Vergilər naziri Şəmkirdə vətəndaşları qəbul edib

posted in: Vergi, Xəbər | 0

Vergilər naziriOktyabrın 15-də vergilər naziri Mikayıl Cabbarov Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Gəncə şəhəri, Şəmkir, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayon sakinləri iştirak edib.

Qəbulda vətəndaşlar əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, kənd təsərrüfatı məhsullarının ixracı və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1000 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib axtarılırİşəgötürən: Hakanfoods Azerbaijan Trading

  • Şəhər: Bakı
  • Yaş: 35 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq

Həmçinin bax: 800 manat məvaciblə Mühasib axtarılır

İş barədə məlumat

 – Aylıq istehsalat və satış hesabatlarının hazırlanması

– Gündəlik və aylıq anbar hərəkəti və anbar qalığını göstərən hesabatların hazırlanması
– DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə yazışmaların aparılması
– Elektron Vergi Hesab Fakturalarının hazırlanması və Elektron Qaimələrin yazılması
– Gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması
– Əmək haqqının hesablanması
– Bank əməliyyatlarının aparılması
– Aylıq maliyyə hesabatların hazırlanması
– İş qrafiki 6 gün, saat 09:00-dan 19:00-dək
Namizədə tələblər
– Ali İqtisadi Təhsil
– Mühasib kimi iş təcrübəsi
– Mühasibat uçotu, vergi qanunvericiliyi, İFRS üzrə mükəmməl biliklərə sahib olmalı
– Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmalı
– Microsoft Excel və 1C proqramlarının mükəmməl istifadəçisi olmalı
– Elektron hökümət portalı, İnternet Vergi İdarəsi, onlayn kargüzarlıqda işləmə bacarığı olmalıDaimi yaşayış yeri Metro Q.Qarayev, Neftçilər, X.Dostluğu, Əhmədli və digər yaxın ərazilərində olan.

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gömrük əməkdaşlarının attestasiyası keçirilib

posted in: Xəbər | 0

Gömrük əməkdaşlarının attestasiyasıOktyabrın 13-cü gömrük əməkdaşlarının attestasiyası ilə bağlı tədbir keçirilib.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildiriblər.

Məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov tədbirdə bildirib ki, bu ilin 2-ci rübündə gömrük orqanlarında başladılan islahatlarının birinci mərhələsi başa çatıb və tətbiq edilən yeniliklər gömrük sisteminin daha da çevik şəkildə idarə edilməsini və modernləşməsini təmin edib: “İslahatların birinci mərhələsinin nəticəsi olaraq şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı qətiyyətli mübarizə, sahibkarlıq mühitinin yaxşılaşdırılması, maliyyə nəzarətinin effektli şəkildə həyata keçirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması istiqamətində mühüm nailiyyətlər əldə olunub”.

Bax: İcarə əməliyyatları zamanı müxabirləşmələr

İ.Hüseynov bildirib ki, qazanılan uğurlar bizi arxayınlaşdırmamalı, ölkəmizin sürətli iqtisadi inkişafının davamlılığının təmin edilməsi, tranzit potensialının gücləndirməsi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin maksimum dərəcədə təmin olunması üçün daha da əzmlə çalışmalı, işimizi günün tələbləri səviyyəsində qurmalıyıq.

O da vurğulanıb ki, artiq islahatların ikinci mərhələsi başlanıb və bu mərhələdə əsas hədəflərdən biri də kadrların potensialının üzə çıxarılması və ondan düzgün istifadənin təmin edilməsidir. Bu məqsədlə keçirilən attestasiyanın nəticələri gömrük sistemində kadrların düzgün seçilməsinə və yerləşdirilməsinə, vəzifəli şəxslərin cavabdeh olduğu sahəyə uyğunluğunun müəyyənləşməsinə imkan verəcək. Attestasiya həm də gömrük orqanları əməkdaşlarının peşə bilik və bacarıqlarının aşkar olunmasına, əməkdaşların potensialından səmərəli şəkildə və uyğun olan sahədə istifadə olunmasına şərait yaradacaq.

Tədbirdən sonra attestasiya komissiyasının üzvlərinin iştirakı ilə gömrük əməkdaşlarının attestasiyasına başlanılıb.

Mənbə: report.az

Bax: Aydın Kərimov ilə Muhasibat Uçotu Kursu!


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Muzdla çalışan işçilərin sayı və əməkhaqqı açıqlanıb

posted in: Xəbər | 0

Muzdla çalışan işçilərin sayıSentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artaraq 1540,3 min nəfər olub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, onlardan 880,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 659,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,3 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bax: Aydın Kərimov ilə Muhasibat Uçotu Kursu!

Yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz artaraq 541,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: azertag.az

Bax: İcarə əməliyyatları zamanı müxabirləşmələr


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.