DSMF tender elan edir

posted in: Xəbər | 0

tenderDÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU (İKİNCİ ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir:

lot 1 – Sosial mövzuda maarifləndirici tədbirlərin təşkili işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Həsən Bəy Zərdabi 80 (Əlaqələndirici şəxs :Tender Komissiyası, telefon :(012) 434-05-20) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 – 100 manat

Hesab: AZ46CTRE00000000000007018504
VÖEN 1300050781
Bank: Dövlət Xəzinədarlığı AgentliyiÂ
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 2 % –i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: –

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-11-05 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-11-15 17:00qədər Bakı, Həsən Bəy Zərdabi 80 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 2018-11-16 11:00 tarixində Bakı, Həsən Bəy Zərdabi 80 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Mənbə: fins.az

Bax: Azərbaycanın dövlət büdcəsinin profisiti azalmağa başlayıb


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycanın dövlət büdcəsinin profisiti azalmağa başlayıb

posted in: Xəbər | 0

dövlət büdcəsinin profisitiBu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 089,7 mln. manat (illik müqayisədə 33,6% çox), xərcləri isə 15 666 mln. manat (22,5% çox) təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Son nəticədə büdcənin profisiti 423,7 mln. manat təşkil edib.

Xatırladaq ki, bu göstərici yanvar-avqust aylarının yekununda 544 mln. manat, yanvar-iyul aylarının yekununda 428,8 mln. manat olub.

Mənbə: report.az

Bax: Azərbaycan əhalisinin nominal gəlirləri artıb


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycan əhalisinin nominal gəlirləri artıb

posted in: Xəbər | 0

Azərbaycan əhalisinin nominal gəlirləriBu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 39 690,3 mln. manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.

Son 1 ildə adambaşına nominal gəlir isə 8,5% artaraq 4 046,7 manat olub.

Mənbə: report.az

Bax: Azərbaycan valyuta ehtiyatlarını artırıb


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycan valyuta ehtiyatlarını artırıb

posted in: Xəbər | 0

valyuta ehtiyatlarıAzərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 44 522,2 mln. ABŞ dolları təşkil edib.

Bunun 87,57%-i və yaxud 38 987,7 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,43%-i və yaxud 5 534,5 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 973,4 mln. dollar və yaxud 2,24% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 951,6 mln. dollar və yaxud 2,5%, AMB-nin valyuta ehtiyatlarında isə 21,8 mln. dollar və yaxud 0,4% artım olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 3 334,7 mln. dollar və yaxud 8,1% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 2 967,7 mln. dollar və yaxud 8,24%, AMB-nin valyuta ehtiyatlarında isə 367 mln. dollar və yaxud 7,1% artım olub.

ARDNF-in valyuta ehtiyatları
(mln. ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları
(mln. ABŞ dolları)
Azərbaycanın valyuta ehtiyatları
(mln. ABŞ dolları)
01.10.2018 38 987,7 5 534,5 44 522,2
01.07.2018 38 036,1 5 512,7 43 548,8
01.04.2018 37 631,7 5 508,0 43 139,7
01.01.2018 35 806,5 5 334,6 41 141,1
01.10.2017 36 020,0 5 167,5 41 187,5
Mənbə: report.az