Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı işəgötürənlər arasında seminarlar keçirilib

posted in: Xəbər | 0

Əmək qanunvericiliyinin tətbiqiƏmək qanunvericiliyinin tətbiqi ilə bağlı daha üç rayonda maarifləndirmə tədbirləri keçirilib.

Əmək hüquqları və qeyri-formal məşğulluğun mənfi nəticələri barədə işəgötürənlərə məlumatlar verilib. ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tətbiqi ilə bağlı işəgötürənlər arasında məlumatlandırma və təbliğat məqsədilə İmişli, Bərdə və Zaqatala rayonlarında seminarlar keçirib.

Aydın Kərimovla mühasibat uçotu kursu

İmişli rayonunda “İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları”, Bərdə rayonunda “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar” və Zaqatala rayonunda “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzularında işəgötürənlərə məlumatlar verilib. Ümumilikdə 12 rayonun (İmişli, Sabirabad, Saatlı, Beyləqan, Fizuli, Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Zaqatala, Qax, Balakən) ayrı-ayrı işəgötürənlərinin iştirakı ilə keçirilən tədbirlərdə iştirakçıların müvafiq mövzularda sualları cavablandırılıb.

Tədbirlərdə həmçinin “Xidmət iqtisadi fəaliyyət sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan geniş bəhs olunub. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi kimi ciddi qanun pozuntularına bir sıra hallarda xidmət iqtisadi fəaliyyət sahəsində də rast gəlindiyi qeyd olunub.

Bax: Bakıda gömrük nəzarətinin daha effektiv həyata keçirilməsi üçün təlim keçirilir

Qeyri-formal məşğulluğun mənfi nəticələri və əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulmasının mühüm sosial-iqtisadi faydaları diqqətə çatdırılıb.  İşəgötürənlərin bu məsələyə diqqəti artırmalarının, qeyri-formal məşğulluğun qarşısının alınmasında fəal iştirak etmələrinin vacibliyi vurğulanıb.

Mənbə: www.mlspp.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Təsisçi tərəfindən şirkətə borc verilərsə mütləq notarial qaydada təsdiqlənməlidir?

posted in: Xəbər | 0

notarialSual: Mən bilmək istəyirdim ki, təsisçi maliyyə qoyuluşunu nağd qaydada edə bilərmi? Yoxsa yalnızca notarial qaydada müqavilə bağlamalı və notariatda bank hesabından hüquqi şəxsin bank hesabına maliyyə qoyuluşu etməlidir?

Cavab: Sorğunuzdan təsisçi tərəfindən müəssisəyə borc pul vəsaitinin verilməsi barədə soruşulduğu qənaətinə gələrək bildiririk ki, mülki qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər qanunvericiliyə zidd olmayan hər hansı şərtləri qoymaqla öz hüquq və vəzifələrini müqavilə əsasında müəyyənləşdirir. Müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması olaraq bağlanır.

Eyni zamanda bildiririk ki, borc müqaviləsi predmetinin məbləği 3.000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu, o cümlədən də müqavilənin qüvvədə olma müddəti ilə bağlı şərtləri müəyyənləşdirə bilərlər. Mülki qanunvericilikdə pul vəsaitlərinin borc verilməsinin notarial qaydada təsdiq olunması mülki qanunvericilikdə tələb kimi qoyulmasa da, borc verən və borc alan müvafiq müqaviləni öz istəklərinə əsasən notarial qaydada təsdiq edə bilərlər.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi olmayan təsisçidən borc məbləğlərinin nağd qaydada alınmasına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda məhdudiyyət nəzərdə tutulmur. Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçidən faizsiz pul vəsaitlərinin alınması və qaytarılması üzrə hesablaşmalar isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bax: Normadan artıq ezamiyyə xərci hansı hallarda işçi üçün vergi öhdəliyi yaradır?

Bax: Mülki Məcəllənin 6.2-ci, 389-cu, 390-cı, 739-cu və 740-cı maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

800 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibAZCO Engineering-Procurement & Construction” MMC şirkəti ən yaxşı inkişaf etmiş yerli EPC şirkətlərindən biridir. AZCO Sənaye Layihələrinə sərmayə qoyan və inkişaf edən şirkətləri peşəkar texniki xidmətlərlə təmin edir.

Şirkətimiz Neft və Qaz, Dağ-Mədən, Sənaye və İnfrastruktur sektorlarında Mühəndislik, Təchizat Xidmətləri, Tikintinin İdarə edilməsi, İstehsalat və Tikinti, Sazlama işləri və İstismara verilmə zamanı Yardım, Texniki Təmir və İnsan Resursları Xidmətləri kimi ixtisaslaşdırılmış xidmət çeşidlərini təklif edir.

Aydın Kərimovla mühasibat uçotu kursu

Şirkətin adı: “AZCO Engineering-Procurement & Construction” MMC

Vakansiya: Mühasib

İş barədə məlumat:

– Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
– Əmək haqqı, müavinətlər, vergilər, ezamiyyələr üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
– Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək;
– Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluğa s.) hazırlamaq;
– Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
– Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
– DSMF, vergi və s. hesabatların hazırlanması,
– Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunun aparmaq;
– Müəssisənin xərclərinin və gəlirlərinin kassa kitabında uçotunun təşkil etmək;
– Əmək haqqı, məzuniyət, xəstəlik vərəqi , ezamiyyət, tabel cədvəli və digər. mühasibat cədvəllərinin tərtib etmək;
– Qanunvericiliklə müəyyən edilmiş qaydada bütün növ mühasibat sənədlərinin hazırlamaq (gündəlik və aylıq müxbirləşmələr, memorial orderlərin, dövriyyə qalıq cədvəlləri, müəssisənin balansı və s. maliyyə hesabatlarının tərtib etmək.)
– Vergi bəyənnamələrinin hazırlanmaq (sadələşdirilmiş vergi, fiziki şəxslərin gəlir vergisi, ödəmə mənbəyindən tutulan vergi, ƏDV köçürmələri, ƏDV bəyənnamələri, əmlak vergisi, yol vergisi, hüquqi şəxlərin mənfəət vergisi, elektron vergi hesab fakturaların göndərilmək və s;
– Müəssisənin illik xərclərinin smetasının hazırlanması və onların analizi; -Fakturaların,VHF-larnın işlənməsi Q/f və VHF-ların tərtib olunması Aylıq, rüblük hesabatların hazırlanması və göndərilməsi Vergi bəyannamələrinin tərtib olunması.
– Bank koçürmələrinin aparılması;
– Xəzinə kitabının işlənməsi

Bax: Başak Group Mühasib axtarır

Namizədə tələblər:

Təhsil – Ali təhsil
İş təcrübəsi – Minimum 3-4 il
Vergi Məcəlləsini mükəmməl bilməli
Kompüter bilikləri –  MS office, Word, Excel, 1C
Dil bilikləri – Azərbaycan, ingilis dili arzuolunandır.
Xanım namizədlərə üstünlük verilir!

Əmək haqqı: 700-800 AZN
İş qrafiki:  Bazar ertəsi- Cümə 09:00-18:00

Maraqlananlar  CV-ni mövzu yerinə Mühasib qeyd edərək,   / ünvanına göndərə bilərlər.

Bax: 700 manat məvaciblə İnsan Resursları üzrə mütəxəssis tələb olunur

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bakıda gömrük nəzarətinin daha effektiv həyata keçirilməsi üçün təlim keçirilir

posted in: Xəbər | 0

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Hi-Scan-Hi-Trax II” baxış-rentgen texnikasının istismar qaydalarına dair operator təlimi başlayıb.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, DGK əməkdaşları üçün nəzərdə tutulan təlimdə öncə sözügedən avadanlıq haqqında videoçarx nümayiş etdirilib.

Aydın Kərimovla mühasibat uçotu kursu

Sonra təlimçilər tərəfindən “Hi-Scan-Hi-Trax II” baxış-rentgen texnikasının istismar qaydaları barədə məlumat verilib.

Qeyd edilib ki, avadanlığın iş prinsipi, istismar qaydaları, təyinatı barədə biliklərin dərindən öyrənilməsi gömrük işinin səmərəli təşkilinə, gömrük nəzarətinin daha effektiv şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Təlimi DGK-nın müvafiq sahə üzrə beynəlxalq dərəcəli təlimçiləri statusunu almış əməkdaşları – Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov, idarənin Skanlaşdırma və Texniki Nəzarət Vasitələrinin Tətbiqi şöbəsinin rəisi Əmir Əsədov və Naxçıvan MR Dövlət Gömrük Komitəsi Yoxlama-baxış sistemlərinin istismarı şöbəsinin rəisi Əkrəm Məmmədov aparır.

Beş gün davam edəcək təlimin sonunda uğurlu nəticə əldə edən iştirakçılara sertifikatlar veriləcək.

Mənbə: report.az

Bax: “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.