İcarə əməliyyatları zamanı müxabirləşmələr

posted in: Xəbər | 1

İcarə əməliyyatlarıİCARƏ ƏMƏLİYYATLARI


Əmlak kirayəsi müqaviləsi – Əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır:

– kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır;

– kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır;

– üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir.

Yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmasın.

İcarə müqaviləsi – əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

İcarə predmeti torpaq sahələri, binalar, daşınan əşyalar, hüquqlar və müəssisələr ola bilər.

          İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir.

          Müvəqqəti istismar olunmayan əsas vəsaitlərin mövcudluğu və bunlara digər fiziki və hüquqi şəxslərin ehtiyacları olduqda müəssisə onları icarəyə verə bilər. Digər hallarda isə yeni yaradılan və ya fəaliyyət göstərən müəssisələrə təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün vəsaitlər lazım olduqda onlar həmin vəsaitləri  icarəyə götürə bilər.

          İcarə münasibətləri xalq təsərrüfatının bütün sahələrini əhatə edir. Mülkiyyətin bütün formaları və növlərinin əmlakı icarəyə verilə bilər. İcarə münasibətlərinə aid edilə bilməyən əmlakın dairəsi və növləri AR-nın qanunvericiliyi ilə müəyyən edilir.

          İcarəyə verənlə icarəçi arasındakı münasibətlər müqavilə əsasında tənzimlənir. İcarə haqqı natura, pul və ya qarışıq formada təyin edilə bilər.

          Qanunvericiliyə uyğun olaraq icarəyə götürülmüş əsas vəsaitlərə (fondlara) görə ödənilən icarə haqları tamamilə məsrəflərə (gəlirdən çıxılan xərclərə) aid edilir.

          Dövlət və bələdiyyə müəssisələrinin əmək kollektivinin azı üçdə iki hissəsinin razılığı şərti ilə ixtiyarı vardır ki, icarəçilər təşkilatı əsasında icarə müəssisəsi yaratmaq üçün müstəqil hüquqi şəxs kimi belə təşkilat yaratsın. İcarəyə vermə bütövlükdə müəssisənin, yaxud ayrı-ayrı obyektlərin icarəyə verilməsi prosesindən ibarət ola bilər. Tərəflərin razılığı, yaxud obyektin növündən asılı olaraq icarə qısamüddətli (cari) və uzunmüddətli ola bilər. Bəzi iqtisadi ədəbiyyatlarda uzunmüddətli icarə orta müddətli icarə (xayrinq) və uzunmüddətli icarə (lizinq) formalarında göstərilir. İcarənin uçotu prosesi müddətindən asılı olaraq fərqli şəkildə əks etdirilir.

          İcarə üzrə uzunmüddətli debitor borcların tərkibində icarə prosesində istifadə edilən mühasibat köçürmələrini nəzərdən keçirək.

                                                                                                                                                                                                                      (manatla)

Debet Kredit Məbləğ Əməliyyatın məzmunu
731

112

174

731

731

223

507

442

 

176

223

111

731

611

507

442

174

521

801

 

611

176

2.000,00

400,00

3.600,00

549,15

1.450,85

1.200,00

183,05

483,62

 

90,00

90,00

Obyekt 3 il müddətinə icarəyə verildiyindən ilk dəyərlə silinir

Köhnəlmə dəyəri silinir

Müqavilə qiyməti ilə haqq-hesab icarədara təqdim olunur (ƏDV-ilə)

ƏDV ayrıca göstərilir

İcarə müddəti üzrə gəlir əks etdirilir

İlin sonunda illik icarə haqqı daxil olur

Daxil olmuş icarə haqqı üzrə ƏDV hesablanır

Bir ilə düşən gəlir maliyyə nəticəsinə silinir (sonuncu üç yazılış icarənin sonuna qədər hər il təkrar olunur)

İcarəyə verən tərəfindən faiz hesablandıqda

Hesablanmış məbləğ daxil olduqda

 

Müəllif: Aydın Kərimov

Bax: Mühasibat və vergi uçotunu öyrənmək istəyənlərin nəzərinə!

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Mühasibat və vergi uçotunu öyrənmək istəyənlərin nəzərinə!

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotuMühasibat  və vergi uçotunu öyrənmək istəyənlərin nəzərinə!


Muhasibat.Edu.Az layihəsində Aydın Kərimovla mühasibat uçotu kursuna qatılmaq fürsətini qaçırmayın, belə ki, “Mühasibat uçotu, Vergilər” kitabının müəllifi nəzəri və praktiki cəhətdən çoxillik peşə təcrübəsinə malik Aydın Kərimov tərəfindən kurslar artıq başlayır.

Təlimdə mühasibat uçotu 0 (sıfırdan)-dan başlayaraq baş mühasib işləmək səviyyəsinə qədər tədris ediləcək, mühasibat uçotunun nəzəri və praktiki hissəsi, vergitutma sistemi, gömrük əməliyyatları, statistik hesabatlar, sosial və digər fondlarla hesablaşmalar, maliyyə hesabat formaları, vergi bəyanamələri və s. nəzəri və praktiki şəkildə nümunələrlə izah ediləcəkdir.

Kurs iştirakçıları gələcəkdə mühasibat uçotu, vergilər və hər hansı bir məsələ ilə bağlı ödənişsiz məsləhətləşmələr almaq imkanı əldə edirlər. Kurs zamanı iştirakçılar tədris vəsaitləri ilə təmin olunur.

Kursun ümumi müddəti 72 saat (3 ay) həftədə 3 dəfə, hər dəfə 2 saat olmaqla keçirilir. Kursun keçirilmə vaxtı iştirakçıların rəyinə əsasən təyin edilir.

Mühasibat uçotu kursunun tam məbləği 1500 manat, bir aylıq isə 500 manat təşkil edir. Ödəniş nağd və ya köçürmə yolu ilə edilə bilər. Kurs Caspian Plazada keçiriləcəkdir.

Kursda iştirak etmək üçün aşağıdakı linkə daxil olub qeydiyyat formunu doldurmağınız xahiş edilir

https://muhasibat.typeform.com/to/rVdkcz

Əlavə məlumat almaq üçün:

E-mail:

web: www.muhasibat.az

Telefon: (050) 250 52 58 / (012) 598 20 70

Qeyd: Aydın Kərimov Azərbaycanda ən çox oxunan, indiyə kimi 20.000 tirajdan artıq nəşr edilən, mühasiblərin, tələbələrin və iş adamlarının stolüstü kitabı olan, Mühasibat və vergi sisteminin nəzəri və praktiki uçotunu əks etdirən,  “Mühasibat uçotu, Vergilər” kitabının müəllifidir. Kitab 1997-2018-ci illərdə yeni redaksiyalarda olmaqla 14 dəfə nəşr edilib.

Aydın Kərimov uzun illər bir neçə yerli və xarici müəssisələrdə Baş mühasib kimi çalışıb, o cümlədən 1999-2012-ci illərdə “Mars Overseas Baku LTD Pepsi Cola Bottler Azerbaijan” şirkətində Baş mühasib vəzifəsində işləyib.


Bax: İcarə əməliyyatları zamanı müxabirləşmələr


Bax: Accounting.Az MMC mühasib köməkçisi üzrə təcrübə proqramı elan edir


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Azərbaycanda auditorlar çirkli pulların yuyulmasına qarşı mübarizədə iştirak edəcəklər

posted in: Audit, Xəbər | 0

çirkli pulların yuyulmasıAzərbaycanda fəaliyyət göstərən auditorlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulmasına qarşı mübarizədə iştirak edəcəklər.

Bu barədə Auditorlar Palatasının İnnovasiyaların tətbiqi idarəsinin rəisi Elnur İbrahimov məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 5-də Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib. İclasda auditor təşkilatlarının və sərbəst auditorların auditor xidmətləri müqaviləsinin bağlanılmasına dair Palatanı məlumatlandırması “Qaydası” və “Forması” müzakirə edilib: “Bu qayda çirkli pulların yuyulmasının qarşısının alınması üçün əhəmiyyətli olacaq. Auditorlar bağladıqları müqavilələr haqqında Palataya məlumat verəcək. Əgər onlar kiməsə qanunsuz rəy verəcəklərsə, buna görə məsuliyyət daşıyacaqlar”.

Mənbə: report.az

Bax: “Auditorun şəxsi kabineti” adlı elektron portal istifadəyə veriləcək


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanın vahid büdcə təsnifatı təsdiq edilib

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININvahid büdcə təsnifatı
NAZİRLƏR KABİNETİ

Q Ə R A R
№ 440
Bakı şəhəri, 11 oktyabr 2018-ci il
Azərbaycan Respublikasının vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017- ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati təsnifatından ibarət vahid büdcə təsnifatı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş vahid büdcə təsnifatının tətbiqinə 2020-ci il 1 yanvar tarixindən başlasınlar.

3. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar 2020-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı 2019-cu ildə tərtib edəcəkləri sifarişlərini bu qərarın 1-ci hissəsi ilə təsdiq olunmuş vahid büdcə təsnifatına əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

Bax: Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə gətirilməsi zamanı bəyanı qaydasında dəyişiklik edilib

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

4.1. bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş vahid büdcə təsnifatını Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara elektron və kağız daşıyıcılarda çatdırılmasını təmin etsin, bununla bağlı tələb oluna bilən xərclərin maliyyələşdirilməsi barədə təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

4.2. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş vahid büdcə təsnifatının tətbiqi ilə bağlı mütəmadi olaraq metodiki yardımların, təlimlərin və digər zəruri təlimatların göstərilməsini həyata keçirsin;

4.3. büdcə ili ərzində təşkilatlar yaradıldığı, ləğv olunduğu və yenidən təşkil edildiyi təqdirdə, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş vahid büdcə təsnifatının “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nda müvafiq dəyişikliklərin aparılmasını həyata keçirsin;

4.4. bu qərardan irəli gələn digər məsələləri həll etsin.

5. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vahid büdcə təsnifatının tətbiqinə başlanıldığı tarixdən etibarən “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630, № 4, maddələr 785, 831, № 6, maddə 1356, № 7 (II kitab), maddə 1628; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 avqust tarixli 346 nömrəli qərarı) ləğv edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                              Novruz Məmmədov

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar 2020-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı 2019-cu ildə tərtib edəcəkləri sifarişlərini vahid büdcə təsnifatına əsasən Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Maliyyə Nazirliyi vahid büdcə təsnifatını dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara elektron və kağız daşıyıcılarda çatdırılmasını təmin etməli, bununla bağlı tələb oluna bilən xərclərin maliyyələşdirilməsi barədə təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara vahid büdcə təsnifatının tətbiqi ilə bağlı mütəmadi olaraq metodiki yardımların, təlimlərin və digər zəruri təlimatların göstərilməsini həyata keçirməli, büdcə ili ərzində təşkilatlar yaradıldığı, ləğv olunduğu və yenidən təşkil edildiyi təqdirdə, vahid büdcə təsnifatının “Büdcə xərclərinin inzibati təsnifatı”nda müvafiq dəyişikliklərin aparılmasını həyata keçirməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Mənbə: cabmin.gov.az

Bax: Kommersiya hüquqi şəxslərin təsisçiləri, nizamnamə kapitalındakı payları qaydası təsdiqlənib


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.