Sosial imtiyazlı şəxslərə kvota üzrə iş yerləri ayrılacaq

posted in: Xəbər | 0

iş yerləri«Məşğulluq haqqında»  Qanuna dəyişikliklər işsizlər və işaxtaranlar üçün yeni imkanlar vəd edir

Prezident İlham Əliyevin 29 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq olunmuş «Məşğulluq haqqında» Qanun bu sahədə idarəetmə mexanizmlərinin işə salınması üçün bir sıra yeni imkanlar yaradır:

  • Sosial-iqtisadi inkişaf prosesləri, aparılan köklü islahatların məşğulluğa və əmək bazarına təsirinin artması;
  • Aktiv məşğulluq tədbirlərinin miqyasının genişlənməsi;
  • Özüməşğulluq proqramının icrası, məşğulluq xidmətlərində, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində yeni yanaşmalar;
  • Əhalinin məşğulluğunun artırılmasına yönəlik tədbirlərdə mütərəqqi iş mexanizmlərinin tətbiqi;
  • İşsizlikdən sığorta sisteminin qurulması.

İndiyə qədər qüvvədə olmuş qanuna əsasən, muzdla işləyən şəxslər sırasına haqqı ödənilən başqa işi (xidməti) olanlar, yəni mülki hüquqi xarakterli müqavilə ilə işləyənlər də daxil olduğu halda, yeni qanunda bu aradan qaldırılıb. Muzdla işləyənlərə yalnız Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər aid edilib. Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər isə məşğul şəxslər sırasında yer alıb. Daha bir yenilik isə ailə-kəndli təsərrüfatının üzvlərinin məşğul şəxslər hesab edilməsidir.

Yeni qanunda «işsiz» və «işaxtaran» şəxslər anlayışları dəqiqləşdirilib. Yəni iş yeri və qazancı olmayan, işə başlamağa hazır olub işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab edilir. İşaxtaran isə münasib iş üçün məşğulluq mərkəzlərinə müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs kimi qeyd olunub.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Boş iş yerlərinin elektron bankı yaradılır

Qanundakı yeniliklərdən biri də məşğulluq xidmətlərinin, əsasən, elektron müstəvidə təşkil edilməsidir. Məsələn, qanun məşğul şəxslərin vahid informasiya bazasının yaradılması üçün onların reyestrinin elektron formada aparılmasını (dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından istifadə edilməklə), işəgötürənin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri üzrə elektron informasiya ehtiyatı kimi vakansiya bankının yaradılmasını nəzərdə tutur. Qanuna əsasən, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması proseduru da elektron qaydada həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, iş üçün müraciət edən şəxsə münasib iş təklifi üzrə müddət 11 gündən 5 günə endirilib, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması və ya müvəqqəti qeydiyyatdan çıxarılması, qeydiyyatının ləğvi və digər prosedurlar qanunda dəqiq müəyyən edilib. Sənədə əsasən, ölkədə işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Digər tərəfdən, yeni qanun belə fəaliyyətlə məşğul olan hüquqi şəxslərin reyestrinin də elektron formada aparılmasını nəzərdə tutur.

Dövlətin işaxtaranlar və işsiz şəxslər üçün təminatları sırasında özüməşğulluğa kömək göstərilməsi də qeyd olunur. Sənəddə özüməşğulluq tədbirlərinin mərhələləri və müddətləri, monitorinq, əmlakların qaytarılması və digər prosedurlar əhatə olunur. Kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də 1 il ərzində özüməşğulluğa cəlb edilmiş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə özüməşğulluğa cəlb edilə bilər. İşsiz şəxslərin özüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

 «Fərdi məşğulluq proqramı»na gəlincə, qanunda işsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədilə məşğulluq mərkəzi tərəfindən fərdi məşğulluq proqramının tərtib olunmasını nəzərdə tutur. Qanunda, həmçinin, məşğulluq sahəsində dövlətin vəzifələri, şəxslərin hüquqları, əmək hüququnun həyata keçirilməsində dövlət təminatları, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğu üçün əlavə təminatlar, respublika və ərazi məşğulluq proqramlarının hazırlanması, işaxtaran və işsiz şəxslərin peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin təşkili kimi məsələlər də tənzimlənir.

Əlillər, çoxuşaqlı valideynlər, keçmiş məhbuslar, məcburi köçkünlər…

Yeni qəbul olunmuş qanunda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə,  həmin kateqoriyaya əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.

Qanunda bu təbəqədən olan insanların məşğulluğu üçün əlavə təminatlar da əksini tapıb. Təminatlardan biri də iş yerləri üzrə onlar üçün kvota müəyyən edilməsidir. Qanuna əsasən, kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə müəyyən edilir.

Məşğulluq mərkəzi tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər isə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Mənbə: vergiler.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olanların vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Qeyri-sahibkarlıq Azərbaycanda qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər Vergi Məcəlləsinin (VM) 99-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, qeyri-sahibkarlıq fəaliyyətindən alınan, ödəmə mənbəyində vergiyə cəlb olunmayan gəlir əldə edən və bu səbəbdən də vergi orqanında gəlir vergisinin ödəyicisi kimi uçota durmuş fiziki şəxs hesabat ili ərzində əldə etdiyi gəlirdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və gəlirdən çıxıla bilən xərclərin fərqindən Vergi Məcəlləsinin 101.2-ci maddəsində göstərilən dərəcələrlə gəlir vergisi hesablamalıdır.

Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, həmçinin, aşağıdakılar aiddir:

  • faiz gəliri;
  • dividend;
  • əmlakın icarəyə verilməsindən gəlir;
  • royalti;
  • vergi ödəyicisinə bağışlanmış borcun məbləği (VM-in 98.2.4 maddəsinə əsasən, işçinin işəgötürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği istisna olunmaqla);
  • sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilməyən aktivlərin təqdim olunmasından gəlir;
  • təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (VM-in 98.2.2-ci maddəsinə əsasən, işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda, bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri istisna olunmaqla);
  • vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (əməkhaqqından başqa);
  • həyatın yığım sığortası üzrə sığortaolunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Onu da qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin həm də qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı da gəliri ola bilər. Məsələn, sahibkar  fiziki şəxs həm istehsalat sahəsində məhsul istehsal edib sata, həm də obyektini icarəyə verə bilər.

Fiziki şəxs tərəfindən əmlakın icarəyə verilməsindən və royaltidən əldə olunan, lakin ödəmə mənbəyində vergiyə cəlb edilməyən gəlirdən vergi hər hansı xərc nəzərə alınmadan gəlirin ümumi məbləğindən hesablanır. Bu verginin məbləği «Gəlir vergisinin bəyannaməsi»  ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir.

Xüsusi notarius kimi fəaliyyət göstərən fiziki şəxslər isə digərlərindən fərqli qaydada fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınaraq gəlir vergisinə cəlb olunurlar. Həmin şəxslər ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərinə görə aldıqları haqlardan xərclər çıxılmadan 10 faiz dərəcəsi ilə (VM-in 101.4-cü maddəsi)  gəlir vergisinə cəlb edilirlər, hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir və hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq «Xüsusi notariusların gəlir vergisi bəyannamə»si ilə qeydiyyatda olduqları vergi orqanına bəyan edilir, notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərdikləri xidmətlərdən isə ƏDV tutulmur.

Vergilər Nazirliyi hazırda elektron ticarətdə xüsusi yer tutan kriptovalyuta əməliyyatları həyata keçirən fiziki şəxslərin də qeyri-sahibkarlıq fəaliyyətinin iştirakçıları kimi vergiyə cəlb olunması məsələsini diqqətdən keçirir. Həmin şəxslərin vergi orqanlarında uçota durması, qeyri-sahibkarlıq fəaliyyəti üzrə vergi dərəcələr tətbiq edilməsi nəzərdə tutulur.

Mənbə: vergiler.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

1200 manat məvaciblə Aparıcı mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Aparıcı mühasib Vəzifə: Aparıcı Mühasib

İşəgötürən: Ramco LLC

İş barədə məlumat

– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunu təşkil edir;

– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edir;

– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu;

– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotu;

– Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsi;

– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması;

– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət;

– Banklarla əlaqənin düzgün qurulması və bank məhsullarının (kredit, akkreditiv, bank zəmanətləri və s.) sifarişi;

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Namizədə tələblər

– Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);

– Ən azı 3 il iş təcrübəsi (İstehsalat, satış);

– Mühasibatlıqla bağlı mükəmməl qanunvericilik bilikləri;

– Azərbaycan dili sərbəst, Rus və İngilis dilində yaxşı səviyyədə danışmaq;

– Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;

– Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti və güclü məntiqi biliklərə malik olmalıdır

Əmək haqqı: 1200 AZN

İş qrafiki:

– Bazar ertəsi – Cümə:  8:30  – 17:30

– Şənbə : 10.00  – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Aparıcı mühasib” yazmaqla öz CV-lərini info@finstaff.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər ilkin müsahibəyə dəvət olunacaqlar.

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

600 manat məvaciblə mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib köməkçisi Vəzifə: Mühasib köməkçisi

İşəgötürən: Wellmechs

Əmək haqqı: 400-600 AZN

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İş barədə məlumat

  • Əmək haqlarının hesablanması
  • Daxili nəzarətin həyata keçirilməsi
  • Ofis işləri
  • Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq
  • Ölkə xarici və daxili bank əməliyatları
  • Əmək haqqı razılaşma ilə
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Həftədə 6 iş günü (09:00-dan 18:00-dək), 1 gün istirahət
  • Nahar şirkət tərəfindən qarşılanır

Namizədə tələblər

  • Ali təhsil
  • Minimum 1 il mühasibatlıq üzrə təcrübə
  • Rus və İngilis dili bilikləri
  • Ofis Bilikləri mütləqdir
  • Vergi məcəlləsi bilikləri
  • 1C arzu olunandır

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “mühasib-köməkçisi” qeyd edərək öz CV-lərinizi  info@wellmechs.com /  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: boss.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun