1800 manat məvaciblə Daxili Auditor tələb olunur

posted in: Audit, İş elanı, Xəbər | 0

Daxili AuditorVəzifə: Daxili Auditor

İşəgötürən: “Modern Group of Companies” MMC

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Kəmil Məsimov

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İş barədə məlumat

– Təhkim olunmuş müəssisələrdə auditin aparılması
– Mütəmadi departament rəhbərinə hesabatların təqdim edilməsi
– İş qrafiki 6 günlükdür (6-cı gün qısa iş günü)
– İş vaxtı 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Ofis proqamları: MS office (word,excel)
– Logo, 1C programların bilməsi arzuolunandır
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Analitik düşünə bilmə,riyazı və mühasibat üzrə biliklərə sahib olma
– Ünsiyyətqurma və komandada işləmək bacarığı
– Ezamiyyətə gedə bilmə imkanları
– Rus dilini bilməsi arzuolundadır

Namizədlərdən xahiş olunur ki, CV-ləri  kmasimov@moderngroup.az /  e-mail ünvanına mövzu yerində “ Daxili auditor ” qeyd edərək göndərilsin. CV də mütləq şəkil olmalıdır, tələblərə uyğun olmayan CV-ə baxılmayacaqdır.

Mənbə: boss.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı seminar keçirilib

posted in: Xəbər | 0

Əmək qanunvericiliyiİşəgötürənlər arasında maarifləndirmə tədbirləri davam etdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlərin ətraflı məlumatlandırılması məqsədi ilə Bakının Nəsimi rayonunda “Məcburi əmək və insan alverinin qarşısının alınması” və “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması ”mövzularında seminar keçirib.

İşəgötürənlərin nümayəndələrinin də iştirak etdikləri seminar zamanı qeyd olunub ki, qanunvericiliyə görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunması qanunla qadağandır. Hər hansı şəxsin məcburi əməyə cəlb edilməsinə görə təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. Qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu diqqətə çatdırılıb. Nəqliyyat sahəsində fəaliyyət göstərən işəgötürənlərin də bu məsələyə daim məsuliyyətlə yanaşmalarının, onların qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınmasında fəal iştirak etmələrinin vacibliyi vurğulanıb.

İşəgötürənlərin sualları cavablandırılıb, onlara müvafiq mövzuları əhatə edən maarifləndirici çap materialları təqdim edilib.

Mənbə: mlspp.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Energetik içkilərə vergi tətbiq edilməlidirmi?

posted in: Vergi, Xəbər | 0

Energetik içkiEnergetik içki üçün vergi tətbiq edilməlidirmi? Mütəxəssislərin fikrincə, bu yolla həm əhalinin sağlamlığını qorumaq, həm də büdcəyə əlavə vəsaitin cəlb edilməsinə nail olmaq mümkündür.

Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq artıb. Hər addımbaşı rast gəldiyimiz supermarketlərdə yaş məhdudiyyəti olmadan bu içkiləri əldə etmək mümkündür. İnsan orqanizmi üçün zərərli olan  bu məhsulun satışına hər hansı qadağanın olmaması isə onu daha da əlçatan edib.

Artıq bəzi ölkələrdə energetik içkilərin satışına qadağalar qoyulub və ya məhdudiyyətlər tətbiq edilib. Məsələn, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub. 2015-ci ildə Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyətlər tətbiq olunub. Türkiyə, Danimarka, Norveç, Uruqvay, İslandiya, eləcə də ABŞ-nın Vaşinqton, Yuta, Oklaxoma, Miçiqan kimi ştatlarında da bu cür qadağalar mövcuddur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hazırda Finlandiyada energetik içki üçün vergi tətbiqi barədə düşünürlər. Uşaqların hüquqları üzrə ambudsman və ölkə parlamentinin bir qrup deputatı bu içkiləri «zərərli məhsullara vergi tətbiqi» siyahısına salmaq tələbi ilə çıxış ediblər. Artıq gələn ilin dövlət büdcəsinə bununla bağlı xüsusi aksiz vergisi əlavə oluna bilər.

Bu ilin aprel ayının 6-dan etibarən Almaniyada «şəkər vergisi» tətbiq edilir. Bu yığım barədə müzakirələrə iki il əvvəl başlanmışdı və o vaxtdan bəri ölkədə şirin içkilərin tərkibində işlədilən şəkərin miqdarı 45 milyon kiloqram azaldılıb. Qida istehsalçıları öz məhsullarının reseptinə yenidən baxaraq vergi tutulan həddi aşmamaq üçün müvafiq addımlar atıblar.

İngiltərə ictimaiyyətində «şəkər vergisi» adlandırılan qanuna əsasən, 100 millilitr içkinin tərkibindəki şəkər 5 qramı aşsa, litrbaşına 18 pens vergi tutulur. 100 millilitr içkidə istifadə edilən şəkər miqdarının 8 qramı aşması isə litrbaşına 24 pens həcmində vergi alınmasına səbəb olur.

…Paytaxtımızda fəaliyyət göstərən «Doktor Davud» Tibb Mərkəzinin direktoru Davud Qüdrətovun sözlərinə görə, hazırda şəhərin bütün mağazalarda satılan bir banka enerji verən içkinin tərkibində 0,5 litr su, 75 mq. kofein, 500 mq. taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid və bəzi vitaminlər var: «Əksər televiziyaların «qanadlandırıcı» kimi reklam etdiyi «XL», «Pitbull», «Rox», «Red Bull», «Hell», «Jaquar», «Blue», «Reo Line», «Monster» və s. kimi içkilər, əslində, vətəndaşlarımızın, xüsusilə gənclərimizin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bu içkilər nəinki insana enerji vermir, əksinə, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Biz, gec-tez, bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində geri qaytarırıq. Belə çıxır ki, insan öz resurslarından «borc» götürür, borcu isə əvvəl-axır qaytarmalısan.

Enerjiverici içkilərin «qanadlandırması» ilə bağlı yayılan miflərlə yanaşı, zərərləri ilə bağlı faktlar da kifayət qədərdir. Xarici mətbuata bir neçə dəqiqəlik səyahət yetərlidir ki, yüzlərlə belə fakt tapasan. Məsələn, 2001-ci ildə İçveçdə 30 yaşlı Tereza diskotekada iki banka energetik içki ilə spirtli içkini qarışdıraraq içdikdən sonra ürəyi dayanıb, 18 yaşlı basketbolçu Ross Kuni isə 3 banka energetik içki qəbulundan sonra elə idman meydançasında dünyasını dəyişib. Bütün bunlar mətbuatın yazdıqlarıdır, yazmadıqları, xəbərsiz olduqları isə …».

Araşdırmalara görə, təkcə 2005-ci ildə kofeinin həddən artıq dozada qəbulu zamanı 1000-dən artıq insan dünyasını dəyişib. 2008-ci ildə bu rəqəm 16.000-dən çox olub. Bu rəqəmlərlə tanış olduqda hər birimizdə haqlı suallar yaranır: həqiqətənmi energetik içki insana bu qədər güclü təsir edir, enerji verir, yoxsa bizdən pul qoparmaq üçün bu da bəzi istehsalçıların növbəti tələsidir? Doğrudanmı, biz bir banka içki ilə həyatımızı riskə atırıq?

Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, Azərbaycan bazarında enerji içkiləri birtərəfli qaydada reklam olunur, onu yalnız insana güc gətirəcək, əhval-ruhiyyəni yaxşılaşdıracaq bir qida kimi təqdim edirlər: «Dünyanın inkişaf etmiş ölkələrinin bazarlarına diqqət yetirsək, görərik ki, Almaniya, İngiltərə və ABŞ kimi ölkələr öz vətəndaşlarını enerji içkilərindən uzaqlaşmağa çağırır. Müəyyən tədbirlər görürlər ki, bu içkidən daha az istifadə olunsun. Dünya Səhiyyə Təşkilatı tərəfindən də energetik içkilərin törədəcək fəsadlar haqqında geniş danışılır. Yəni, bu içkilərin insan orqanizminə zərərini bizim səhiyyə təşkilatları da təbliğ etməlidirlər. Bildirilməlidir ki, hansı hallarda və nə qədər bu içkidən istifadə etmək olar. Çünki bizdə bu içki adi  su  yerinə içilir. Bunun da əsas səbəbi onun qiymətinin ucuzluğu və  fəsadları haqqında vətəndaşlarımızın məlumatsız olmasıdır».

Millət vəkili onu da qeyd etdi ki, Azərbaycanda enerji içkilərinin əsas istehlakçıları yeniyetmələr və gənclərdir: «Bu içkidən istifadə etmək gənclər arasında, bir növ, dəb halını alıb. Onlar heç də düşünmürlər ki, orqanizmlərinin enerji içkisinə ehtiyacı yoxdur. Çünki gənc orqanizm kifayət qədər enerjilidir və qəbul edilən hər hansı stimulyasiyaedici vasitə onun məhvinə aparır. Biz gələcəyimiz olan gənc nəsli qorumaq istiqamətində ciddi addımlar atmalı, müxtəlif yollarla yeniyetmələrimizi zərərli vərdişlərdən, o cümlədən bu cür təhlükəli içkilərdən istifadə etməyi çəkindirməliyik. Hesab edirəm ki, çıxış yollarından biri də enerji içkilərinin idxalına, istehsalına və satışına əlavə rüsum və vergilərin tətbiq edilməsidir. Bu, həm həmin içkilərdən istifadənin miqdarını azaldar, həm də dövlət büdcəsinə əlavə vəsait gətirər…».

Mənbə: vergiler.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Şirkət qarşılıqlı əlaqəli olmayan şəxslərdən faizsiz borc ala bilər?

posted in: Xəbər | 0

faizsiz borcSual: Firma qarşılıqlı surətdə asılı olmayan şəxlərdən Mülki Məcəllənin müvafiq bəndlərinə əsasən faizsiz borc almış və 3 ay ərzində geri qaytarmaq şərtiylə müqavilə bağlamışdır. Vəsait yanvar 2018-də qəbul edilmiş və mart 2018-də borc məbləği qaytarılmışdır. Bu halda (3 ay ərzində qaytarılan vəsaitə görə) biz ödəmə mənbəyindən vergi hesablamalıyıqmı? Bu barədə məlumat verməyinizi xahiş edirik.

Cavab: Bildiririk ki, müəssisəyə digər şəxslər tərəfindən faizsiz borc verilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Borc tərəflər arasında qanunvericiliyə uyğun olaraq bağlanılan borc müqaviləsinə əsasən verilə bilər. Qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Onu da nəzərinizə çatdırırıq ki, mövcud qanunvericiliyə əsasən müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada həyata keçirilə bilər. Vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan şəxsə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bax: Vergi Məcəlləsinin 14-cü, 123.1-ci və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü və 3.4.6-cı maddələri.

Mənbə: taxes.gov.az

Həmçinin bax: Kriptovalyuta ticarəti vergiyə necə cəlb edilir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.