Xüsusi mülkiyyətdə olan mənzilə görə ödənməli olan əmlak vergisi

posted in: Vergi, Xəbər | 0

Sənədi olmayan evlərə görə əmlak vergisiSual: Gəncə şəhərində yerləşən və xüsusi mülkiyyətimdə olan mənzilə görə nə qədər əmlak vergisi ödəməliyəm?

Aydın Kərimovla mühasibat uçotu kursu

Cavab: Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən, rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyektidir.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinin müddəalarına uyğun ola­raq, fiziki şəxslərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə, bina Gəncə şəhərində yerləşdikdə, 0,3 manat tətbiq edilməklə hesablanır.

Bax: Gələn il üçün yaşayış minimumu məlum olub

Vergi Məcəlləsinin  200.1-ci maddəsinin müddəalarına əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Qeyd olunanlara əsasən:

Fiziki şəxsin xüsusi mülkiyyətində olan və Gəncə şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,3 manat tətbiq edilməklə yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahəsi 30 kvadratmetrədək olduqda, əmlak vergisi hesablanmır.

Mənbə: vergiler.az

Bax: Bəzi vergi ödəyicilərinə gəlir vergisi üzrə güzəştlər ediləcək


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Naziri Rusiya Federal Vergi Xidmətinin rəhbəri ilə görüşüb

posted in: Vergi, Xəbər | 0

Vergilər NaziriOktyabrın 22-də vergilər naziri Mikayıl Cabbarov Moskva şəhərində Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşüb. Görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində hər iki ölkədə son illər həyata keçirilmiş islahatlar barədə fikir mübadiləsi aparıblar.

Aydın Kərimovla mühasibat uçotu kursu

Qeyd olunub ki, hazırda dünya vergi orqanlarının prioritet fəaliyyət istiqamətlərindən biri vergi inzibatçılığında informasiya texnologiyalarının daha geniş tətbiqinə nail olmaqdır. Bu mənada, hər iki ölkədə rəqəmsal texnologiyaların tətbiqi sahəsinə xüsusi diqqət yetirilir.

Görüşdə Federal Vergi Xidmətinin yüksək vəzifəli şəxsləri Rusiyanın vergi inzibatçılığında rəqəmsal texnologiyalar sahəsində tətbiq olunan son yeniliklərlə bağlı təqdimatlarla çıxış ediblər.

Azərbaycanın Vergilər Nazirliyi və Rusiya Federal Vergi Xidmətinin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Mənbə: taxes.gov.az

Bax: Gələn il üçün yaşayış minimumu məlum olub


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Bəzi vergi ödəyicilərinə gəlir vergisi üzrə güzəştlər ediləcək

posted in: Vergi, Xəbər | 0

gəlir vergisi üzrə güzəştlərGələn il muzdla çalışanların gəlirləri ilə bağlı islahatlar həyata keçiriləcək.

Məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb.

“2019-cu ildə büdcə-vergi siyasətinin əsas prioritetini muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi təşkil edir. Bu islahatın əsasını neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işdən aylıq gəlir vergisinə güzəştin müəyyən edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi təşkil edir. Belə ki, aparılacaq islahat nəticəsində ilk növbədə ödəyicilərin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqları ödənişləri üzrə ümumi yükünün azladılması, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi hədəflənir”, – büdcə zərfində qeyd olunub.

Bax: Gələn il üçün yaşayış minimumu məlum olub

Sənəddə göstərilir ki, islahatla 1 yanvar 2019-cu il tarixdən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 000 manatadək olduqda, gəlir vergisi üzrə 100%, 8 000 manatdan çox olduqda isə 44% güzəştin edilməsi nəzərdə tutulub.

Eyni zamanda bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

Mənbə: report.az

Aydın Kərimovla mühasibat uçotu kursu

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1500 manat məvaciblə Auditor tələb olunur

posted in: Audit, İş elanı, Xəbər | 0

Auditor tələb olunurVəzifə: Auditor

Əməkhaqqı: 1000-1500 AZN

Tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat, menecment sahə üzrə)
• Müvafiq sahə üzrə min 3 il təcrübə
• Kompüter üzrə biliklər: 1C, Word, Excel
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
• Analitik düşünə bilmə, riyazı və mühasibat üzrə biliklərə sahib olma
• Ünsiyyətqurma və komandada işləmək bacarığı
• Ezamiyyətə gedə bilmə imkanları
• Rus dilini bilməsi arzuolundadır

Bax: 800 manat məvaciblə Mühasib tələb olunur

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi  / elektron ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.