Vergi hesabat formasına dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

Vergi hesabat forması«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən, aksiz markalarının verilməsi, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi, fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrinin dövlət qeydiyyatına alınması dövlət rüsumu tutulan hallara aid edilib. Buna görə də «Dövlət rüsumunun tutulması haqqında hesabat»ın forması və onun tərtib edilməsi qaydası»na dəyişikliklərə zərurət yaranmışdı.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin Bəyannamələrin təhlili şöbəsinin rəhbəri Vüsal Qarayev bildirib ki, məsələlərin həlli məqsədilə «Dövlət rüsumunun tutulması haqqında hesabat»ın və onun tərtib edilməsi qaydasında müvafiq dəyişikliklər edilib. Qaydalara əsasən, hesabat formalarında aksiz markalarının verilməsi, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının təqdim olunması, mobil cihazların qeydiyyata alınması ilə bağlı bəyannamə tərtibatı proqramında texniki xarakterli dəyişikliklər ediləcək. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsində qeyd olunduğu kimi, hesabat dövlət rüsumunun tutulmasına və büdcəyə ödənilməsinə məsul olan şəxslər tərəfindən hesabat rübündən sonrakı ayın 20-dək vergi orqanına təqdim ediləcək. Hesabatda aparılan hesablamalarda riyazi səhvlər olduqda, onlar vergi orqanı tərəfindən düzəldilərək xüsusi proqram vasitəsilə düzgün hesablanmış rüsum məbləğləri birbaşa baza göstəricilərinə daxil ediləcək. Qanunun icrası ilə əlaqədar Vergilər Nazirliyinin xüsusi proq­ram­larında dəyişikliklər aparılacaq.

Vergi orqanları tərəfindən hesabat formalarına edilmiş dəyişikliklərin vergi ödəyicilərinə izah edilməsi məqsədilə onların məlumatlandırılması həyata keçiriləcək.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Minimum tələblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib tələb olunurNovco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkət özündə Tommy Hilfiger, Bebe, Adidas, Monnalisa, Pablosky, Accessorize, United Colors of Benetton, Sisley və s. dünyanın tanınmış brendlərini birləşdirir.

Şirkət: NOVCO MMC

Vəzifə: Mühasib

Vəzifə öhdəlikləri

– Şirkətin mühasibat işlərinin aparılması, əlaqəli dövlət hesabatlarının verilməsi
– Xərclərə nəzarət müvafiq hesabatların hazırlanması
– Nəğd vəsaitlərin hərəkəti ilə əlaqəli hesabatların hazırlanması
– Maliyyə hesabatlarının hazırlanması

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tələblər

– İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– Vergi məcəlləsini yaxşı bilməli;
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
– Rus və ingilis dilini bilməsi arzuolunandır
– MS Office(xüsusillə Excell) və 1C 8.3 bilikləri

Vakansiyaya uyğun olan namizədlər  CV-lərini  / info@finstaff.az  ünvanına  mövzu yerində “ Mühasib ” yazaraq göndərə bilərlər.

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda pul bazası azalıb

posted in: Xəbər | 0

pul bazası Azərbaycanda pul bazası bu il sentyabrın 1-nə 8 318,2 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 570,7 mln. manat və yaxud 6,4% azdır.

Qeyd edək ki, ölkədə pul bazası 3 aylıq fasilədən sonra yenidən azalma nümayiş etdirir.

İlin əvvəlinə nisbətən pul bazası 22,5 mln. manat və yaxud 2,6%, son 1 ildə isə 150,2 mln. manat və yaxud 1,8% azalıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İqtisadçı peşəsi – Müsbət və mənfi xüsusiyyətlər

posted in: iqtisadiyyat, Məqalə, Xəbər | 0

İqtisadçıİqtisadçı peşəsinin müsbət cəhətləri bunlardır:

  • Peşəyə tələbat;
  • Mütəxəssislər üçün yüksək əməkhaqqı;
  • İstənilən sahədə işləmək imkanı və ya öz şəxsi biznesini qurmaq.

Mənfi cəhətləri:

  • Bazarda daim rəqabət olduğundan, xarici dilləri, yeni proqramları öyrənməklə, ixtisasın yüksəldilməsi kurslarının köməyilə daim bacarıqları və bilikləri yüksəltmək zərurəti;
  • Təşkilatların maliyyə-iqtisadi fəaliyyətinin nəticələrinə görə yüksək məsuliyyət;
  • Son dərəcə dəqiqlik və usandırıcılıq.

Həmçinin bax:

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.