Vergilər naziri Mikayıl Cabbarovun çıxışı

posted in: Vergi, Xəbər | 0

Vergilər naziri-Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

2018-ci ilin ötən 9 ayı ölkəmizdə makroiqtisadi sabitliyin, iqtisadi artımın davam etməsi və maliyyə dayanıqlığının daha da güclənməsi ilə əlamətdar olub. Ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlamağa müvəffəq olub, mürəkkəb xarici risklər və çağırışlar şəraitində yüksək dayanıqlılıq və sabitlik nümayiş etdirib. Bu, cənab Prezident, Sizin rəhbərliyinizlə reallaşdırılan strateji inkişaf kursunun uğurla həyata keçirilməsi və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntiqi nəticəsidir.

Ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlər fonunda cari ilin 9 ayında 5 milyard 298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplanıb, proqnoza 100,2 faiz əməl olunub.

Ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşür.

Eyni zamanda, ali diqqətinizə çatdırmaq istərdim ki, neft-qaz sektorunda həyata keçirilən investisiya layihələrinin aktiv fazasının başa çatması qeyri-neft sektorundan vergi daxilolmalarına təsir etsə də, qeyri-neft sektorunun digər sahələrindən daxilolmaların artması, həmçinin neft sektorundan olan artım hesabına 2018-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz və ya 81,4 milyon manat çox vəsait toplanıb.

Cari ilin 9 ayında qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları 7 faiz artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 51 faizdən 59 faizə yüksəlib.

Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi, o cümlədən yeni iş yerlərinin açılması vergitutma bazasının genişləndirilməsi ilə nəticələnib, hesabat dövründə regionlardan vergi daxilolmaları 508,0 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,0 faiz artıb. Tədiyə növləri üzrə aparılan təhlil göstərir ki, qeyri-neft sektorundan daxil olan bütün vergi növləri üzrə artım qeydə alınıb.

Cənab Prezident, Siz vergi orqanları qarşısında “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergi mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoymusunuz.

Bunlardan ən önəmlisi, sahibkarlıq fəaliyyətinin şəffaflığı problemidir. Azərbaycanda yaradılmış əlverişli iqtisadi mühit, böyük daxili istehlak bazarının mövcudluğu, ixracın təşviqi üçün görülən tədbirlər insanları sahibkarlıq fəaliyyətinə stimullaşdırır. Lakin bu sahədə hələ də uçotsuz fəaliyyət, qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinin geniş yayıldığı ilə qarşılaşırıq.

Bu kimi halların qarşısının alınması olduqca vacibdir. Təkcə ona görə yox ki, bu, vergi yığımı üçün böyük potensialdır və büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir. Həm də ona görə ki, qanunauyğun fəaliyyət göstərən vergiödəyicilərinin mənafeləri bu haqsız rəqabətə uduzmasın. Bu fəaliyyətin həm dövlət, həm vətəndaş üçün faydalı olmasının əsas şərti hər kəsin qanun qarşısında bərabər olmasıdır.

Sadələşdirilmiş verginin əhatə dairəsinin hər il genişləndirilməsinin təhlili nəticəsində müəyyən edilib ki, verilən bu dəstəkdən sui-istifadə hallarının sayı artır. Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergiödəyiciləri tərəfindən dövriyyələrin “parçalanması”, müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edilir.

Ayrı-ayrı sahələrin inkişafı üçün tətbiq olunan vergi güzəştlərinin əhəmiyyəti danılmazdır, lakin istehsalçılarda gəlir və xərclərin uçotunun olmadığı bir şəraitə bu, məhsulları satış məqsədləri üçün əldə edən üçüncü şəxslərin vergidən yayınmaları üçün əlavə imkanlar yaradır.

Əlbəttə, vergiödəyicilərinin fəaliyyətində uçot sisteminin zəifləməsində müəyyən qədər vergi orqanlarının da payı olub. Vergiödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində deyil, ən asan üsulla – dövriyyənin hesablanmasına yönəldilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətini itirməsi, vergiödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin həcminin ilbəil artması, özəl biznesə qarşı qəbuledilməz metodların tətbiqi kimi xoşagəlməz halları qeyd etmək olar. Nəticə etibarilə illərlə yaranmış artıq ödəmələr cari ilin vergi proqnozunun icrasında obyektiv çətinliklər yaradır.

Uzun müddət formalaşmış vergi ödəmə vərdişlərinin dəyişdirilməsi çətin, lakin həllini tələb edən prosesdir. Vergi administrasiyası bu istiqamətdə öz fəaliyyətinin vergi mühitinin şəffaf, bərabər, hamı üçün eyni və əvvəlcədən təxmin edilən prinsiplər əsasında qurulmasını davam etdirəcək.

Cari ildə göstərilən problemlərin həlli, vergitutma bazasının genişləndirilməsi, biznesin açıq və şəffaf fəaliyyətinin təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Nazirlik tərəfindən vergiödəyiciləri ilə şəffaf münasibətlərin qurulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hesabına qeyri-neft sektorunda dövriyyələr 7,1 faiz artaraq 44 milyard manatı ötüb. Ticarətdə dövriyyə 18,4 faiz, o cümlədən pərakəndə ticarət dövriyyəsi 27,9 faiz artıb. Bu dinamika şəffaflaşmanın erkən əlamətləri kimi qəbul edilə bilər. Vergiödəyicilərinə öz uçot sənədləşmə işlərini qaydaya salmağa imkan yaratmaq üçün səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb.

Zati-aliləriniz tərəfindən Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətinin daha sıx əlaqələndirilməsi məqsədilə bu ilin aprel və iyun aylarında imzalanmış sərəncamlara ayrıca toxunmaq istərdim.

Dövlət Gömrük Komitəsi ilə birlikdə idxal-ixrac əməliyyatlarına effektiv nəzarət sisteminin qurulması istiqamətində tədbirlər həyata keçirilir. Xüsusi olaraq, Vahid Risk Platformasının tətbiqini qeyd etmək istərdim. Bu sahədə rastlaşdığımız əsas problemlərdən biri üçüncü şəxslər üçün malları idxal edən vergiödəyiciləri ilə bağlı idi. Düzdür, bəzi məsələlərin həllini hələlik başa çatdıra bilməmişik. Oktyabrın 5-də hər iki qurumun keçirdiyi birgə kollegiya iclasında açıq qalan məsələlərin həlli yolları müzakirə edildi. Ümidvarıq ki, Dövlət Gömrük Komitəsi ilə birlikdə bu işləri cari ilin sonuna qədər yekunlaşdıra biləcəyik. Hesab edirik ki, həyata keçirilən tədbirlərin çox müsbət fiskal nəticələri olacaq.

Tapşırığınıza uyğun olaraq, aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib, ən iri 30 istehsalçıda cari ilin avqustun 1-dən aksiz postları qurulub. Bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalının, saxta aksiz markalarından istifadənin və aksiz markası olmadan məhsul satışının qarşısı alınıb. Nəticədə, araq istehsalı və daxili bazarda satış həcmi cari ilin ötən dövrü ilə müqayisədə avqust və sentyabr ayları üzrə orta hesabla 3 dəfə artıb.

Aksizsiz tütün məhsullarının daxili bazarda satışının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində keçirilən tədbirlər nəticəsində daxili bazarda qaçaq malın payı cari ilin əvvəlindəki 19 faizdən 3 faizə enib. İlin əvvəlindən dövlətin nəfinə müsadirə olunan və təhvil verilən tütün məmulatlarının dəyəri 13 milyon manatdan çoxdur. Qanunsuz olaraq daxili bazara yol tapmış tütün məhsullarının müsadirə edilərək satışdan çıxarılması nəticəsində yerli məhsulların istehsalında canlanma yaranıb. Belə ki, yerli istehsalçıların daxili bazarda satış həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövründə 75 faiz artıb.

2018-ci ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 17,6 milyon manat məbləğin ödətdirilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur.

Prioritetlərimiz sırasında vergiödəyicilərindən daxil olan şikayətlərin baxılması işinin təkmilləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsini qeyd etmək istərdim.

Qarşımıza qoyduğunuz tələblərə əsasən, vergi administrasiyasının açıq və şəffaf fəaliyyəti istiqamətində proses davam etdirilir. Vergi orqanı ilə vergiödəyicisi arasında qarşılıqlı inam atmosferinin yaradılması, vergilərin könüllü ödənilməsinə keçidin təmin edilməsi üçün bütün qüvvələr səfərbər olunub.

Vergilər Nazirliyi vergiödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasına çalışır. Blokçeyn texnologiyası əsasında qurulmuş həllər daxil olmaqla, qərəzsiz və dəqiq təhlil-qeydiyyat sistemlərinin tətbiqi istiqamətində işlərə başlanıb. Vergiödəyicilərinin fəaliyyətinin risk modulları üzərindən təhlil olunması, vergidən yayınma hallarının müasir texnologiyalara əsaslanaraq aşkar edilməsi, vergi nəzarəti metodlarının təhlil olunmuş məlumatlar əsasında seçilməsi ilə auditin real funksiyalarının bərpası istiqamətində işlər gücləndirilib.

Aparılan islahatların daha bir mühüm qolu vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlıdır. Cari il ərzində sahibkarların ictimai təşkilatları və konsaltinq şirkətləri ilə sıx təmaslarımız olub. Bu görüşlərdə biz sahibkarları narahat edən məsələləri, onları öz fəaliyyətlərini daha da genişləndirmək üçün maraqlandıran təşviqedici mexanizmləri müzakirə etmişik.

Nəticədə Vergi Məcəlləsinə hazırlanmış dəyişikliklər paketi özündə bir neçə mühüm istiqaməti əhatə edir. Bunlar vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsi, vergitutma rejiminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi, inzibatçılığın və nəzarətin gücləndirilməsindən ibarətdir.

Cənab Prezident, bu dəyişikliklər sırasında digər orqanlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi məsələləri ilə bağlı Sizin dəstəyinizə ehtiyacımız var. Bu məlumatlara çıxış vergiödəyicilərinə keyfiyyətli xidmətin göstərilməsi ilə yanaşı, fəaliyyətimizi daha da məhsuldar edəcək.

Vergitutma bazasının genişləndirilməsi və sahibkarlıq subyektlərinin fəaliyyət dairəsinin müəyyən edilməsi nəticəsində sadələşdirilmiş verginin sırf kiçik sahibkarlığın istifadə edəcəyi bir vergi növü kimi qalmasına şərait yaradılacaq.

Sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması, vergiödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılması kimi təkliflər edilib.

Tapşırığınıza əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması islahatı hazırladığımız dəyişikliklər sırasında xüsusi yer tutur.

Bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir. Bu vəziyyət “kölgə iqtisadiyyatı”nın genişlənməsinin əsas səbəblərindən biridir. İnzibati tədbirlərin görülməsinə baxmayaraq, bu məsələ problem olaraq qalmaqdadır.

İslahatın başlıca məqsədi mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsi və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasıdır. Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur.

Güman edirik ki, islahat nəticəsində qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq. Bu proses iqtisadi artıma da öz müsbət təsirini göstərəcək.

Vergi sahəsində aparılan islahatlar, biznes mühitinin cəlbediciliyinin artırılması üçün həyata keçirilən tədbirlər, informasiya texnologiyalarına əsaslanan vergi inzibatçılığının formalaşdırılması sahibkarlığın inkişafına, ölkəmizin tərəqqisi naminə biznes və vergi orqanlarının səmərəli əməkdaşlığına öz töhfəsini verəcək.

Möhtərəm cənab Prezident.

Çıxışımın sonunda icazə verin, Sizi əmin edim ki, Vergilər Nazirliyinin beynəlxalq standartlara cavab verən struktura çevrilməsi istiqamətində qarşımıza qoyduğunuz vəzifələrin icrasının təmin olunması üçün vergi əməkdaşları bütün səy və imkanlarını səfərbər edəcəklər.

Diqqətinizə görə təşəkkür edirəm.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

700 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiVəzifə: Mühasib köməkçisi

İşəgötürən: Caspident LLC

  • Şəhər: Bakı
  • Yaş: 22 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Samir Kərimov

Bax: 600 manat məvaciblə Bəyannaməçi axtarılır

İş barədə məlumat

– Aylıq istehsalat və satış hesabatlarının hazırlanması

– Gündəlik və aylıq anbar hərəkəti və anbar qalığını göstərən hesabatların hazırlanması

– Elektron Vergi Hesab Fakturalarının hazırlanması və Elektron Qaimələrin yazılması

– Gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması

– Aylıq maliyyə hesabatların hazırlanması

– İş qrafiki: Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək

– Şənbə günü: 09:00-dan 17:00-dək

Bax: Regiona Mühasib tələb olunur

Namizədə tələblər

– 22-35 yaş arası xanım

– Ali təhsil

– Mühasibatlıqda iş təcrübəsi

– İngilis və Rusi dili

– Mühasibat uçotu, vergi qanunvericiliyi,

– Mühasibat qaydaları, Əmək qanunvericiliyi,

– Microsoft office proqramları üzrə dərin biliklər

– Elektron hökümət portalı, İnternet Vergi İdarəsi, onlayn kargüzarlıqda işləmə bacarığı olmalı

Mənbə: boss.az


Bax: Tələbələr və yeni məzunlar üçün Təcrübə Proqramı

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Regiona Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Vakansiya Vakansiya – Mühasib (Otel)

İş yeri (şəhər): Şamaxı
Əmək haqqı: 500-600 AZN

İş şəraiti: 

• Bazar ertəsi – cümə: saat 09:00 – 18:00
• İşçi Bakı şəhərindən və ya başqa rayondan olarsa, şirkət tərəfindən oteldə qalmağa yer və yeməklə ilə təmin olunur

Son tarix : 2018-10-31
E-poçt: 

Bax: 600 manat məvaciblə Bəyannaməçi axtarılır

İş barədə məlumat 

– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
– Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi;
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük.aylıq hesabatların hazırlanması
– Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
– Ödənişləri nəzarətdə saxlamaq
–  Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Gündəlik və aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
– Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Bax: 800 manat məvaciblə Mühasib axtarılır

Tələblər

– Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
– Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi.
– Yaş həddi 25-45
– MS Office – Word, Excel, 1C (8.2) proqramlarını mükəmməl bilməli
– Riyazi qabiliyyəti mükəmməl olmalı
– Vergi qanunvericiliyini bilmək
– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
– İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalı

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını göstərərək  ünvanına göndərə bilərsiniz.

Mənbə: jobsearch.az

Bax: Tələbələr və yeni məzunlar üçün Təcrübə Proqramı

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Almaniya vergi tarixi barədə bilmədiklərimiz (3-cü hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

vergi tarixiAlmaniya vergi tarixi barədə bilmədiklərimiz

III hissə  (2-ci hissəni oxumaq üçün keçidə daxil olun)

Qəribə də görünsə, ötən əsrin əvvəllərində Almaniyada sirkə turşusu da vergiyə cəlb edilmişdi. Bunu zəruri edən həmin məqsədlər üçün şərabdan istifadə olunmasının qarşısının alınması idi. Bu vergi növündən daxil olan pul vəsaitləri onun yığılması üçün xərclənən məsrəfləri güc-bəla ilə təmin edə bilirdi, amma tənzimləyici iqtisadi məqsəd əldə olundu və vəzifə həll edildi. Yeri gəlmişkən, həmin vergi tarixi bir xatirə kimi bu gün də qorunub saxlanılır və Almaniya büdcəsinə vur-tut bir neçə milyon avro gəlir gətirir.

Almaniya federal Qanunu vergi orqanlarına vergilər haqqında səhih və ya tam olmayan məlumatın verilməsi, vergiyə dair məlumat verməkdən imtina edilməsi və vergi güzəştlərinin alınması üçün əsassız məlumatların verilməsi üstündə cinayət məsuliyyətini nəzərdə tutur.

Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Almaniyanın vergi sistemindən yan ötməkdən vaz keçin! – ölkədə “vergilərlə” bağlı qanun layihələri, “vergi vahələrinin qurudulması” məqsədilə bu deviz altında müzakirə olunur. Vergi vahələri olaraq, iri həcmdə Avropa kapitallarını gizlədən Monako, Lixtenşteyn, İsveçrə və Lüksemburq nəzərdə tutulur. Bu gün ofşorlar hər il alman iqtisadiyyatından 200 milyard avroya qədər pul qoparır.

Kilsə vergisi – bu alman dini icmalarının əsas gəlir mənbəyidir. Və baxmayaraq ki, o, rəsmi vergi deyil, həmin vergini Almaniyadakı başlıca konfessiyaların üzvləri ödəyirlər. Uşaqlar, pensiyaçılar və aztəminatlılar kilsə vergisi ödəməkdən azad edilirlər.

Almanlar xüsusilə hansı vergilərdən daha çox narazıdırlar – “avtomobil” vergilərindən. Yanacaq və nəqliyyat vergiləri Almaniyada küçələrin saxlanılmasına məsrəf edilən xərclərdən iki dəfə və avtomagistralların inkişafı ilə əlaqəli xərclərdən dörd dəfə yüksəkdir.

Ştoyfa (Steufa) – alman vergi polisi qısaldılmış adı belədir. Almaniyada vergi polisi 1922-ci ildə maliyyə nazirliyi yanında yaradılıb. Bu gün hər bir federal torpağın öz vergi polisi var.

Mühacirlərlə müqayisədə köklü almanların vergi ödənişləri səxavətliliyi ilə fərqlənir. Gəlirlər və mülkiyyət cəhətdən fərqliliklərə müvafiq olaraq almanlar orta hesabla mühacirlərdən iki dəfə çox gəlir vergisi və dörd dəfə çox daşınmaz əmlakla bağlı vergi ödəyirlər.

Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Vergi siyasətinin həyata keçirilməsində vergi sisteminin möhkəmliyi və gücü, eyni zamanda yumşaqlıq və liberalizm – kiçik və orta sahibkarlıqla bağlı alman vergi sistemini fərqləndirən, bax, budur. Və bütün mümkün vergi güzəştləri və geri ödənişlər bunu təsdiq edir.

Alman maliyyə naziri Erzberq, 20-ci əsrin əvvəlində, ölkənin ən böyük vergi islahatının əsasını təşkil edən İmperatorluğun vergi qaydalarını işləyib hazırladı. Almaniya federal torpaqlarının vergi müstəqilliyi bax, bu cür sona çatdı.

Alman cəmiyyətinin siniflərə bölünməsi vergi kəsimində də aşkar görünür: statistikaya görə, ümumi gəlir vergisinin yarıdan çoxunu təmin olunmuş (varlılar) – 10 faiz əhali ödəyir, illik 7834 avro gəliri olan insanlar isə ümumiyyətlə vergi ödəmirlər.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.