Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin maliyyələşdirilməsi ilə bağlı Qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin maliyyələşdirilməsi“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 58; 2010, № 3, maddə 178, № 4, maddə 276; 2011, № 12, maddə 1104; 2013, № 11, maddə 1274; 2014, № 2, maddə 81, № 10, maddə 1159, № 11, maddə 1361; 2015, № 11, maddə 1294; 2016, № 3, maddə 413; 2017, № 5, maddələr 696, 711, № 7, maddə 1295; 2017, № 11, maddə 1959; 2018, № 7 (I kitab), maddə 1407) aşağıdakı dəyişikliklər edilsin:

Aydın Kərimovla mühasibat uçotu kursu
  1. 1.0.4-cü maddədə “219-1, 226, 227, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi” sözləri “219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi” sözləri ilə əvəz edilsin.
  2. 4.0-cı, 4.0.1 – 4.0.7-ci, 4.0.9-cu, 4.0.12-ci maddələr müvafiq olaraq 4.1-ci, 4.1.1 – 4.1.7-ci, 4.1.9-cu, 4.1.12-ci maddələr hesab edilsin və aşağıdakı məzmunda 4.2-ci maddə əlavə edilsin:

“4.2. Cinayətkarlarla əlaqəli olan şəxslər monitorinq iştirakçılarında mühüm iştirak payına sahib və ya belə payın benefisiar mülkiyyətçisi ola, habelə monitorinq iştirakçılarında idarəetmə funksiyalarını yerinə yetirə, o cümlədən idarə heyətində, müşahidə şurasında və ya audit komitəsində vəzifə tuta bilməzlər.”.

  1. Aşağıdakı məzmunda 6.6-cı maddə əlavə edilsin:

“6.6. Nəzarət orqanları tərəfindən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi riskləri ildə bir dəfə qiymətləndirilir və nəzarət yoxlamaları müəyyən edilmiş risklərə uyğun olaraq aparılır.”.

  1. Aşağıdakı məzmunda 7.4-1-ci maddə əlavə edilsin:

“7.4-1. Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə işgüzar münasibətlərə və əməliyyatlara, o cümlədən ilkin çıxış və ya təyinat məntəqəsinin həmin dövlətin (ərazinin) olduğu pul vəsaitlərinin istənilən şəxs tərəfindən qəbul olunması və köçürülməsi ilə bağlı əməliyyatlara xüsusi diqqət yetirməli, bu cür əməliyyatların açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmadıqda onların təyinatını və mahiyyətini aydınlaşdırmalı və bununla əlaqədar yazılı təhlil hesabatı tərtib etməlidirlər. Tələb olunduğu təqdirdə, hesabat qanunla müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına, auditora, cinayət təqibini həyata keçirən orqanlara və ya nəzarət orqanlarına təqdim edilməlidir.”.

Bax: Azərbaycanda auditorlar çirkli pulların yuyulmasına qarşı mübarizədə iştirak edəcəklər
  1. 17.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Maliyyə monitorinqi orqanı aparılmış təhlil nəticəsində həyata keçirilən əməliyyatlarda digər cinayətlərin əlamətlərini müəyyən etdikdə, müvafiq məlumatları istintaq aidiyyəti üzrə cinayət təqibini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına və ya prokurorluq orqanlarına göndərir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Malların dəyəri POS-terminal vasitəsilə ödənildikdə alıcıya NKA çeki verilməlidirmi?

posted in: Xəbər | 1

NKA çekinin verilməsiNKA çekinin verilməsi

Sual: Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərində) alıcı tərəfindən malların dəyəri nağdsız qaydada POS-terminal vasitəsilə ödənildikdə həmin məbləğ nəzarət-kassa aparatına (NKA) mədaxil edilərək alıcıya nəzarət-kassa aparatının çeki verilməlidirmi?

Aydın Kərimovla mühasibat uçotu kursu

Cavab: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli fərmanı ilə təsdiq edilmiş «Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»nın 4.1-ci bəndinə görə, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir.

Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Bax: Ödəniş nağdsız qaydada aparıldıqda həmin məbləğ nəzarət kassa aparatına (NKA) mədaxil edilməlidirmi?

Qeyd olunanlara əsasən:

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərində) alıcı tərəfindən malların dəyəri nağdsız qaydada POS-terminal vasitəsilə ödənildikdə alıcıya POS-terminaldan çıxarış ilə yanaşı, həmin məbləğ nəzarət-kassa aparatına mədaxil edilərək alıcıya nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

General Supply LLC Baş mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifənin adı : Baş mühasib

İş barədə məlumat

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin  təşkili və nəzarət etmək.
– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək;
– Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək;
– Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
– Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək.
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
– Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;

Aydın Kərimovla mühasibat uçotu kursu

Namizədə tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
– 10 il iş təcrübəsi və baş mühasib kimi 3 il iş təcrübəsi tələb olunur;
– 1C Proqramında, Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
– Stresədavamlı, tələbkar, məsuliyyətli;
– Azərbaycan, rus, ingilis dillərində ünsiyyət və yazışma bacarığı;
– Vergi qanunvericiliyi bilmək;
– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək.

Əmək haqqı məbləği: 1500 AZN

Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq, CV-i  / elektron ünvanına göndərin.

Mənbə: jobsearch.az

Bax: 

 

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

İlk 9 ayda dövlət məşğulluq orqanları tərəfindən neçə nəfər işlə təmin edilib?

posted in: Xəbər | 0

 məşğulluq orqanlarıCari ilin 9 ayında dövlət məşğulluq orqanları tərəfindən 44,8 min nəfər işlə təmin edilib

2018-ci ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 44,8 min nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib.

Bu il ərzində 7 minədək işsiz vətəndaşın özünüməşğulluq proqramı çərçivəsində ailə əməyinə əsaslanan kiçik ailə təsərrüfatlarının yaradılması  planlaşdırılıb. 1 oktyabr 2018-ci il tarixə proqram üzrə təlim kurslarına 7,3 mindən çox şəxs cəlb olunub ki, onlardan bu kursları bitirərək biznes planları uğurlu hesab edilən şəxslərin öz kiçik ailə biznesini qurmaları üçün mal və materiallarla təmin olunmasına başlanılıb.

Aydın Kərimovla mühasibat uçotu kursu

Yanvar-sentyabr aylarında işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarının təşkili işləri davam etdirilib. Hesabat dövründə nazirliyin xətti ilə ümumilikdə 2075 nəfər (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 1923 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 152 nəfər) peşə hazırlığına cəlb olunub. Ödənişli ictimai işlərə cəlb olunanların sayı isə bu ilin 9 ayında 865 nəfər təşkil edib.

Qeyd olunan dövrdə dövlət məşğulluq orqanlarının təşkil etdikləri peşəyönümü tədbirlərində 79,7 min nəfər gəncə işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar və əmək bazarının tələblərinə uyğun düzgün peşə seçmələri məqsədilə peşəyönümü məsləhətləri verilib.

Mənbə: www.mlspp.gov.az

Bax: Səhv ödənişə görə DSMF-yə məktub formasını necə yazmalı?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.