Almaniya vergi tarixi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Almaniya vergi tarixiAlmaniya vergi tarixi barədə bilmədiklərimiz (1-ci hissə)

Almanlar vergi sistemini yer qübbəsini çiyinlərində saxlayan əfsanəvi Atlanta bənzədirlər və bu sistemi dövlətin sosial dayağı hesab edirlər.

Albert Eynşteyn öz zamanında belə demişdi: “Dünyada ən çətin məsələ, gəlir vergisinin mahiyyətinin dərk olunmasıdır”. Amma, mahiyyətə gəldikdə, onun mənası belədir: pul qazanırsan – onu dövlətlə bölüşməlisən. Almaniyada qazanc əldə edən bütün vətəndaşlar gəlir vergisi ödəyirlər. Amma, MDB ölkələrindən fərqli olaraq Almaniyada vergi orqanları differensial vergitutma tətbiq edir – gəlirlərdən asılı olaraq vergi tarifi 14%-dən 45%-dək civarında tərəddüd edir.

Almaniya iqtisadiyyatına vergi daxilomalarının böyük hissəsi gəlir vergisinin üzərinə düşür – bu ölkədə əcnəbilər, hətta daimi işləyib yaşayanlar da öz qazandıqlarından gəlir vergisi ödəyirlər. Almaniyada bu vergi növü ilk dəfə 1891-ci ildə tətbiq olunub.

Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Böyük kurfürst (feodal Almaniyada: imperator seçmək hüququna malik olan nüfuzlu knyaz) I Vilhelm Fridrix Brandenburqskiy XVII əsrdə Almaniyanın bütün vergi tarixi üzrə ən kuryoz vergi növünü – parik taxılmasına görə vergi tətbiq etmişdi. Parik taxan vətəndaşların vergidən yayınmalarının qarşısının alınmasından ötrü müntəzəm olaraq özünəməxsus “vergi yoxlamaları” həyata keçirilirdi. Belə ki, nəzarətçilər qəfildən evlərə soxulur, başlardakı parikləri dartıb çıxararaq, vergi ödənilməsi ilə bağlı markanın olub-olmamasını yoxlayırdılar.

Almaniyada vergi yığımlarının paylanması üçün yalnız şaquli sistemdən istifadə olunmur: icmalar və şəhərlər, federal torpaqlar və ümumilikdə mərkəz, – həm də üfüqi sistemdən də istifadə olunur. Belə ki, daha təminatlı regionlar “torpaqlar arasında maliyyə bərabərliyini” təmin etməkdən ötrü kasıb regionlara “donor” vergi yardımı göstərirlər.

Almaniyada ƏDV vergisi XVIII əsrdən başlayaraq, Saksoniyada tətbiq olunub. Bu gün Almaniyada ƏDV ölkə büdcəsinə bütün vergi daxilolmalarının üçdə bir hissəsini təşkil edir.

Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Hər yerdə olduğu kimi, Almaniyada da ƏDV istelakçıların çiyinləri üzərinə düşür, belə ki, bu vergi məhsullar və xidmətlərin son qiymətində nəzərə alınır. Çünki bütün ölkələr bu vergi növünün tətbiqi sahəsində oxşar təkamül yolu ilə irəliləyiblər.

Almaniya sakinləri ölkə büdcəsinə köçürdükləri vergilərin ümumi məbləğinin 73% – dən çoxunu müxtəlif müavinət və digər sosial ödənişlər şəklində alırlar. Bu, Almaniyada qəbul edilən yüksək sosial standartları və almanların özlərinin vergilərlə əlaqəli məsuliyyəti ilə izah olunur.

Almaniyada torpaq vergisi – əsas vergilərdən biridir və hansı məqsədlər üçün nəzərdə tutulmasından asılı olmayaraq torpaq sahələrindən tutulur. Yalnız tariflərdə fərqlər var: torpağın alış qiymətinin dördə birindən, yarım faizədək olan hüdudda tərəddüd edir. Torpaq sahəsi ilə bağlı sərəncamvermə hüququ kimi torpaq satın alınması da, onun qiymətinin 3,5%-nə başa gəlir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Zodiak bürclərinin ən varlıları (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

Zodiak bürcləriMəqalənin əvvəlki hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ulduzlar kimə daha çox maliyyə firavanlığı vəd edirlər? Və öz qoroskopunuzda necə qazana bilərsiniz?

Tərəzi

İşlərdə zəfər uğuru qazanmaq üçün Tərəzilər iri şirkətlərdə çalışmalıdırlar. Bu, təkbaşına qapalı məkanda işləməyi bacaran tip deyil. Ona genişlik və miqyas lazımdır – onlar ətrafda çoxlu adam olduqda çiçəkləyirlər. Tərəzilər özgələrinin problemlərini həll etməyə hazırdırlar. Kollektivdə çox vaxt onlara sülhməramlılar rolu ayrılır. Çox vaxt yaradıcı peşələrdə, incəsənət və auditoriya ilə iş sahəsində uğur qazanırlar. Əyləncə sənayesi onlara yaxşı qazanc gətirə bilər: onların sərvəti – populyarlıq və şöhrətin nəticəsidir. Onlara təklif edilən digər vakant yerlər – elm və tədqiqat lobaratoriyaları, ticarət, turizm sahələri ilə bağlı ola bilər. Dini xidmət də istisna olunmur.

Əqrəb

Sərvətə sevgi və can atmaq tamahkarlığı – Əqrəblərin əsas cizgisidir. Ulduzlar özləri belə deyir: bu işarə Səkkizinci astroloji evə aiddir. İctimai pullar, miras məsələləri, kreditlər, böyük biznes onların hakimiyyəti altındadır. Tipik Əqrəb əla biznesmen ola bilər: onda intuisiya yüksək inkişaf edib, hansı ki, “böyük balığın” harada və necə tutulmasını zamanında xəbər verə bilir. Sayıq olun: bir qayda olaraq, əgər Əqrəb 39 yaşına kimi peşə ilə bağlı özünə gün ağlamayıbsa, sonrakı dönəmdə maliyyə ilə bağlı rifaha çatması, mürəkkəb bir işə çevriləcək.

Əqrəbin tipik davranışı: son ana qədər tələsmir, sonra, zaman azalanda isə işin üzərinə atılır və onu əla şəkildə yerinə yetirir. Onların əsas dəbi – çətin həll olunan tapşırıqlardır; hansı ki, biz onların üzərində baş sındırırıq. Onlar hətta arzu etdikləri işdən belə çox nadir halda həzz alırlar: xoşbəxtlik və həzz – müstəsna şəkildə şəxsi həyatla bağlı olur. Bu işarə altında anadan olanlara yüksək texnologiyalar, telekommunikasiyalar və sığorta sahəsi ilə bağlı işlər maliyyə stabilliyi gətirə bilər. Bundan əlavə, onlardan varlı hüquqşünaslar, alimlər və cərrahlar çıxa bilər.

Həmçinin bax: Temperament tipinə görə peşə seçimi

Oxatan

Pul qisməti Oxatanların üzünə gülümsəyir. Bununla yanaşı, onlar usandırıcı işlərdə çox ağır çalışırlar, onlar peşələrinin perspektivli və yüksəliş üçün imkanlar yaradacağını hökmən bilməlidirlər. Yalnız bu halda onlar böyük nəticələr əldə edə bilirlər. Bu işarəni qeyri-düzgünlükdə ittiham etmək olmaz, onlar problemlərdən qaçmırlar və sevinclə kömək əlini uzadırlar. Oxatanlar “burada və indi” yaşayırlar, ona görə öz işlərini maksimum sürətlə həyata keçirirlər. Diqqətli olun: bu cür sürət rəhbərlik tərəfindən yüngül düşüncəlilik və laqeydlik kimi başa düşülə bilər.  Elə sahəni seçin ki, orada yüksək ritm lazımi şəkildə dəyərləndirilsin – və öz hesabınızı da iri məbləğlərlə doldurmağa hazır olun. Oxatanlar yüksək qazanc əldə etməkdən qorxmayan insanların cəmiyyətini xoşlayırlar. Onlardan əla bosslar çıxır – ədalətli, sakit, düşüncəli. Təbiətən fəhmli olmaları kollektivdə onlara gərginliyi yumorla azaltmağa kömək edir. Oxatanların fəaliyyət sahələri – təhsil, idman, ətraf mühit, dövlət xidməti, məsləhətverici sahələr ola bilər. Onlar səyahət etməyi çox xoşlayırlar və ezamiyyətə getməyə həmişə hazır olurlar.

Digər bürclər haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xoşbəxt insanların uğur formulaları (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

uğurXoşbəxt insanların uğur formulaları


Nigel Cumberland

Heç bir şeyə təəssüflənməyin. Xoşbəxt insanların daha 99 qaydası

Bu gündən başlayaraq Nigel Cumberland-ın sözügedən kitabının tərcüməsini saytımızın oxucularına təqdim edəcəyik. Nigel özü ixtisasca iqtisadçı olub və mühasib işləyib.

Kitab sizləri müəyyən etdiyiniz yolda qarşınıza çıxan çətinlikləri dəf etməkdə kömək edəcək və sizləri uğurlara ruhlandıracaq. Kitab yüz fəsildən ibarətdir, hər bir fəsil – ideya sizə uğur qazanmaqda yardım edəcək: öncə problemlər sadalanır, ardınca isə onları necə həll etməklə bağlı məşğələlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

1-ci hissə

Arzularınızın ardınca gedin

Sözün əsl mənasında sevimli işlə məşğul olsanız, həyatınız daha maraqlı olacaq. Sevdikləri işlə məşğul olan adamlar digərlərindən daha çox zövq alırlar, sadəcə ona görə ki, onlar öz arzularının ardınca gedirlər.

Richard Branson: Arzular – uğurun yanacağıdır, onlarsız həyat heç vaxt tam və uğurlu alına bilməz. Avtomobil mühərriki kimi bensiz işə düşməz, siz də həyatı arzusuz keçirmək istəsəniz, mahiyyətcə heç həyata başlaya bilməyəcəksiniz.

İstənilən uğura həmişə arzunun gerçəkləşməsi kömək edir. Məşqçi qismində mən bir sıra uğurlu adamlarla çox işləmişəm və onların hamısı bu və ya digər formada müvəffəqiyyətə özlərinin heç olmasa bir arzularının həyata keçməsi nəticəsində nail ola biliblər. Bəzən bu uşaqlıq arzusu olub, bəzən də sonradan ortalığa çıxan arzu olub, amma bütün hallarda bu həmin insanların arzusunun gerçəkləşməsi ilə baş tutub.  Məhz, həmin arzu bir dəfə onları öz əsirinə çevirib, onları hərəkətə gətirib, qanadlandırıb və ruhlandırıb. Arzu məqsədə çevrildikdə, mümkünsüz olanını mümkünə çevirir, komfort zonasından çıxır və hətta öncə mürəkkəb görünən bir şey barəsində risk etməyə belə insanı sövq edir.

Yetkinliyə qovuşduqdan sonra biz çox vaxt yad gözləntilərin ardınca düşürük, hətta unuduruq ki, sevmədiyimiz bir işin ardınca gedirik və özümüzə bir başqalarının rəhbərlik etməsinə imkan veririk. Bunu mən öz acı təcrübəmdə görmüşəm. Məktəbdə mən coğrafiyanı çox sevirdim, lakin, mənə universitetə daxil olub iqtisadiyyatı öyrənməyi məsləhət etmişdilər. Mən öz arzumun dalınca getmək əvəzinə mühasib oldum və sevmədiyim bir işlə məşğul olmağa başladım. Siz də belə bir seçim etmək məcburiyyətində qalmısınızmı? Bəzən, yalnız geriyə baxdıqda, öz yolunla getmədiyini başa düşürsən.

Uğur qazanmış insanlar həmişə nə ilə məşğul olmaq istədiklərini yaxşı bilirlər və öz maraqlarını heç vax satmırlar. Bir qayda olaraq, onlar tez seçim edir və öz yolları ilə gedirlər. Heç veclərinə də olmur ki, kimsə onları dəstəkləməyəcək və hətta ağılsız adlandıracaq. Apple şirkətinin yaradıcısı Steve Jobs-u xatırlayın, hansı ki, öz arzusunu reallaşdırmaq naminə prestijli universitetdəki təhsilini atmışdı.

Hər bir uğura aparan yol arzuların həyata keçməsindən başlanır.

Fəaliyyət üçün təlimat

Öz arzularınızı dərk edin!

Nə barədə arzu edirsiniz? Nəyə nail olmaq istəyirsiniz? Hansı arzuların dalınca getməyi düşünürsünüz?

Bu suallara cavabların siyahısını tutun. Yalnız qeyd etməyin – cizgiləyin, rəsm çəkin. Bu sizə ideyalarınız arasındakı əlaqələri görməyə və çoxdan unutduğunuz məqsəd və ən məhrəm arzularınızı aşkar etməyə kömək edəcək. Budur, sizə kömək edə biləcək bir neçə sual:

  • Uşaqlıqda nə ilə məşğul olmağı sevirdiniz? Kim olmaq istəyirdiniz?
  • Əgər pul qazanmaq barədə düşünmək lazım gəlməsəydi, özünüzə hansı həyatı və hansı işi seçərdiniz?
  • Həyatınızda ən çox nəyi sevirsiniz və sizinlə ən çox nələrin baş verməsini istərdiniz?
  • Asudə vaxtlarınızda nə ilə məşğul olmağı sevirsiniz?
  • Dostlarınızı və həmkarlarınızın həyatında nələr sizdə qibtə hissi yarada bilər?

Arzunuza etibar edin

Arzunuzun necə həyata keçməsi barədə düşünün və həmin anda özünüzü müşahidə edin: qorxu hissi və ya neqativ düşüncələr yarandımı? Ola bilsin, daxili səsiniz sizə belə deyir: “Mən artıq yaşlaşmışam və bunu etmək artıq çox gecdir”, və ya “Evliyəm, ipoteka kreditim var, mən həyatımı bu cür kəskin dəyişdirə bilmərəm”, və yaxud “Valideynlərim heç vaxt məni dəstəkləməyəcək”.  Uğur qazanmış kəslər təsdiq edərlər ki, heç nə etməmək üçün həmişə səbəblər tapılacaq, lakin, həm də əlavə edəcəklər ki, ilk addımı atmaq və başlamaq üçün bütün iradə və cəsarəti toplamaq lazımdır.

Arzularınızın həyata keçməsinin alqoritmlərini yaradın

Arzuların həyata keçməsi üçün nə qədər çox şey etməyin lazım gəldiyini dərk edəndə, siz yəqin ki, təəccüblənəcəksiniz və mümkündür ki, hətta qorxacasınız. Kitabın yerdə qalan 99 fəsli yaranan qorxu ilə mübarizə aparmaqda, zəruri olan vasitələri tapmaqda və qərarlar qəbul etməkdə sizə yardım edəcək.  Sizin əsas vəzifəniz – indi olduğunuz və harada olmaq istəyinizlə bağlı mərhələ arasındakı zərəri nə ilə doldurmağı başa düşmənizdir. Bu asan məsələ deyil və o səbəbdən mən sizə yaxınlarınızı köməyə çağırmağı məsləhət görürəm, idealda isə – arzularnızı birləşdirməyi tövsiyə edirəm: birlikdə siz onları hökmən yerinə yetirə biləcəksiniz.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib 146.000 manat pulu necə mənimsədi?

posted in: muhasibat, Xəbər | 0

MühasibKurqanda şəhər büdcəsindən 5 milyon rubl (təxminən 146.000 manat) mənimsəyən mühasib tutulub.

Polis orqanlarından bildiriblər ki, fırıldaqçı bələdiyyə müəssisəsində öz xidməti vəzifəsindən sui-istifadə istifadə edib.

İstintaq orqanlarının versiyasına görə, mühasib maddi-material dəyərlərinin təchizatı ilə bağlı guya yerinə yetirilən işlər üzrə saxta sənədlər təqdim edib. Hesabların ödənişi üçün pullar nəzarət edilən şəxsin hesabına köçürülüb, bundan sonra isə vəsaitlər nağdlaşdırılıb. Öz qanundan kənar əməlləri nəticəsində mühasib təşkilata 5 milyon rubldan çox zərər vurub.

Hazırda saxlanılanın fırıldaqçılıq fəaliyyəti ilə bağlı digər epizodlar üzrə əlaqəsi olub-olmadığı yoxlanılır. Təqsirinin sübuta yetiriləcəyi təqdirdə mühasibi on ildək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.