İşəgötürənin ödədiyi məcburi dövlət sosial sığorta haqları azaldılır

posted in: Xəbər | 0

sığorta haqlarıMəcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi ilə bağlı islahat aparılacaq.

Məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyənlərə münasibətdə sosial sığorta haqqı dərəcəsinin aylıq gəlir məbləği 200 manatadək olduqda işçi üzrə 3%, işəgötürən üzrə 22%, aylıq gəlir məbləği 200 manatdan çox olduqda isə işçi üzrə 6 manat və 200 manatdan yuxarı olan hissəsinin 10%-i, işəgötürən üzrə 44 manat və 200 manatdan yuxarı olan hissəsinin 15%-i həddində müəyyənləşdirilməsi nəzərdə tutulub.

Bax: Bəzi vergi ödəyicilərinə gəlir vergisi üzrə güzəştlər ediləcək

“Təklif olunan islahatın tətbiqi nəticəsində dövlət büdcəsinin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların ilkin olaraq azalması ehtimal olunur. Bununla belə növbəti illərdə iqtisadi fəaliyyətin stimullaşdırılması, iş yerlərinin “kölgədən çıxması” və müvafiq olaraq ödənilən əmək haqlarının şəffaflaşdırılması, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi hesabına həmin azalmanın aradan qaldırılmasına və bedcə daxilolmalarının artaraq mövcud səviyyəni üstələməsinə şərait yaranacaq”, – deyə büdcə zərfində vurğulanıb.

Büdcə zərfinin ilkin layihəsində qeyd olunub ki, həyata keçirilən islahatla sosial sığorta və işsizlikdən sığorta haqlarının vaxtında və tam həcmdə hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanları tərəfindən təmin ediləcək.

Mənbə: report.az

Bax: Azərbaycanda şirkət yaratmaq istəyən əcnəbilərə şad xəbər

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycanda şirkət yaratmaq istəyən əcnəbilərə şad xəbər

posted in: Xəbər | 0

şirkət yaratmaq“Azərbaycanın səfirlikləri və diplomatik nümayəndəlikləri vasitəsilə ilə qeyri-rezidentlərə elektron imzanın verilməsi qaydasına əsasən elektron rezidentliyi həyata keçirdik”.

Bunu Bakıda keçirilən “Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransı: Elektron və Mobil Rezidentlik Proqramının Açılış Mərasimi”nində jurnalistlərə açıqlamasında Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli deyib.

Bax: Bəzi vergi ödəyicilərinə gəlir vergisi üzrə güzəştlər ediləcək

Onun sözlərinə görə, proqramın ümumi ideyası ondan ibarətdir ki, elektron və mobil rezidentlər Azərbaycana gəlmədən bunu identikləşdirərək Azərbaycanın rəqəmsal vətəndaşlığını əldə edirlər. Son nəticədə onlar Azərbaycanda təqdim olunan bütün elektron xidmətlərdən ölkəyə gəlmədən, heç bir miqrasiya prosesindən keçmədən istifadə edə bilərlər.

“Bu xidmət vasitəsilə onlar ölkədə yeni şirkətin qeydiyyatı apara, müxtəlif ödənişlər həyata keçirə, sənədləri təsdiq etdirə, bütün vergiləri onlayn ödəyə bilərlər”, – deyə o, qeyd edib.

Bax: Gələn il üçün yaşayış minimumu məlum olub

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

3000 manat məvaciblə Maliyyə Meneceri tələb olunur

posted in: İş elanı, Maliyyə, muhasibat, Xəbər | 0

Maliyyə MeneceriVəzifə: Maliyyə meneceri (Baş mühasib)

İşəgötürən: İnternational Company

Əmək haqqı: 2500-3000 AZN

İş saatı: 09:00-18:00

Aydın Kərimovla mühasibat uçotu kursu

Vəzifə təlimatları:

  • Həvalə edilmiş şöbənin idarə edilməsinin planlaşdırılması;
  • Həvalə edilmiş şöbənin nəzarət və müşahidə altında saxlanılması;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil edilməsi və nəzarətin həyata keçirilməsi;
  • Kapital və investisiya qoyuluşlarının – Mühasibat reystrlərinə əsasən hesabatlar üçün məlumatların təsnifləşdirilməsi;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə nəzarət edilməsi;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaların tərtib edilməsinə nəzarətin həyata keçirilməsi;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi;
  • İllik hesabatların daxili və xarici audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi;
  • Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans, Forma 2, Forma 4, Forma 5);
  • Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işləmlərin aparılması;
  • Beynəlxalq mühasibat uçotuna uyğun hesablar planının tərtibi, idarəetmə uçotunun qurulması;
  • Rəhbərliyin göstərişlərinə əməl edilməsi və lazımi hesabatların rəhbərliyə təqdim edilməsi.

Bax: 1500 manat məvaciblə Auditor tələb olunur

Təhsil

  • İqtisadi ali təhsil (Maliyyə, Mühasibat Uçotu və oxşar fakultə).

Təcrübə

  • Mühasibat və maliyyə sahəsində ən azı 7 il-10 il təcrübəsi olmalı.

Texniki səriştələr:

  • Dil bilikləri: Azərbaycan dili, Rus dili əla səviyyədə, İngilis dili yaxşı səviyyədə;
  • MS Office -Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı;
  • 1C proqramı 8.2 və ya 8.3, Logo Unity, ERP proqramlarında işləməyi bacarmalı;
  • ACCA , CIMA, CFA üzrə sertifikatlar;
  • Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
  • Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
  • Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
  • Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtlərini, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinmə qaydalarını;
  • Pul vəsaitlərin və əmtəə-material dəyərlilərin inventarizasiyanın keçirilmə qaydalarını bilməli;
  • Mülki, malliyyə, vergi və təsərrüfat qanunvericiliyin bilməli;
  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununu, A.R Vergi Məcəlləsini, A.R Mülki Məcəlləsini və A.R. Əmək Məcəlləsini bilməli.

Bax: 700 manat məvaciblə İnsan Resursları üzrə mütəxəssis tələb olunur

İdarəetmə səriştələri:

  • Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, dəqiqlik və səliqəlik qabiliyyəti, birgə iş/ komandada işləmə qabiliyyəti, yeni ideyaları qəbul etmə qabiliyyəti olmalıdır.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu yerində (subject) “ Maliyyə meneceri (Baş Mühasib)” qeyd edərək ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün vergi güzəştləri uzadılacaq

posted in: Vergi, Xəbər | 0

vergi güzəştləri2019-cu ildən etibarən ölkənin müəyyən edilmiş iqtisadi və sosial inkişaf hədəflərini özündə əks etdirən ortamüddətli xərclər çərçivəsinin hazırlanmasına başlanılacaq.

“Report” bu barədə 2019-cu il dövlət büdcəsi zərfində əks olunan büdcə-vergi siyasətinin əsas istiqamətlərinə istinadən xəbər verir.

Aydın Kərimovla mühasibat uçotu kursu

Nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə pərakəndə ticarət və ictimai iaşədə nağdsız ödənişlər üzrə (POS-terminal vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərinin verilməsi büdcə vergi siyasətinin əsas istiqamətlərindəndir. Bundan başqa, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların iştirakının təmin etmək üçün neft və qaz məhsullları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) müəyyən hissəsinin istehlakçılara geri qaytarılması prinsiplərinin tətbiqi nəzərdə tutulur.

Ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiq edilməsi (2%), əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin tədricən genişləndirilməsi (topdansatış ticarət, lisenziya tələb olunan fəaliyyətləri, işçi sayı 3 nəfərdən çox olan istehsal fəaliyyəti və s.) və bu sahədə mövcud olan vergi güzəştlərinin azaldılması istiqamətində müvafiq tədbirlərin görülməsi vergi siyasətinin istiqamətləridir.

Bax: Gələn il üçün yaşayış minimumu məlum olub

Həmçinin qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılması, kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiyanın tətbiqi və kiçik sahibkarlıq subyektinin təsisçisinin dividend gəlirlərinin vergidən azad olması nəzərdə tutulur.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.