Almaniya vergi tarixi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Almaniya vergi tarixiAlmaniya vergi tarixi barədə bilmədiklərimiz (1-ci hissə)

Almanlar vergi sistemini yer qübbəsini çiyinlərində saxlayan əfsanəvi Atlanta bənzədirlər və bu sistemi dövlətin sosial dayağı hesab edirlər.

Albert Eynşteyn öz zamanında belə demişdi: “Dünyada ən çətin məsələ, gəlir vergisinin mahiyyətinin dərk olunmasıdır”. Amma, mahiyyətə gəldikdə, onun mənası belədir: pul qazanırsan – onu dövlətlə bölüşməlisən. Almaniyada qazanc əldə edən bütün vətəndaşlar gəlir vergisi ödəyirlər. Amma, MDB ölkələrindən fərqli olaraq Almaniyada vergi orqanları differensial vergitutma tətbiq edir – gəlirlərdən asılı olaraq vergi tarifi 14%-dən 45%-dək civarında tərəddüd edir.

Almaniya iqtisadiyyatına vergi daxilomalarının böyük hissəsi gəlir vergisinin üzərinə düşür – bu ölkədə əcnəbilər, hətta daimi işləyib yaşayanlar da öz qazandıqlarından gəlir vergisi ödəyirlər. Almaniyada bu vergi növü ilk dəfə 1891-ci ildə tətbiq olunub.

Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Böyük kurfürst (feodal Almaniyada: imperator seçmək hüququna malik olan nüfuzlu knyaz) I Vilhelm Fridrix Brandenburqskiy XVII əsrdə Almaniyanın bütün vergi tarixi üzrə ən kuryoz vergi növünü – parik taxılmasına görə vergi tətbiq etmişdi. Parik taxan vətəndaşların vergidən yayınmalarının qarşısının alınmasından ötrü müntəzəm olaraq özünəməxsus “vergi yoxlamaları” həyata keçirilirdi. Belə ki, nəzarətçilər qəfildən evlərə soxulur, başlardakı parikləri dartıb çıxararaq, vergi ödənilməsi ilə bağlı markanın olub-olmamasını yoxlayırdılar.

Almaniyada vergi yığımlarının paylanması üçün yalnız şaquli sistemdən istifadə olunmur: icmalar və şəhərlər, federal torpaqlar və ümumilikdə mərkəz, – həm də üfüqi sistemdən də istifadə olunur. Belə ki, daha təminatlı regionlar “torpaqlar arasında maliyyə bərabərliyini” təmin etməkdən ötrü kasıb regionlara “donor” vergi yardımı göstərirlər.

Almaniyada ƏDV vergisi XVIII əsrdən başlayaraq, Saksoniyada tətbiq olunub. Bu gün Almaniyada ƏDV ölkə büdcəsinə bütün vergi daxilolmalarının üçdə bir hissəsini təşkil edir.

Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Hər yerdə olduğu kimi, Almaniyada da ƏDV istelakçıların çiyinləri üzərinə düşür, belə ki, bu vergi məhsullar və xidmətlərin son qiymətində nəzərə alınır. Çünki bütün ölkələr bu vergi növünün tətbiqi sahəsində oxşar təkamül yolu ilə irəliləyiblər.

Almaniya sakinləri ölkə büdcəsinə köçürdükləri vergilərin ümumi məbləğinin 73% – dən çoxunu müxtəlif müavinət və digər sosial ödənişlər şəklində alırlar. Bu, Almaniyada qəbul edilən yüksək sosial standartları və almanların özlərinin vergilərlə əlaqəli məsuliyyəti ilə izah olunur.

Almaniyada torpaq vergisi – əsas vergilərdən biridir və hansı məqsədlər üçün nəzərdə tutulmasından asılı olmayaraq torpaq sahələrindən tutulur. Yalnız tariflərdə fərqlər var: torpağın alış qiymətinin dördə birindən, yarım faizədək olan hüdudda tərəddüd edir. Torpaq sahəsi ilə bağlı sərəncamvermə hüququ kimi torpaq satın alınması da, onun qiymətinin 3,5%-nə başa gəlir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email