Vergilər naziri: Artıq ödəmələr çətinlik yaradır

posted in: Vergi, Xəbər | 0

ödəmələrİllərlə yaranmış artıq ödəmələr cari ilin vergi proqnozunun icrasında obyektiv çətinliklər yaradır, bunu Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Vergilər naziri Mikayıl Cabbarov bildirib.

Ayrı-ayrı sahələrin inkişafı üçün tətbiq olunan vergi güzəştlərinin əhəmiyyəti danılmazdır, lakin istehsalçılarda gəlir və xərclərin uçotunun olmadığı bir şəraitə bu, məhsulları satış məqsədləri üçün əldə edən üçüncü şəxslərin vergidən yayınmaları üçün əlavə imkanlar yaradır deyə Nazir bildirib.

Bax: Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif olunur

Həmçinin qeyd edilib ki, vergi ödəyicilərinin fəaliyyətində uçot sisteminin zəifləməsində müəyyən qədər vergi orqanlarının da payı olub. Vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində deyil, ən asan üsulla – dövriyyənin hesablanmasına yönəldilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətini itirməsi, vergiödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin həcminin ilbəil artması, özəl biznesə qarşı qəbuledilməz metodların tətbiqi kimi xoşagəlməz halları qeyd etmək olar. Nəticə etibarilə illərlə yaranmış artıq ödəmələr cari ilin vergi proqnozunun icrasında obyektiv çətinliklər yaradır.

Uzun müddət formalaşmış vergi ödəmə vərdişlərinin dəyişdirilməsi çətin, lakin həllini tələb edən proses olduğu, Vergi administrasiyası bu istiqamətdə öz fəaliyyətinin vergi mühitinin şəffaf, bərabər, hamı üçün eyni və əvvəlcədən təxmin edilən prinsiplər əsasında qurulmasının davam olunacağı bildirilib.

Mikayıl Cabbarovun çıxışının tam mətnini buradan oxuya bilərsiniz

Bax: Bu sahibkarların dividend gəlirlərinin vergidən azad olunması təklif edilir

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Nizamnamə kapitalı 67 milyon manat olan Publik Hüquqi Şəxs yaradıldı

posted in: Xəbər | 0

Publik Hüquqi ŞəxsVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, Nizamnamə kapitalı 67 milyon manat olan Publik Hüquqi Şəxs yaradılıb.

Kommersiya qurumunun adı: “Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu” Publik Hüquqi Şəxsi

Qeydiyyat nömrəsi (VÖEN): 0200981601

Təşkilati-hüquqi forması: Publik Hüquqi Şəxs

Hüquqi ünvanı: AZ7000, Naxçıvan şəhəri, H. Əliyev pr., ev 6.

Nizamnamə kapitalı: 67723000 manat

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi: Cəfərov Seymur Nazim oğlu

Dövlət qeydiyyatına alındığı tarix: 15 avqust 2018

Mənbə: vergiler.az

Bax: Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif olunur

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Bu sahibkarların dividend gəlirlərinin vergidən azad olunması təklif edilir

posted in: Xəbər | 0

dividendGəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması təklif edilir.

Bunu Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Vergilər naziri Mikayıl Cabbarov bildirib.

Bax: Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif olunur

Sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması, vergi ödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılması kimi təkliflər edilib.

Mikayıl Cabbarovun çıxışının tam mətnini buradan oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif olunur

posted in: Vergi, Xəbər | 0

Sadələşdirilmiş verginin dərəcəsiSahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif edilir, bunu Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Vergilər naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, Vergitutma bazasının genişləndirilməsi və sahibkarlıq subyektlərinin fəaliyyət dairəsinin müəyyən edilməsi nəticəsində sadələşdirilmiş verginin sırf kiçik sahibkarlığın istifadə edəcəyi bir vergi növü kimi qalmasına şərait yaradılacaq.

Sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması, vergiödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılması kimi təkliflər edilib.