Azərbaycanda sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün növbəti attestasiya keçiriləcək

posted in: Xəbər | 0

lisenziyaAvqustun 24-də Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi ilə müraciət edən şəxslər üçün attestasiya keçirəcək.

“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarına əsasən, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət etmiş şəxslər attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Mənbə: report.az

Həmçinin bax: 700 manat məvaciblə Mühasib axtarılır

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib təftişçinin əmək funksiyası nədir və nələri bilməlidir?

posted in: muhasibat, Xəbər | 0

Mühasib təftişçiƏmək funksiyası. Müəssisə, idarə və təşkilat və onların sərbəst balansında olan bölmələrin təsərrüfat və maliyyə fəaliyyətinin sənədlərini qüvvədə olan təlimat və əsasnamələrə uyğun olaraq plan və xüsusi tapşırıq əsasında təftiş edir. Təftişin nəticələrini vaxtında rəsmiləşdirir və lazımi tədbirlər görmək üçün onları müvafiq yerlərə təqdim edir. Təftiş olunan obyektin rəhbərlərinə aşkar edilmiş pozuntu hallarını və çatışmazlıqları aradan qaldırmaq, görülmüş işlərin nəzarət-yoxlamalarını keçirmək haqqında göstərişlər verir.

Qəbul olunmuş pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin və əsas fondların hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə, materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin qaydasına, eləcə də müəssisə, idarə və təşkilatın bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilinə nəzarət edir. Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların hər vasitə ilə qənaətinə, müəssisə, idarə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsinə, mühasibat uçotun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Mühasibat uçotu və hesabatın aparılmasına dair müəssisə, idarə və təşkilatın işçilərinin fəaliyyətinə nəzarət edir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bilməlidir:

  • mühasibat hesabının təşkili və hesabatın tərtibi üçün yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki, normativ və başqa rəhbər materialları;
  • müəssisə, idarə və təşkilatlarda mühasibat hesabatının işlənilməsinin üsul və formalarını;
  • uçot-hesabat planını və korrespondensiyasını;
  • hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;
  • sənədlərin rəsmiləşdirilməsini, təsərrüfat vəsaitinin, onun hərəkətinin mühasibat hesabı sistemində əks olunması qaydasını;
  • müəssisənin təsərrüfat maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarım;
  • hesablama texnikasının istismarı qaydasını; iqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
  • əmək qanunvericiliyinin əsaslarını;
  • əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

  • 7-ci dərəcə: ali iqtisadi təhsil və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı;
  • 8-ci dərəcə: ali iqtisadi təhsil və 7-ci dərəcəli mühasib təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
  • 9-cu dərəcə: ali iqtisadi təhsil və 8-ci dərəcəli mühasib təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
  • 10-11-ci dərəcələr (aparıcı mühasib-təftişçi): ali iqtisadi təhsil, 9-cu dərəcəli mühasib təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
Həmçinin bax: Mühasib peşəsinin incəlikləri

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

700 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibAuto Pro MMC şirkəti, avtomobil və ehtiyat hissələri sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət aşağıdakı kriteriyalar üzrə “Mühasib” vəzifəsi üzrə işə qəbul elan edir:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İş barədə məlumat

– Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət
– Mühasibatlıq hesabatlarını vaxtında və düzgün hazırlamaq
– Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək
– Mühasibatlığın bütün ilkin sənədlərini yoxlamaq
– Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək
– Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderləri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunu aparmaq
– Maliyyə və mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək
– Baş mühasibin digər tapşırıqlarını yerinə yetirmək

Həmçinin bax: 2000 manat məvaciblə Büdcə Şöbəsinin Müdiri tələb olunur

Tələblər

Təhsil – Ali iqtisadi təhsil
Dil bilikləri – Azərbaycan və rus dillərində sərbəst danışmaq
İş təcrübəsi – 5 ildən yuxarı
Mühasibat proqramları ilə işləmə biliyi, 1C mütləqdir
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
Əmək haqqı – 700 AZN

Göstərilən tələblər üzrə uyğun gələn kandidatlardan xahiş olunur  / info@finstaff.az ünvanına “Mühasib” başlığı altında öz CV-lərini göndərsinlər. CV-də şəkil olması mütləqdir.

Mənbə: jobsearch.az

Həmçinin bax: 600 manat məvaciblə mühasib köməkçisi axtarılır

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bakıda 9-cu Azərbaycan Mikromaliyyə Konfransı keçiriləcək

posted in: Maliyyə, Xəbər | 0

Mikromaliyyə Noyabrın 22-23-də Bakıda 9-cu Azərbaycan Mikromaliyyə Konfransı keçiriləcək.

“Report” bu barədə tədbirin təşkilatçısı olan Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA) istinadən xəbər verir.

Tədbirdə yerli maliyyə bazarı iştirakçılarının rəhbər şəxslərinin, mikromaliyyə üzrə ixtisaslaşmış ekspertlərin, o cümlədən 10-dan çox ölkədən 200-ə yaxın qonağın iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mikromaliyyə Konfransı 2 ildən bir keçirilir.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.