Gömrük Komitəsinin dövlət büdcəsinə daxilolmaları artıb

posted in: Xəbər | 0

dövlət büdcəsiBu ilin yanvar-iyul ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 941 milyon 158,40 min manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə daxilolmaları 513 milyon 325 min manat çoxdur.

Yeddi ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 498 milyon 119 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 milyard 328 milyon 808,30 min manat, aksizlər üzrə 93 milyon 504,30 min manat, yol vergisi üzrə isə 20 milyon 726,80 min manat təşkil edib.

Mənbə: azertag.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gürcüstanda vergi daxilolmaları proqnozu üstələyib

posted in: Vergi, Xəbər | 0

vergi daxilolmalarıGürcüstanın maliyyə naziri Nikolaz Qoqua bildirmişdir ki, bu ilin ilk yarısında büdcəyə vergi daxilolmaları proqnozdan 163 milyon lari (113,43 milyon manat)  çox olmuşdur. «Biz əminik ki, iyulda da nəticələr gözlənildiyindən artıq olacaq və bu göstərici daha da böyüyəcək», – maliyyə naziri televiziya müsahibəsində demişdir.

Qeyd edilmişdir ki, bu şəraitdə hökumət, planlaşdırıldığı kimi, artıq ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasını davam etdirəcək. Onun sözlərinə görə, artıq 238 milyon lari (165,63 milyon manat) məbləğində ƏDV qaytarılmışdır.

Gürcüstan Maliyyə Nazirliyinin saytındakı məlumata əsasən, ilin ilk yarısı üçün vergi daxilolmalarının 4,4 milyard lari (3,06 milyard manat) olması planlaşdırılmışdı. Bütün il ərzində isə bu göstəricinin 9,5 milyard lari (təxminən 6,61milyard manat) olması planlaşdırılmışdır.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı artıb

posted in: Xəbər | 0

əməkhaqqıBu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 541,1 manat olub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əməkhaqqı neft sektorunda 3 min 160,9 manat, qeyri-neft sektorunda 481,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 425,4 manat, özəl müəssisələrdə isə 699,1 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Mənbə: azertag.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət Gömrük Komitəsi iş adamlarına müraciət edib

posted in: Xəbər | 0

iş adamlarıDövlət Gömrük Komitəsi (DGK) iş adamlarına müraciət edib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, Qurban bayramı ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində avqustun 22-si və 23-ü qeyri-iş günləri olmasına baxmayaraq avqustun 23-də Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi və Enerji Gömrük İdarəsi tam iş günündə fəaliyyət göstərəcək. İdxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamlarının müraciətləri əsasında mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçiriləcək.