Vergilər Nazirinə xüsusi rütbə verilib

posted in: Vergi, Xəbər | 0

rütbəM.Ç.Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2018-ci il.

Mənbə: president.az

Bax: Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif olunur

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

 

Azərbaycanda 8 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

yerli şirkət

  • “MM Holding” MMC (VÖEN: 1303410221) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, H. Cavid prospekti, 520-ci məhəllə, ev 21, mənzil 2 ünvanına bildirə bilərlər.
  • “Art Class” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1404103181) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.
  • “Həkəri-2016” MMC (VÖEN: 1503170141) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 2/4, mənzil 5 ünvanına bildirə bilərlər.

Bax: 3 xarici şirkət Azərbaycandan getdi

  • “Flora-2016” MMC (VÖEN: 2100820621) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Şirvan şəhəri, S.Ə. Şirvani küçəsi, ev 4B ünvanına bildirə bilərlər.
  • “Polad Ailə Kəndli Fermer Təsərrüfatı” (VÖEN: 2600516621) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Lənkəran rayonu, Lənkəran şəhəri, H.Əsgərov ünvanına bildirə bilərlər.
  • “Nizami 1957” MMC  (VÖEN: 3201073891) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Ağdam rayonu, Ağdam şəhəri ünvanına bildirə bilərlər.
  • “Tikinti İstehsalat – 838” MMC (VÖEN: 3000087861) “Babaoğlu Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 3001632751) qoşularaq ləğv olunduğunu elan edir.
  • “Mahrasa” MMC (VÖEN: 2300801811) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 94/1, mənzil 48 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Bax: Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif olunur


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Təcrübəçi Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Təcrübəçi MühasibVəzifə: Mühasib (Təcrübəçi)

İşəgötürən: SinerjiPro

Tələblər:

– Ali təhsil  (maliyyə, mühasibat sahəsində);
– Mühasibat sahəsində nəzəri biliklər;
– MS Office proqramlarında (xüsusən excel)  işləmək bacarığı;
– Ünsiyyətqurma və komandada işləmək bacarığı;
– Analitik təhlil və operativlik bacarığı.

Bax: Veysəloğlu Şirkətlər Qrupu 1 il iş təcrübəsi olan Mühasib axtarır

İş barədə məlumat:

– Maliyyə şöbəsində gündəlik və aylıq hesabatların tərtib edilməsində iştirak;
– İş qrafiki 5 günlükdür.
– Şirkət tərəfindən nəqliyyat pulu ödənilir.
– Nahar şirkət tərəfindən təmin edilir.

Göstərilən tələblərə cavab verən namizədlər  öz CV-lərini mövzu yerinə mühasib (təcrübəçi) yazmaqla  /  elektron ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az

Bax:


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı Əsasnamədə dəyişiklik edilib

posted in: Xəbər | 0

SahibkarlıqAzərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması hallarında sahibkarlıq sahəsində plandankənar (növbədənkənar) yoxlamaların təxirə salınmadan keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87; 2015, № 8, maddə 910; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 377, № 10, maddə 1778) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.8-ci bəndə “olunmasını,” sözündən sonra “avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini,” sözləri əlavə edilsin;

1.2. 4.3-1-ci bəndə “əvvəl” sözündən sonra “(Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal)” sözləri əlavə edilsin;

1.3. 4.3-2-ci bəndin birinci cümləsinə “əvvəl” sözündən, ikinci cümləsinə “ərzində” sözündən sonra “(Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal)” sözləri əlavə edilsin;

1.4. 4.4-cü bəndə “müddətində” sözündən sonra “(Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal)” sözləri əlavə edilsin;

1.5. 5.1-ci bəndin birinci cümləsində “alınması,” sözü “alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal), eləcə də yoxlamanın” sözləri ilə əvəz edilsin.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. həmin Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2018-ci il.

Mənbə: president.az

Bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.