Vergidən yayınan məşhur aktrisa cəzalandırılıb

posted in: Vergi, Xəbər | 0

vergiVergi ödəməkdən yayındığı sübut edilmiş məşhur Çin aktrisası Fan Binbinə təxminən 884 milyon yuan (130 milyon ABŞ dollarına yaxın) pul cəzası kəsilmişdir.

Çin Dövlət Vergi İdarəsi və Cianqsu vergi bürosunun iyun ayında başlatdığı təhqiqatda Fanın çalışdığı kino şirkətləri ilə həqiqi gəlirlərini gizlətmək və vergidən yayınmaq üçün bağladığı müqavilələrdə qanun puzuntusuna yol verdiyi aşkara çıxarılmışdır. Təhqiqat nəticəsində Fan və əməkdaşlıq etdiyi şirkətlərin yol verdikləri qanun pozuntusuna, vergiləri yayındırdığına və ödəmələri gecikdirdiyinə görə ümumilikdə 130 milyon ABŞ dollarına yaxın cərimə ödəməsinə qərar verilmişdir. Vergidən yayınmağa görə ilk dəfə cəza alan aktrisaya həbs cəzasının verilməyəcəyi bildirilmişdir.

Qeyd edək ki, Çin aktrisası Fan Binbin öz ölkəsindəki populyar filmlərlə yanaşı, «Hollivud» istehsalı olan «X-men: keçmiş günlər gələcək», «Dəmir adam-3» kimi filmlərdə də çəkilmişdir.

Mənbə: vergiler.az

Bax: Aİ rəqəmsal nəşrlər üçün vergiləri azaldır


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Aİ rəqəmsal nəşrlər üçün vergiləri azaldır

posted in: Vergi, Xəbər | 0

Avropa İttifaqıAvropa İttifaqı (Aİ) ölkələri e-kitab kimi elektron nəşrlərdən tutulan əlavə dəyər vergisinin (ƏDV) miqyasını aşağı salmaq haqqında razılaşmaya gəlmişdir. Aİ-yə üzv olan 28 ölkənin maliyyə nazirləri İqtisadi və Maliyyə İşləri Şurasının iclasını keçirmək üçün Lüksemburqda toplaşmışlar.

Aİ Şurasının açıqlamasında bildirilmişdir ki, iclasda üzv ölkələrin elektron nəşrlərdə istifadə ediləcək ƏDV qaydalarının çap nəşrləri ilə uyğunlaşdırılması məqsədi daşıyan tənzimləmə ilə bağlı razılaşma əldə etmişlər. Bu razılaşma ilə Aİ üzvü olan ölkələrdə ən azı 15 faiz miqyasında vergi qoyulan e-kitab kimi rəqəmsal nəşrlərə də çap nəşrləri kimi endirimli və ya sıfır dərəcə ilə ƏDV tətbiq edilə biləcək.

İndiki halda Aİ ölkələri kitab, qəzet və jurnal kimi çap məhsullarına 5 faizlik və ya 0 dərəcə üzrə ƏDV tətbiq etdiyi halda, bu güzəştlər rəqəmsal yayımlara şamil edilmir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə gətirilməsi zamanı bəyanı qaydasında dəyişiklik edilib

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 434
Bakı şəhəri, 10 oktyabr 2018-ci il
“Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 oktyabr tarixli 299 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun olaraq və Azərbaycan Respublikası Mərkəzi Bankının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının
Baş naziri                          Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 10 oktyabr
tarixli 434 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd
şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların
Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan
Respublikasına gətirilməsi zamanı bəyan edilməsi

 

QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq hazırlanmışdır və rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan “milli valyuta”, “milli valyutada qiymətli kağızlar”, “rezident” və “qeyri-rezident” anlayışları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda, “poçt rabitəsinin milli operatoru” anlayışı isə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda verilən mənaları ifadə edir.

2. Milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş
qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və
Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi

2.1. Rezident və qeyri-rezident hüquqi şəxslər nağd milli valyutanı (kağız və metal pul nişanları), milli valyutada ifadə olunmuş qiymətli kağızları və milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

2.2. Rezident və qeyri-rezident fiziki şəxslər 20000 (iyirmi min) manat məbləğinədək olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına şifahi formada bəyan etməklə, 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

2.3. Rezident və qeyri-rezident fiziki şəxslər milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına yazılı formada bəyan etməklə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

2.4. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər milli valyutanı məhdudiyyət olmadan müvəkkil banklar və ya poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Mənbə: cabmin.gov.az

Bax: Kommersiya hüquqi şəxslərin təsisçiləri, nizamnamə kapitalındakı payları qaydası təsdiqlənib


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

800 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Vəzifə: Mühasib

İşəgötürən: Mumuso Azerbaijan

Yaş: 28-38
Əmək haqqı: 800 AZN

Tələblər:

– 1C.8.3 Mühasibat proqramında sərbəst işləmək bacarığı mütləqdir (uçotun aparılması)
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Bank, kassa əməliyyatlarının kontrolu və uçotu
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Borcların ödənilməsinə dair hesabatların hazırlanması
– Ödəniş tapşırıqlarının yazılması;
– Qeyd olunanların uçotunun aparılması və 1C 8 programına işlənməsi
– Müdüriyyət tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi
– MS Excel proqramını bilməli
– Azərbaycan və Rus dillərində danışıq qabiliyyəti
– Ciddi və məsuliiyətli
– Kolektivdə işləmə bacarığı
– İşdə dəqiqlik

Bax: 2000 manat məvaciblə Analitik tələb olunur

İşin Təsviri:

– İş yeri 28 May metrosunun yanı
– Həftədə 1 istrahət günü
– Rəsmi qeydiyyat

Qeyd:

Vakansiya ilə maraqlanan şəxslər: CV-lərinizi göstərilən e-mail ünvana (mumuso@inbox.ru / göndərə bilərsiniz. Məktubun mövzusunda hansı iş üçün müraciət etdiyinizi qeyd etməyiniz mütləqdir.

Mənbə: jobsearch.az

Bax: 1 ildən aşağı iş təcrübəsi olan 1C operator axtarılır


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.