Təhsil haqqını nağd ödəyə bilərik?

posted in: Xəbər | 0

Təhsil haqqıSual: Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin I kurs tələbəsiyəm, təhsil haqqını universitetə nağd qaydada ödəyə bilərəmmi?

Cavab: «Nağdsız hesablaşmalar haqqında» Qanunun 3.4.8-ci maddəsinə əsasən, təhsil haqqının ödənilməsi bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq, yalnız nağdsız qaydada həyata keçirilir.

Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində göstərilir ki, təhsil haqlarını nağd qaydada qəbul edən təhsil müəssisələrinə (müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum) «Nağdsız hesablaşmalar haqqında» Qanunun 3.4.8-ci maddəsinin tələbləri pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən:

Təhsil müəssisələrinə təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru

Bax: Xaricdə təhsil üzrə xidmət vergiyə necə cəlb edilir?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasib köməkçisi axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisi axtarılırVəzifə: Mühasib köməkçisi

İşəgötürən: “LindPro” MMC

  • Şəhər: Bakı
  • Yaş: 23 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Pirəli

Bax: 700 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

İş barədə məlumat

– Tələb olunan daxili və xarici hesabatların hazırlanması

– Debitor və kreditorlarla hesablaşmalar, Ödəniş tapşırıqlarının hazırlanması, İnternet bankinglə əməliyyatlar, Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotu

– Elektron portal proqramı ilə işləmək bacarığının olması.

– ƏDV Depozit Hesabla İşləmək,

– Bütün vergi hesabatlarının göndərilməsi E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması

– İşçilərlə hesablaşmaların təmin edilməsi

– Əmək haqqı, Məzuniyyət, xəstəlik vərəqəsi üzrə hesabatların hazırlanması, Təhtəl hesab, Tabellerin daxil edilməsini həyata keçirmək

– İş qrafiki: Həftə içi 1-5 günlər, 09:00-dan 18:00-dək, 6-cı gün 10:00-dan 13:00-dək

Bax: Veysəloğlu Şirkətlər Qrupu 1 il iş təcrübəsi olan Mühasib axtarır

Namizədə tələblər

– LOGO proqramında işləmək

– Xanım namizəd (ailəli)

– Daimi olaraq oturaq iş şəraiti

– Səliqəli xarici görünüş

– Komanda da işləmək bacarığı

– Sərbəst qərar vermə bacarığı

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

DGK-nın xətti ilə büdcə daxilolmaları artıb

posted in: Xəbər | 0

büdcə daxilolmalarıBu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 329 410,6 mln. manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 85 740,4 min manat yaxud 35,2% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21 266,5 min manat və yaxud 37,9% artaraq 77 431,1 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 54 387,6 min manat və yaxud 30,85% artaraq 230 674,7 min manat, aksizlər üzrə daxilolmalar 10 363 min manat və yaxud 2,3 dəfə artaraq 18 201,9 min manat olub. Yol vergisi üzrə daxilolmalar isə 276,7 min manat və axud 8,2%azalaraq 3 102,9 min manat olub.

Mənbə: report.az

Bax: Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif olunur


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Veysəloğlu Şirkətlər Qrupu 1 il iş təcrübəsi olan Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Veysəloğlu İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu

Vəzifə: Mühasib (Bakı)

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Bax: 700 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

İş təcrübəsi: 1 il

Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri: Bölgələrdən sənədlərin təhvili, transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin  kontrolu və sistemə işlənilməsi.

Vəzifə öhdəlikləri:

– Mühasibat hesablarının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərin və s. hesabı) yerinə yetirmək;
– Bölgələrdən sənədlərin təhvili;
– Transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin  kontrolu və sistemə işlənilməsi.

Bax: 600 manat məvaciblə Bəyannaməçi axtarılır

Tələblər:

– Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
– Vergi uçotu sahəsində biliklər;
– Micro proqram biliyi arzuolunandır.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az / info@finstaff.az  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib-Bakı” yazıb CV göndərməklə müraciət edilir.

Mənbə: jobsearch.az


Bax: Tələbələr və yeni məzunlar üçün Təcrübə Proqramı

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.