Vergi sirrini təşkil edən məlumatların əldə edilməsinin müəyyən olunması ilə bağlı Fərman

posted in: Vergi, Xəbər | 0

Vergi sirriKommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların əldə edilməsinin xüsusi rejiminin müəyyən olunması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 845, № 7, maddə 1344, № 8, maddə 1521) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddən “30.4-cü,” sözləri çıxarılsın;

1.2. 1.4-cü bəndə “26.3-cü” sözlərindən sonra “, 30.4-cü” sözləri əlavə edilsin;

1.3. 2-ci hissənin səkkizinci abzası ləğv edilsin.

2. “Kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1052 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1611; 2017, № 2, maddə 166) 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.4-cü maddəsinə uyğun olaraq kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını iki ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 sentyabr 2018-ci il.

Mənbə: president.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Zodiak bürclərinin ən varlıları (4-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

ZodiakMəqalənin əvvəlki hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ulduzlar kimə daha çox maliyyə firavanlığı vəd edirlər? Və öz qoroskopunuzda necə qazana bilərsiniz?

Oğlaq

Ulduzlar Oğlaqlara işlərində lütfkarlıq edirlər. Digər işarələrdən fərqli olaraq oğlaqları pul elə də cəlb etmir, onlar inadla hakimiyyətə can atırlar. Bu bürcün adamları çox ambisiyalıdırlar və nə olmasına baxmayaraq, öz peşələrində ən yaxşı olmağa meyillidirlər. Onların işarəsi Onuncu evdə yerləşir – bu, karyera və həyatda ən yüksək nailiyyətlərə aparan yerdir. Təəccüblü deyil ki, onlar çox vaxt rəhbər vəzifələri tuturlar və ya elə işlərdə çalışırlar ki, digərlərinə daha çox təsir göstərə bilsinlər. Hətta məzuniyyətdə olduqları vaxtlarda belə, işlə, yeni ideyalar və strateji planlarla məşğul olurlar. Pis əhvala və ya ailə problemlərinə baxmayaraq, onlar işlərinin zərər görməsinə yol vermirlər. Zamanlarını heç vaxt boş yerə sərf etmirlər. Baxmayaraq ki, insanların böyük əksəriyyəti karyerada yüksəlişə sevinirlər, Oğlaq yalnız hiss etsə ki, bu yerə layiqdir, onda həmin işi qəbul edir. Əgər layiq bilməsə, onda başqasını həmin yerə tövsiyə edəcək. Dağ keçiləri kimi zirvəyə yüksəlməkdən ötrü daşdan daşa sıçrayacaq, ən israrlı Oğlaqlar lazım olan hər şeyi edəcəklər ki, öz məqsədlərinə yetişsinlər. Zəhmətsevərlik – bu zodiakların başlıca xəstəliyidir. Ən yaxşı vakansiyalar: redaktor, bank işçisi, mühasib, idarəetmə üzrə məsləhətçi, təşkilatçı, inşaatçı, dəyərləndirici, proqramçı.

Həmçinin bax: Temperament tipinə görə peşə seçimi

Dolça

Sərvət Dolçalara onların orijinal ideya və yeni icadlarının realizəsi nəticəsində gələ bilər. Pul məsələlərində çox vaxt intuisiyalarına (hətta söhbət böyük məbləğlərdən və risk amilindən getsə belə) güvənirlər və nadir hallarda səhvə yol verirlər. Bu işarə altında doğulanları çərçivəyə salmaq və ya onlar üçün məhdudiyyətlər qoymaq çox çətindir, onlar yalnız öz şəxsi qaydalarına tabe olurlar. Onlar korporativ mühitə qarşı çıxacaqlar, azad fikirlər və fəaliyyət tələb edəcəklər. Əgər, onlar hiss etsələr ki, nəyisə yaxşı edirlər, bunu etməkdə davam edəcəklər, yox, əksini hiss etsələr, düşünmədən həmin işi buraxacaqlar, hətta bunu düzətməyə belə çalışmayacaqlar. Dolçalar duyğu ilə hərəkət edirlər. Onlar hər şeyi öyrənməyə həvəslidirlər, onlar qeyri-adi olan bütün şeyləri tədqiq edirlər, çox asanlıqla avantüraya gedirlər, o cümlədən maliyyə xarakterli şeylərdə də. Pul qazanmaq üçün onlar qeyri-standart məsələlərin həllindən yapışa bilərlər və nələrinsə “həllini” tapmaları onlara böyük pay gətirə bilər. Onlar özlərini bu sahələrdə göstərə bilərlər: dizayner, musiqiçi, ixtiraçı, pilot, fermer.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Balıq

Əgər Balıqlar 28-30 yaşına kimi həyatlarında öz yerlərini tapa bilməsələr, gələcəkdə yan almaq üçün “sakit liman” tapmaq onlardan ötrü çox çətin olacaq. Onlara sərvət adətən yaradıcılıq sahəsindən – musiqi, rəqslər, fotoqraf, zərgərlik incəsənəti, veb-dizayn, multimediadan gələ bilər. Onlar çox vaxt intuitiv olaraq fəaliyyət göstərirlər. Əgər, sizin bərbər-stilistiniz Balıqlardırsa, o, sizə təkcə müasir və unikal saç kəsimi etməyəcək, məhz, o həm də sizdən ötrü ən yaxşısı olacaq. Astroloqlar arasında da Balıqlar az deyil. Öz işlərinə onlar nikaha yanaşan kimi baxırlar: xoşagələn şərait axtarırlar və elə mövqe tuturlar ki, insanlara mürəkkəb məsələ və problemlərinin həllində kömək etsinlər. Onlar tez-tez ekstremal karyera yüksəlişləri və enişlərini sınaqdan keçirirlər. Cəsur kapitan təki gəmi batmaq üzrə olsa belə, onu tərk etmirlər. Gəlirli “balıq” vakansiyaları: rəssam, psixoloq, fizioterapevt, veterinar. Onlar aviaşirkət, daşınmaz əmlak, landşaft dizaynı və spa-xidmətləri sahəsində dominantlıq edirlər.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mourinho da vergidən yayınırmış

posted in: Vergi, Xəbər | 0

vergiSon vaxtlar İspaniyanın hüquq-mühafizə orqanları vergi qaçaqlığına qarşı sərt mübarizə tədbirləri ilə radikal addımlar atırlar. Bir neçə ay bundan əvvəl Madridin «Real» futbol klubunun keçmiş hücumçusu Cristiano Ronaldoya iki il şərti həbs cəzası və 18 milyon avro pul cəriməsi verilməsi böyük sensasiyalardan biri kimi qarşılanmışdı. Ondan başqa, Lionel Messi və Javier Mascherano da vergi qaçaqlığına görə məsuliyyətə cəlb edilmişdi.

İndi isə daha bir məşhur sima ilə bağlı vergi qalmaqalı gündəliyə gətirilmişdir. Müasir dünyanın ən böyük futbol mütəxəssislərindən olan Jose Mourinho Madridin «Real» klubunda baş məşqçi işlədiyi zaman 3,3 milyona yaxın avro məbləğində gəliri vergidən yayındırmaqda ittiham edilir. Beynəlxaq KİV-də yayılan xəbərlərə görə, o, İspaniya Dövlət Xəzinədarlığı ilə bağladığı saziş əsasında bir il şərti həbs cəzası almağa razı olmuşdur. Həmin sazişə əsasən, Jose Mourinho 2011-ci və 2012-ci illərdə imic haqlarını istifadə etməkdən əldə etdiyi və Britaniyanın Qəraib dənizində yerləşən Virciniya adalarında təsis edilmiş bir şirkətdən aldığı pulu İspaniyanın dövlət xəzinəsindən gizlətdiyini yazılı şəkildə etiraf edəcək.

Məşqçinin 3,3 milyon dollara çatan gəlirlərini Britaniyanın Virciniya adaları ilə yanaşı, İrlandiya və Yeni Zelandiya offşor şirkətlərində gizlətdiyi bildirilir. Bu vergi cinayətinin qarşılığı olaraq, ona bir il müddətinə şərti həbs cəzası veriləcək. Bundan əlavə, Jose Mourinho xəzinədən gizlətdiyi məbləğin 60 faizi – təxminən 1,9 milyon avro məbləğində pul cəriməsi ödəyəcək. Xəzinədarlıq ilə saziş əsasında o, məhkəmə qarşısına çıxmayacaq. Məhkəmə İspaniya xəzinəsi ilə Mourinhonun vəkilləri arasında əldə edilmiş razılaşma ilə bağlı məlumatlandırılacaq.

Onu da qeyd edək ki, 55 yaşlı portuqaliyalı mütəxəssis 2016-cı ildən İngiltərənin «Manchester United» futbol komandasının baş məşqçisidir.

Mənbə: vergiler.az

Nurgun Holding Mühasib – Operator axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib – Operator Vəzifə: Mühasib – operator (supermarket üzrə)

İşəgötürən: Nurgun Holding

Əmək haqqı: 300 AZN

İş barəsində:

• Mağazaya daxil olan məhsulların qaimə və qəbzlərini sistemə daxil etmək,  mühasibatlıq işlərini aparmaq;
• Gündəlik və aylıq hesabatlar hazırlamaq.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tələblər:

• Ali təhsil (İqtisadiyyat);
• İş təcrübəsi;
• Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
• Təhlil aparmaq bacarığı;
• İnkişafa meyilli;
• Ciddi, məsuliyyətli, dəqiq olmalı;
• Yaş həddi 23-35 arası

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə “Mühasib-operator” yazmaqla hr@nurgun.az

ünvanına göndərə bilər.

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.