınan xidmət 2018-2020-ci illəri əhatə etməlidir. Müqaviləni imzalayacaq qalib şirkət xidmətin göstərilməsinə müqavilə imzalandığı gündən başlayaraq 1 iş günü ərzində başlamalıdır.

Tender təklifi noyabrın 28-i Bakı vaxtı ilə saat 18.00-a qədər “Azərkosmos”yə (ünvan: Bakı, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72 M5) təqdim edilməlidir. Tender proseduru noyabrın 29-u saat 11.00-da “Azərkosmos”un böyük iclas zalında başlayacaq.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilib

posted in: Xəbər | 0

Tibb müəssisələrinin Nümunəvi NizamnaməsiAZƏRBAYCAN  RESPUBLİKASININ NAZİRLƏR  KABİNETİ

 Q Ə R A R

 № 465

Bakı şəhəri, 25 oktyabr 2018-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

Bax: Peşəkar mühasib sertifikatının əldə olunması müddəti müəyyən olundu

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1150-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli  157 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin  etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“3.1.9-1. dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq farmakonəzarət üzrə tədbirlər görmək və farmakonəzarət üzrə məsul şəxs müəyyən etmək;

3.1.9-2. dərman vasitələrinin əlavə təsirləri və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini Nazirliyə təqdim etmək;”.

Azərbaycan Respublikasının             

Baş naziri                          Novruz Məmmədov


Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Peşəkar mühasib sertifikatının əldə olunması müddəti müəyyən olundu

posted in: muhasibat, Xəbər | 0
Peşəkar mühasib sertifikatının əldə olunmasıAZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 464
Bakı şəhəri, 25 oktyabr 2018-ci il

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının  müəyyən edilməsi haqqında

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri və ardıcıllığı aşağıdakı kimi müəyyən edilsin:

1. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidəedilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri – 2021-ci il 30 dekabradək;

2. iri sahibkarlıq subyektlərinin baş mühasibləri – 2022-ci il 30 dekabradək;

3. paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri – 2022-ci il 30 dekabradək; 

4. qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri – 2022-ci il 30 dekabradək;

5. büdcə təşkilatları üzrə:

5.1. mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri – 2021-ci il 30 dekabradək;

5.2. yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri – 2022-ci il 30 dekabradək.

Azərbaycan Respublikasının

Baş naziri                          Novruz Məmmədov 

Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.