Vergilər naziri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər naziriVergilər naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Qubadlı, Şuşa, Zəngilan rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 27 avqust 2018-ci il tarixində saat 11:00-də Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında (Ünvan: Sumqayıt şəhəri, 44-cü məhəllə, İ.Quliyev küçəsi 2) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Qubadlı, Şuşa və Zəngilan rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 21-24 avqust 2018-ci il tarixlərində Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinə, Sumqayıt və Xırdalan şəhərlərində, habelə Xızı və Siyəzən rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmlak sığortası üzrə sığorta ödənişi

posted in: Xəbər | 0

Əmlak sığortasıƏmlak sığortası üzrə sığorta ödənişi (Pul ödəməsi yoxsa Təmir?)

Sığorta bazarının başlıca problemlərindən biri hələ də sığorta ödənişi ilə bağlı münasibətlərin tənzimlənə bilməməsidir. Azərbaycan Respublikasında sığorta qanunvericiliyinin 2008-ci ildən formalaşdırılmasına, 2011-ci ildən başlayaraq yeni növlərin tətbiqinə və hər il yeni islahatların aparılmasına baxmayaraq sığorta ödənişi ilə bağlı məsələlərin təcrübədə öz həllini tapmaması zərərçəkmişlərlə narazılıqların yaranmasına səbəb olur.

Mövzu çərçivəsində xatırlatmaq yerinə düşər ki, “Nağdsız hesablaşmalar haqqında” qanuna görə sığorta ilə bağlı bütün maliyyə əməliyyatları yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əmlak sığortası üzrə sığortaçılarla zərərçəkənlər arasında yaranan narazılıqların başlıca səbəbi sığorta ödənişinin hansı qaydada həyata keçirilməsi ilə bağlıdır.

Onu da qeyd edək ki, mövzu çərçivəsində sığorta ödənişi anlayışının ətraflı izahı nəticəsində sığorta ödənişinin heç də tək pul formasında ifadə olunmadığını anlamaq mümkün olacaq.

Mülki Məcəlləyə (maddə 926.1) əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

Daha dəqiq desək sığorta hadisəsi baş verdikdə sığortaçı təkcə zərərçəkmişin məruz qaldığı  maliyyə itkisini aradan qaldırmış olur. Əldən çıxmış fayda və ya mənəvi zərər kimi itkilər sığorta ödənişi ilə əhatə olunmur.

Həmçinin bax: Ötən həftənin hüquqi icmalı (13.08.2018-18.08.2018)

Bəs sığorta ödənişi yalnız zərərçəkmişə ödənilən pul formasında ifadə edilir?

– Bu sualın cavabı isə xeyir olacaq.

Mülki Məcəlləyə (maddə 927.2) görə sığorta ödənişi aşağıdakı 4 formada ifadə edilir:

1) pul formasında

2) dəymiş zərərin aradan qaldırılması üçün xidməti həyata keçirən şəxs və ya şirkətə ödəniş formasında

3) Zərərçəkmiş əmlakın təmiri formasında

4) Müqavilədə nəzərdə tutularsa, zərərçəkmiş əmlakın yenisi ilə əvəz edilməsi formasında

Göründüyü kimi heç də sığorta şirkəti hadisə baş verərkən yalnız zərərçəkənə pulun ödənilməsini həyata keçirməli deyil. Məcəllə sığorta şirkətinə icazə verir ki, öz seçimi əsasında hadisə baş verdiyi vaxt yuxarıdakı 4 formadan biri üzrə ödəniş etsin.

Həmçinin bax: Əmək məzuniyyəti barədə daha az bildiklərimiz 

Sığorta şirkətləri tərəfindən pul formasında zərərçəkənə ödəniş verildikdən sonra həmin  ödəniş məbləğinin sırf dəymiş zərərin aradan qaldırılmasına sərf edilib-edilməməsini yoxlamaq səlahiyyəti olmadığından (belə bir səlahiyyətin olması sığorta dələduzluğunun aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edərdi) məqsədəuyğundur ki, dəymiş zərərin məbləğini dəqiq müəyyən etdikdən sonra qanunvericiliyin imkanlarından istifadə etsinlər.

Belə ki, Mülki Məcəlləyə görə (maddə 927.4) əgər sığorta ödənişini almaq səlahiyyəti olan şəxs əmlakın etibarnaməli idarəçisidirsə, bu halda dəymiş zərər əmlakın təmiri formasında və ya yeni əmlakla əvəz edilmə formasında aradan qaldırılmalıdır.

Əgər əmlakın etibarnaməli idarəçisi dəymiş zərəri öz hesabına aradan qaldırıbsa, çəkdiyi xərcləri təsdiq edən sənədləri təqdim etməklə pul formasında sığorta ödənişi ala bilər.

Göründüyü kimi qanunvericilik bu tələbləri yalnız əmlakın etibarnaməli idarəçisinə aid etmişdir.

Ümumiyyətlə sığorta ödənişinin hansı formada ediləcəyi ilə bağlı seçim imkanı sığorta şirkətində olduğundan və pul formasında ödənişin aparılmasından sonra həmin pulun zərərin aradan qaldırılmasına sərf edilib-edilmədiyinin müəyyən edilməsi mümkün olmadığından məqsədəuyğundur ki, sığorta şirkətləri təmiri keyfiyyətli şəkildə həyata keçirə biləcək şirkətlərlə əməkdaşlıqda daha maraqlı olsunlar.

Yekunda isə qeyd etmək istərdik ki, Vergi Məcəlləsinə əsasən baş vermiş sığorta hadisəsi ilə əlaqədar zərərçəkmişə verilmiş sığorta ödənişləri gəlir və ya mənfəət vergisindən tam həcmdə azaddır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

900 manat məvaciblə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib

İşin təsviri:

  • Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
  • Müəssisədə yazılmış maliyyə sənədlərin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
  • Mühasibatlığa aid  müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
  • İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək və onları hesabı emala hazırlamaq;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
Həmçinin bax: 800 manat məvaciblə Mühasib tələb olunur

Tələblər:

  • Təhsil: Ali (İqtisadi)
  • İş təcrübəsi: 2- 5 il iş təcrübəsi olan
  • Yaş həddi: 25-50
  • Dil bilikləri: Azərbaycan və Rus dili
  • Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi

Əmək haqqı:

  • 600-900 AZN

Şəxsi keyfiyyətləri:

  • İşə planlı yanaşmaq bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Nitq mədəniyyəti;
  • Təmkinlilik, etibarlılıq, özünə inamlı;
  • Səliqəli, təşkilatçı, operativ çalışan, bacarıqlı.
Telefon: (012) 404-14-34,10 19
Əlaqədar şəxs: Əliyeva Zenfira

Qeyd: İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

Sahə üzrə anket formasını doldurub hr@matanata.com / info@finstaff.az ünvanına göndərin.

Həmçinin bax: Gilan Holding Baş mühasib axtarır

Mənbə: www.matanata.com


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

7 ayda Gömrük Komitəsinə 1,5 milyon elektron müraciət daxil olub

posted in: Xəbər | 0

müraciətBu ilin yanvar-iyul ayında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə (DGK) 1 milyon 520 min 55 elektron müraciət daxil olub.

DGK-dan bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu və gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edir. İyul ayında isə Dövlət Gömrük Komitəsinə 246 min 106 müraciət daxil olub.

Mənbə: azertag.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.