İşsizlikdən sığorta fondunun büdcəsi nə qədərdir?

posted in: Xəbər | 0

İşsizlikdən sığorta fondunun büdcəsiİşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri 83 mln. 451 min 400 manat məbləğində proqnozlaşdırılıb.

“Report” xəbər verir ki, bu, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənəddə bildirilib ki, gələn il fondun gəlirləri işsizlikdən sığorta üzrə sığorta haqları 83 mln. 421 min 400 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 13 mln. 60 min 700 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 13 mln. 60 min 700 manat, qeyri-büdcə sektoru üzrə 57 mln. 300 min manat və sair gəlirlərdən 30 min manatlıq daxilolmalar hesabına təmin ediləcək.

Bax: Gələn il üçün yaşayış minimumu məlum olub

Qanun layihəsində fondun xərclərinin istiqamətləri də açıqlanıb. Belə ki, 2019-cu ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 11 mln. manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 1 mln. 800 min manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1 mln. 300 min manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 150 min manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 1 mln. 900 min manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 42 mln. 41 min 400 manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 5 mln. manat, peşə standartlarının hazırlanması 1mln. manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın ( qurumun) aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 19 mln. 260 min manatın yönəldilməsi nəzərdə tutulur.

Sənəd Milli Məclis plenar iclasında müzakirəyə çıxarılacaq. Parlament qanun layihəsini qəbul etdiyi təqdirdə, sənəd ölkə başçısı tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Mənbə:report.az

Bax: Azərbaycanda gələn il ÜDM 3,6% artacaq


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyinin gələn il üçün büdcə proqnozu azaldılıb

posted in: Vergi, Xəbər | 0

büdcə proqnozu2019-cu ildə dövlət büdcəsi gəlirlərinin 7 316 mln. manatı və yaxud 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 164,3 mln. manatı və yaxud 49,6%-i Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transferlərin, 3 451,6 mln. manatı və yaxud 15,1%-i Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə daxilolmaların, 785,6mln. manatı yaxud 3,4%-i isə digər gəlirlərin payına düşəcək.

Bax: Gələn il üçün yaşayış minimumu məlum olub

“Report” bu barədə “2019-ci ilin dövlət və icmal büdcələri üzrə layihəsi”nə istinadən xəbər verir.

Layihəyə görə, Vergilər Nazirliyinin proqnozu ötən ilə nisbətən 64 mln. manat və yaxud 0,9% azdır: Nazirliyin xətti ilə proqnozlaşdırılan daxilolmaların 68,1%-i və ya 4 980 mln. manatı qeyri-neft sektorunun, 31,9%-i, yaxud 2 336 mln. manatı neft sektorunun payına düşür.

Mənbə: report.az

Bax: Azərbaycanda gələn il ÜDM 3,6% artacaq


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycanda gələn il ÜDM 3,6% artacaq

posted in: Xəbər | 0

ÜDM2019-cu ildə ölkədə ÜDM-in real artımı 3,6% olmaqla, 81,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,9% olmaqla 50,5 mlrd. manat təşkil edəcək.

“Report” 2019-cu il dövlət büdcə zərfində qeyd olunan gələn il və sonrakı 3 il üzrə makroiqtisadi proqnoz göstəricilərinə istinadən xəbər verir.

Bax: Gələn il üçün yaşayış minimumu məlum olub

2019-cu ildə əsas kapitala yönəldiləcək investisiyaların ümumi həcminin real ifadədə 2,2% artaraq 17,9 mlrd. manat proqnozlaşdırılır. Bunun da 58,2%-i daxili investisiyaların, 41,8%-i xarici invesitisiyaların payına düşür. 2019-cu ildə qeyri-dövlət investisiyalarının həcmi 8,9 mlrd. manat olmaqla, ümumi invesitisiyaların 50%-ni təşkil edəcək.

Növbəti 3 ildə yerli valyutanın ABŞ dolları ilə dəyərinin 1,70 manat səviyyəsində qalacağı proqnozlaşdırır. İstehlak qiymətləri indeksinin cari ildə təkrəqəmli səviyyəyə enməsi trendinin davam edəcəyi gözlənilir.

Nəticə etibarilə əhalinin gəlir səviyyəsinin 2019-cu ildə 59,2 mlrd. manata qədər artacağı və orta aylıq əməkhaqının ötən illə müqayisədə real ifadədə 10,7% artaraq 641,7 manat olacağı proqnozlaşdırlır.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Gələn il üçün yaşayış minimumu məlum olub

posted in: Xəbər | 0

yaşayış minimumuAzərbaycanda 2019-cu il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyənləşib.

Bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Aydın Kərimovla mühasibat uçotu kursu

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun

  • ölkə üzrə 180 manat,
  • əmək qabiliyyətli əhali üçün 191 manat,
  • pensiyaçılar üçün 149 manat,
  • uşaqlar üçün 160 manat

müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub.

Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

Hər iki qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minir.

Mənbə: report.az

Bax: Sahibkarlıq sahəsində yoxlamalar (bilinənlər və bilinməyənlər)


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.