Təmənnasız verilən mallar necə sənədləşdirilir?

posted in: Vergi, Xəbər | 0

Sual: Belə bir məsələdə məsləhətiniz lazımdır: müəssisə müqavilə bağlayır və müqavilənin şərtlərinə əsasən alınan hər 100 ədəd məhsula görə 10 ədəd təmənnasız təqdim edir (reklam məqsədləri ilə və s). Bu halda sənədləşmənin necə aparılması daha məqsədəuyğun olar? Elektron qaimədə həmin təmənnasız verilən məhsullar 0 qiymət ilə göstərilməlidir ? Məlumat üçün: satılacaq məhsul ƏDV-dən azaddır. Vergi uçotu baxımından bu əməliyyat hesabatda necə əks olunmalıdır?

Həmçinin bax: VM-in 165.1.7-ci maddəsinin tətbiqi zamanı hansı sənədləşmə əməliyyatları aparılmalıdır?

Cavab: Bildiririk ki, mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsinin əsaslarını və həyata keçirilməsi qaydasını, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini mülki qanunvericilik müəyyənləşdirir. Vergi qanunvericiliyinə əsasən fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Elektron qaimə-fakturada, o cümlədən də malın (işin, xidmətin) adı, ölçü vahidi, miqdarı, həcmi və buraxılış qiyməti göstərilir. Bu baxımdan da, malları təqdim edən şəxs elektron qaimə-fakturada malın satış qiymətini qeyd etməlidir. Göndərilmiş mallar üzrə ödənişlərin aparılması və həmin malların dəyərinin mədaxil edilməsi zamanı isə müqavilənin şərtləri əsas götürülməklə malların alıcısı tərəfindən təmənnasız alınmış malların dəyərini nəzərə almalıdır.

Bax: Mülki Məcəllənin 2.2-ci, 6-cı və 390-cı maddələri, Vergi Məcəlləsinin 16.1.11-6-ci və 71-1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Mənbə: www.taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

400 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib

  • İşəgötürən: “Refinance Kİ” MMC
  • Şəhər: Bakı
  • Yaş: 22 – 33 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Günay
Həmçinin bax: 800 manat məvaciblə Mühasib axtarılır
İş barədə məlumat
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Bank, kassa əməliyyatlarının uçotu
– Borcların ödənilməsinə dair hesabatların hazırlanması
– Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi
– İş qrafiki: saat 09:00-dan 18:00-dək , şənbə günləri saat 10:00-dan 15:00-dək
Namizədə tələblər
– Xüsusi tələblər: stressə davamlılıq, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı
– Səlist danışıq qabiliyyəti, Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq
– Yüksək qavrama və öyrənmə qabiliyyəti
– İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

İsveçrə vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

İsveçrəİsveçrədə mürəkkəb vergi sistemi mövcuddur: vergilər dərhal üç səviyyədə təyin edilir – federal, kanton (İsveçrə ərazi cəhətdən kantonlara bölünüb) vergisiyerli bələdiyyə vergiləri.

Bundan əlavə İsveçrədə çoxsaylı zəruri ödəniş növləri var. Gəlir, kapital artımı, əmlaka görə və ƏDV kimi “ənənəvi” vergilərlə yanaşı, tütün, pivə və digər məhsullara olan bir sıra ekzotik vergilər də mövcuddur. Ümumi olaraq həmin vergilər əldə edilən gəlirlərin təxminən 20%-ni təşkil edir.

İsveçrənin rezidentləri bütün dünya boyunca gələn gəlirlərindən vergi ödəyirlər. Bununla yanaşı, İsveçrənin vergi rezidentləri olaraq İsveçrədə yaşayan və “uzun müddət burada qalmaq niyyətində olanlar” və ya “vergi rezidenti” meyarına uyğun gələnlər tanınır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi rezidentinin meyarları:

a) fasiləsiz olaraq İsveçrə ərazisində 30 gün ərzində və daha çox qalanlar – İsveçrədə işləyənlər və ya kommersiya fəaliyyəti göstərən şəxslər;

b) ölkə ərazisində 90 gün və ya daha çox qalanlar – bu ölkədə işləməyənlər və kommersiya fəaliyyəti ilə məşğul olmayan şəxslər.

Daşınmaz əmlak alışı

İsveçrədə daşınmaz əmlak alınarkən, mülkiyyət hüququ əldə etmək üçün (Le droit de mutation) kanton vergisi ödəmək lazım gəlir, hansı ki, bu verginin həcmi kantonların qanunvericiliyindən asılı olaraq əmlakın dəyərinin 0%-dən 3,3%-dək  təşkil edə bilər. Məsələn, Arqau, Tsuq və Sürixdə belə bir ödəniş nəzərdə tutulmayıb. Lütsern kantonunda bu ödəniş əmlakın dəyərinin 1,5%, Bern və Valedə 1,8%, Cenevrə və Bazeldə isə 3% təşkil edir. Əgər sövdələşmə tərəfləri olaraq ər-arvad və ya onların valideynləri və uşaqları, nəvələri və digər yaxın qohumları çıxış edirsə, adətən bu vergi tutulmur.

İsveçrədə daşınmaz əmlak alınarkən, həmçinin notarial xərclər də ödənilir ki, bu da əmlakın dəyərinin 0,5% təşkil edir. Eyni zamanda, mülkiyytəçi hüquqü ilə bağlı reyestrdə edilən dəyişikliyə görə də 0,5% ödəniş olunur.

Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Daşınmaz əmlak sahibi kimi İsveçrə kantonunda daşınmaz əmlak obyektinin kadastr qiymətindən asılı olaraq, 0,05%-dən (Turqauda) 0,3%-dək (Fribur, Tiçino) illik vergi (İʼimpot foncier) ödənilir. Bəzi kantonlarda, məs, Sürix, Tsuq, Zoloturne və Şvitsdə sözügedən vergi, ümumiyyətlə, tutulmur.

Mənzilin icarəyə verilməsi zamanı mütləq şəkildə gəlir vergisi (Iʼimpot sur le revenu) ödənilir. Gəlir vergisi federal, kantonal və bələdiyyə səviyyələrində tutulur. Federal vergi stavkası proqressiv şkala üzrə təyin olunur və 1%-dən 11%-dək civarında tərəddüd edir. Kantonların vergi stavkaları isə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bələdiyyə vergi daxilolmaları çox vaxt kanton qanunvericiliyi ilə tənzimlənir və bələdiyyələr vergi stavkalarını kantonların qanunvericiliyinə uyğun olaraq sərbəst şəkildə özləri təyin edirlər.

Gəlirdən toplanan fedaral, kontonal və bələdiyyə vergiləri bir-biri ilə uyğun gəlir. Müvafiq kanton ərazisində olan daşınmaz əmlakın istismarından əldə edilən bütün gəlirdən vergi tutulur. Məsələn, Tsuq kantonunda rezidentlər üçün maksimal vergi stavkası 22,9%, Tiçina kantonunda 40,9%, Sürixdə 40%, berndə 41,4%, Cenevrədə isə 45% təşkil edir.

Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Zodiak bürclərinin ən varlıları (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

zodiakUlduzlar kimə daha çox maliyyə firavanlığı vəd edirlər? Və öz qoroskopunuzda necə qazana bilərsiniz?

XƏRÇƏNG

Xərçənglər pul yığmağa meyillidirlər. Söhbət kosmik məbləğlərdən getmir, sabahkı günə ümid yaradan məbləğlər də bəs edir. Adamlar var ki, hər gün özlərinin də inanmadığı işlərlə məşğul olurlar. Xərçənglər belələrinə aid deyil. Çalışdıqları yerdə işlədikləri əməyin onlara nə qədər qazanc gətirəcəyini qəti şəkildə bilməlidirlər. Bir qayda olaraq, onlar belə bir nəticəyə 30 yaşından sonra gəlirlər. Xərçənglərin digər bir mənfi tərəfi, hansı ki, fərdi maliyyə rifahlarına mane olur – onlar təmənna güdmədən işləyirlər: “ideya xatirinə” və ya xeyriyyəçilik məqsədlər ilə. Əgər bu hissiyyatlı işarənin nümayəndələri pul məsələsində müstəqilliyə nail ola bilirsə, bir qayda olaraq bu, xidmət, hüquqi sahə, uşaqlar və heyvanlarla bağlı işlərdə baş verir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

ŞİR

Şir – zodiak işarələri arasında “kraldır”. Belə bir statusda necə kasıb ola biləsən! Şirlər ən varlı zodiak işarələri siyahısında liderlik edirlər. Onların ambisiyaları və qarşısıalınmaz arzuları o qədər böyükdür ki, bu hiss onları günbəgün öz sərvətlərini artırmağa təhrik edir. Onlar daim fərqlənmək zərurəti duyurlar – kor-korənə izləmək onlar üçün deyil. İş yerində onlar dayaq axtarmırlar, hədəfə doğru təkbaşına, məqsədyönlü şəkildə gedirlər. Onları tələsdirmək olmaz – Şirlər öz ritmlərində işləyirlər. Pula gəldikdə, öz tələbat hisslərini ödəmək üçün onlara çoxlu miqdarda sıfırlar olan məbləğlər lazımdır. Sərvət üçün daha bir stimul – ailədir: evə qazanc gətirmək onlar üçün çox mühümdür, bununla şirlər öz ikinci yarılarına əldə etməyi yaxşı bacardıqlarını təsdiq etmiş olurlar. Şirlər pullarını çox ehtiyatla xərcləyirlər: hər dəfə bundan ötrü onlara əsaslandırılmış dəlilər lazım gəlir.

Şirlər – rəhbərliyin sevimliləri olurlar. Bu heç də təəccüblü deyil: cəsurdurlar, səmimidirlər, yaradıcıdırlar və ruhlandırıcıdırlar – onlar şirkətlərə uğur və yüksək qazanc gətirirlər. Diqqət mərkəzində olanda daha yaxşı işləyirlər. (Onların cəlbediciliyinə qarşı müqavimət göstərmək faydasızdır!). Status və hakimiyyətə doğru can atırlar. Baş direktor, bələdçi, daşınmaz əmlak üzrə agent, notarius, dizayner (dəb – onların elmentidir) rollarının öhdəsindən əla gəlirlər. Dövlət xidmətində yüksək vəzifələr tuturlar.

Həmçinin bax: Temperament tipinə görə peşə seçimi

QIZ

Qızlar zəhməti sevirlər. Astrologiyada bu işarə Altıncı evlə əlaqəlidir, onun səlahiyyətlərinə sağlamlıq, iş və xidmət daxildir. Qızlar zamanla gələn peşə və sərvət yüksəlişi ilə tam şəkildə məmnun qalırlar. 20 və 30 yaş arasında onlar qəti şəkildə fəaliyyət növünü müəyyən edənə qədər bir neçə istiqamətli fəaliyyət arasında seçim etməkdə tərəddüd edirlər. Karyera pilləsi ilə addım-addım yox, sıçrayışla hərəkət edirlər. Onlar nəşriyyat işi, redaktə, tibb, mühasibat uçotu, linqvistika və iaşə sahəsində gözəl nəticələr əldə edirlər. Rəis kimi xeyirxah və ədalətli olurlar.  Öz mükəmməllikləri və təmizkarlıqları ilə məşhurdurlar. Qızlar üçün qazanc gətirən iş sahəsi statistika və tədqiqatlardır.

Digər bürclər haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.