Xarici vətəndaş Azərbaycanda nizamnamə kapitalı 605.000 manat olan şirkət yaratdı

posted in: Vergi, Xəbər | 0

şirkətVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 605.000 manat (306122 Avro) olan şirkət yaradılıb.

Kommersiya qurumunun adı: “Turan Drilling and Engineering Company” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 1702429841

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ1095, Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 69.

Nizamnamə kapitalı: 306122 Avro

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi: Petrie Robert (Böyük Britaniya və Şimali İrlandiya)

Müşahidə şurasının üzvləri: Məmmədzadə Eldar Vaqif oğlu, İsayev Ramin Əli oğlu, Səmədli Vüqar Muxtar oğlu, Byrne Anthony Joseph, Lorentzen Rune, Paver Gary.

Dövlət qeydiyyatına alındığı tarix: 28 iyul 2018

Mənbə: vergiler.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Azərbaycanda 19 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

yerli şirkət“Caspian Coating” MMC (VÖEN: 4800180741) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Qobustan rayonu ünvanına bildirə bilərlər.

“Cycle.Az” MMC (VÖEN: 1403933441) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 26A, mənzil 111 ünvanına bildirə bilərlər.

“Bəhrəmtəpə Tikinti Materialları” ASC (VÖEN: 5500409701) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ünvanına bildirə bilərlər.

“Caspian Business News” Qəzeti redaksiyası (VÖEN: 1700287761) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov ev 13, mənzil 3 ünvanına bildirə bilərlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Quba Mini Motor” ASC (VÖEN: 4500181351) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Quba şəhəri, Fətəlixan küçəsi 16 ünvanına bildirə bilərlər.

“Azər İstismar Servis” MMC (VÖEN: 1701499961) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 73, mənzil 1 ünvanına bildirə bilərlər.

“Final Tur” MMC (VÖEN: 1501872281) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi, giriş 3, ev 58, mənzil 195 ünvanına bildirə bilərlər.

“Fine Food and Co.” MMC (VÖEN: 1701043051) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 73, mənzil 1 ünvanına bildirə bilərlər.

“Yol Texnik” MMC (VÖEN: 1701499011) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 73, mənzil 1 ünvanına bildirə bilərlər.

“Qlobal-Biznes” MMC  (VÖEN: 3300277861) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Ağdaş rayonu, Pirzəzə ünvanına bildirə bilərlər.

“Ləziz Restoran” MMC (VÖEN: 2005157821) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 42, mənzil 13 ünvanına bildirə bilərlər.

“Korçma” MMC (VÖEN: 1504081621) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 46 ünvanına bildirə bilərlər.

“Ağaoğlu İnşaat” MMC (VÖEN: 2902845381) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, məhəllə 26, ev 4/10, mənzil 14 ünvanına bildirə bilərlər.

“Platin Construction” MMC (VÖEN: 2003206461) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim, Şirvani küçəsi, ev 2B, mənzil 28 ünvanına bildirə bilərlər.

“Kaspian IT Konsultants” MMC (VÖEN: 1800754041) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ŞTQ, Dirçəliş, ev 2 ünvanına bildirə bilərlər.

“M.N.İ” MMC (VÖEN: 1300213951) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Sallaqxana 7-ci, ev 7A, mənzil 5 ünvanına bildirə bilərlər.

“Qərbi Kaspi Consulting” MMC (VÖEN: 1404311191) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 165, 359-cu məhəllə ünvanına bildirə bilərlər.

“Sun Tour Travel” MMC  (VÖEN: 1401850251) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 15, mənzil 10 ünvanına bildirə bilərlər.

“Alliance Marine Accomodation” MMC (VÖEN: 2004033691) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 36 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Elektron ticarətin vergiyə cəlb olunması

posted in: Vergi, Xəbər | 0

Elektron ticarətİstər beynəlxalq təcrübədə, istərsə də Azərbaycanda yeni bir məfhum olan elektron ticarətin vergiyə cəlb olunması anlayışı bu gün də aktual məsələlərdəndir. Mövzunu «Baker Tilly» şirkətinin vergi və hüquq məsələləri üzrə partnyoru Nərmin Hacıyeva şərh edir.

Mövcud hüquqi şərtlər

Xarici dövlətlərin təcrübəsində ticarət məcəlləsi, ticarət normaları deyilən bir akt mövcuddur. Azərbaycanda qəbul edilmiş «Elektron ticarət haqqında» Qanunda qeyd olunub ki, e-ticarət satıcıları vergi ödəyicisi kimi qeydiyyata alınmalıdırlar. Lakin buna nə dərəcədə əməl olunduğunu müəyyənləşdirmək, e-ticarət satıcıları virtual olaraq elektron portallar vasitəsilə əməliyyat apardıqları üçün onların əməliyyatlarını, dövriyyəsini, qeydiyyata alınıb-alınmadıqlarını izləmək inzibatçılıq baxımından çətinlik yaradırdı.

2016-cı ilin avqust ayında Azərbaycan Prezidentinin sərəncamı ilə vergi sahəsində bir sıra islahatların istiqamətləri müəyyənləşdirildi və onlardan biri də beynəlxalq təcrübədə rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması məsələlərinin öyrənilməsi və bu mexanizmlərin qanunvericiliyə daxil edilməsi idi. Vergi Məcəlləsinə edilən müəyyən dəyişikliklər arasında rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunmasında əsas iki məsələ – ödəmə mənbəyində verginin tutulması (10%) və ƏDV-nin (18%) tətbiq edilməsi mexanizmidir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Təcrübədə rast gəlinən çətinliklər

Vergi Məcəlləsində ödəmə mənbəyində verginin tutulması üzrə müddəaya diqqət yetirsək, bu tətbiqin xarici e-pul kisəsinə pulların qoyulması, transfer edilməsi ilə bağlı olduğunu görərik. Xarici e-pul kisəsinə transfer edilən istənilən maliyyə vəsaitinin sonrakı taleyi və təyinatı barədə məlumat əldə etmədən köçmə anında 10% dərəcə ilə ödəmə mənbəyindən vergi tutulur. Burada əsas məsələ hər iki verginin tutulması öhdəliklərinin bankların üzərinə qoyulmasıdır. Bu, satıcı-sahibkarın alıcı-istehlakçıya olan münasibətdə əməliyyatlarını tənzimləyir. Alıcı-istehlakçı isə qeydiyyata alınmayan şəxsdir. Vergi Məcəlləsində vergi ödəyicisi kimi qeydiyyata alınan şəxslərin, qeyri-rezidentin ƏDV ilə bağlı ödəmə mənbəyindən tutulan vergi ilə bağlı öhdəlikləri var və normal qaydada işlək mexanizmləri mövcuddur.

Vergi Məcəlləsinə görə, qeyri-rezident e-ticarət satıcıları Azərbaycan Respublikası alıcılarına iş və xidmət təklif edərkən 18% dərəcə ilə ƏDV-yə cəlb olunurlar. «Elektron ticarət haqqında» Qanuna edilən dəyişikliklərdə qeyd olunub ki, buraya informasiya portallarının, informasiya sistemlərinin internetdən istifadə etməklə təqdim etdiyi iş və xidmətlər daxildir. Xüsusən e-kitabların, musiqinin, video-audio materialların, qrafik təsvirlərin və virtual oyunların yüklənməsi kimi əməliyyatlar və xidmətlər də 2017-ci ilin əvvəlindən e-ticarət qaydasında təqdim edilən iş və xidmətlər sayılır.

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikası ərazisində bu məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət güstərirsə və ya iş görürsə (elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlə­ri­nin və aviabiletlərin sifarişi üzrə xid­mətlər istisna olmaqla, işlərin görülmə­si və xidmətlərin güs­tərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və xidmətlərin gös­tərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

E-ticarət üzrə qeyri-rezidentin əməliyyatlarının ƏDV-yə cəlb olunması ilə bağlı diqqət yetirməli olduğumuz digər iki məqam isə bundan ibarətdir ki, alıcı vergi ödəyicisi olmadıqda ödənilən məbləğ Azərbaycan Respublikası tərəfindən alıcının vəsaiti hesabına tutulur. Son nəticədə qeyri-rezident satıcı göstərdiyi xidmətə görə hər hansı bir dəyər formalaşdırırsa, həmin dəyəri – xidməti təklif edirsə, bu, son nəticədə qeyri-rezidentə çatır. Dəyərin üzərindəki məbləğ, 18%-lik ƏDV isə Azərbaycan Respublikasının alıcısının, istehlakçısının vəsaiti hesabına tutulur. Bu isə o deməkdir ki, istənilən vətəndaş bu gün plastik kart vasitəsilə 10 ABŞ dolları dəyərində hər hansı elektron kitab yükləmək istəyərsə, onun hesabından tutulacaq məbləğin üzərinə ƏDV də əlavə ediləcək.

Qeyd olunan məbləğlər bank tərəfindən hesablansa da, bu məbləğlər hər hansı formada əvəzləşdirilə bilməz. Məlumdur ki, ƏDV əvəzləşdirilə bilən vergi növüdür və bununla bağlı qanunvericilikdə konkret müddəalar var. Bu məbləğlər isə bankların öz fəaliyyəti ilə bağlı olan məbləğlər deyil. Bunlar sırf bankların vasitəçi olduğu, hesabladığı və tutduğu məbləğlərdir ki, bu və ya digər şəkildə bank fəaliyyəti ilə əlaqəli olmadığı üçün onların əvəzləşməsinə imkan yoxdur.

Onlayn sifarişlə gətirilən telefonlara verginin tətbiq olunması

Vergi Məcəlləsinə görə, malların elektron ticarət qaydasında alışı zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tutulmur.

«Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları» fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbay­can Respublikası gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.

Mənbə: vergiler.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ödəniş POS-terminal vasitəsilə aparıldıqda, məbləğ NKA-na mədaxil edilməlidirmi?

posted in: Xəbər | 0
NKASual: İctimai iaşə obyektində müştəri tərəfindən ödəniş nağdsız qaydada, POS-terminal vasitəsilə aparıldıqda, həmin məbləğ nəzarət-kassa aparatına (NKA) mədaxil edilməlidirmi?

Cavab: Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək, o cümlədən nağdsız ödənişlərin aparılması üçün «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»-nın 4.3-cü bəndinə görə ictimai iaşə obyektlərində xidmət göstərilməsi nəzarət-kassa aparatı və POS-terminallar tətbiq edilməklə həyata keçirilir. Bu zaman xidmətlərin dəyəri nağd qaydada ödənildikdə, müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki, xidmətlərin dəyəri POS-terminal vasitəsilə ödənildikdə isə müştəriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki və POS-terminaldan çıxarış verilir.

Qeyd olunanlara əsasən:

İctimai iaşə obyektlərində xidmətlərin dəyəri POS-ter­mi­nal vasitəsilə ödənildikdə müş­təriyə (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Mənbə: vergiler.az

Həmçinin bax: POS-terminalla ödəmə zamanı NKA çekinin verilməsi dövriyyəni ikiqat artırır?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.