Mühasiblər barədə maraqlı lətifələr

posted in: muhasibat, Məqalə, Xəbər | 0

MühasiblərSədr ayağa qalxır və deyir:

– Sürücü sərxoş halda avtomobili əzib. Onu necə cəzalandıraq?

Zaldan kolxozun dəmirçisi səsini yüksəldir:

– İcazə verin, onunla mən məşğul olum, meyitini yerə sərim!

– Yoooox, olmaz. Bizim tək bir sürücümüz var, sən onu öldürsən nə edərik. Axı, necə cəzalandıraq onu…

– Yaxşı, onda icazə verin, mühasibi döyüm. Onsuz da bizim kolxozda iki mühasib var!!!

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qızıl qumlu sahildir. Çox istidir. Qum üzərində qeyri-sağlam dəri rənginə malik iki nəfər uzanıb. Darıxdırıcı haldır. Biri o birinə deyir:

– Təsəvvür et ki, məzuniyyətdən sonra vergi müfəttişi sənədləri yoxlamağa gəlib!

– Nə olsun ki, bütün sənədləri göstərəcəm…

– Təsəvvür et ki, sən burada günəş altında dərini qaraldarkən, bütün sənədləri naməlum istiqamətə aparıblar!

– Nə olsun ki, müfəttişə elektron bazanı göstərəcəm…

– Təsəvvür et ki, sistem administratoru işdən çıxıb və kompüterlərə də virus salıb, baza yoxa çıxıb!

– Onda, şefə müraciət edəcəm ki, çox pul versin, rüşvət təqdim etmək üçün…

– Təsəvvürünə gətir, şef bütün əmlakı satıb, nağd pulları da alıb, İsrailə qaçıb, orada yaşayış izni alıb!

– Ey, mənə baxsana, sən kimin dostusan? Mənim, yoxsa vergi müfəttişinin?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

600 manat əmək haqqı ilə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib axtarılırİşəgötürən: Corn Processing Company

PMD Group” MMC şirkətlər qrupunun “İstehlak Mallarının İstehsalı və Kənd Təsərrüfatı” portfelinə (FMCG&Agriculture) daxil olan “CPC” MMC (Corn Processing Company) ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye üsulu ilə hazırlanan şəkər əvəzedici məmulatlarının istehsalı sahəsində cənubi Qafqazda yeganə müəssisədir. “CPC” MMC – də istehsalat tam avtomatlaşdırılıb və ən yüksək gigiyenik, həmçinin qida təhlükəsizliyi standartlarına cavab verir.

MÜHASİB

İş yeri: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 41, AZ1000)
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: 600 AZN- dən (net) başlayaraq (namizəddən asılı olaraq dəyişir)
Tabeçilik: Baş mühasib

İŞİN TƏSVİRİ

− Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.
− Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
− Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır.
− Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir.
− Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir.
− İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlayır.
− Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir.
− Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində iştirak edir
− Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.
− Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
− Vergi qanunvericiliyi, Mühasibat uçotunun yeni hesablar planı, Milli və Beynəlxalq mühasibat uçotu standartlarından məlumatlı olmaq;
− 1C Proqramında (8.2 ; 8.3) , Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
− Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi;
− Ehtiyac yarandığı təqdirdə regionlara ezamiyyətə getmə imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini 21.08.2018 – ci il tarixinədək  / info@finstaff.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Cərimə və sanksiyalar gəlirdən çıxıla bilər?

posted in: Vergi, Xəbər | 0

Cərimə Sual: Dövlət Sosial Müdafiə Fondu tərəfindən bizim müəssisəyə 1000 manat maliyyə sanksiyası və 553 manat faizlər hesablandı. Bu məbləğləri xərcə aid etmək olar?

Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Cərimə və sanksiyaların gəlirdən çıxılması vergi qaunvericiliyində nəzərdə tutulmamışdır.

Bax: Vergi Məcəlləsinin 119.1-ci maddəsi.

Həmçinin bax: Vergi Məcəlləsinin 166.1.1 maddəsinə əməl etməyib, dövriyyəni olduğu ayda bəyan etdikdə cərimə hesablana bilər?

Mənbə: taxes.gov.az

“İcra haqqında” qanunda aşkar edilmiş kolliziya barədə

posted in: Xəbər | 0

kolliziya“İcra haqqında” qanunda aşkar edilmiş kolliziya barədə


Məlum olduğu kimi “İcra haqqında” Azərbaycan Respublikası qanununun 17.1.8-ci maddəsinə görə iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

Halbuki bu normanın tətbiqi zamanı kolliziya ilə qarşılaşmaq mümkündür.

Ona görə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə görə Ali Məhkəmənin qərarı qəbul edildiyi andan qüvvəyə minir.

Məcəllənin 419.3-cü maddəsinə görə isə qərar işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 1 ay müddətində sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.

“İcra haqqında” qanunun 13.1.1-ci maddəsinə görə isə məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri – bir ay ərzində icraya yönəlməlidir. Qanunun 13.2.1-ci maddəsinə görə 13.1-ci maddədə müəyyən olunmuş müddətlər icra sənədlərinin (məhkəmə əmrləri istisna olmaqla) icraya yönəldilməsi zamanı – məhkəmə qərarının qanuni qüvvəyə mindiyi yaxud onun icrasının təxirə salınması və ya icrasına möhlət verilməsi ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı vaxtdan hesablanır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Göründüyü kimi Ali Məhkəmənin qərarı qəbul edildiyi vaxtdan qüvvəyə mindiyi üçün 1 ay ərzində icraya yönəldilmiş olur.

Vətəndaşa (məhkəmədə tərəf) isə bu qərar qəbul edildikdən sonra 1 ay müddətində sifarişli məktubla göndərilir ki, bu məktubun praktikada 1 aydan bir xeyli müddət sonra çatması hallarına da rast gəlinir.

“İcra haqqında” qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 8.3-cü maddəyə görə isə icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin qərarda könüllü icra ilə əlaqədar müddət qeyd edilir. Əks təqdirdə həmin 10 günədək müddət təyin edilmiş olduğu və icra sənədini könüllü icra olunmadığı halda məcburi icra tədbirləri tətbiq edilir.

Bu hal isə vətəndaşın konstitusion hüquqlarının pozulmasını mübahisələndirmək üçün Konstitusiya Məhkəməsinə müraciət etməyə icazə vermir.

Ona görə ki, qüvvəyə minmiş Ali Məhkəmənin qərarı vətəndaşa təqribən 2 ay ərzində çatsa da, icra sənədi əsasında artıq 1 ay 4 gün ərzində icraat başlanmış olur və vətəndaşa könüllü icra barədə bildiriş çatmış sayılır.

Vətəndaş isə Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmək hüququndan istifadə edə bilmir.

Buna səbəb odur ki, “İcra haqqında” qanunun 17.1.8-ci maddəsi yalnız məhkəmə aktından verilən şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmasını göstərmişdir.

Vətəndaşın məhkəmə aktından şikayətlə Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün əvvəla sırf məhkəmə aktı ilə tanış olmasına zərurət vardır.

Bu isə yalnız məhkəmə aktının qəbul olduğu vaxtdan 1 ay sonra, təqribən könüllü icra bildirişi ilə eyni vaxtda mümkün olacaqdır.

Vətəndaş məhkəmə aktı ilə tanış olduqdan dərhal sonra könüllü icra müddətində Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmiş olsa da, həmin şikayət Konstitusiya Məhkəməsində konstitusiya işləri üzrə kontitusiya məhkəmə icraatına qəbul edilməsi üçün “Kontitusiya Məhkəməsi haqqında” qanunun 52.1-ci maddəsinə görə məhkəməyə daxil olduğu vaxtdan 30 gün müddət ərzində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır və iclasda qərardad qəbul edilir. Həmin qanunun 52.2-ci maddəsinə görə isə sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün keçənədək sorğuverənə (ərizəçiyə) göndərilir.

Göründüyü kimi vətəndaşın “İcra haqqında” qanunun 17.1.8-ci maddəsinə əsasən icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması barədə müraciət etməsi üçün müəyyən edilmiş müddət düzgün tənzimlənmədiyindən şəxsin məhrumiyyətlərə məruz qalması ilə nəticələnir.

Vətəndaş könüllü icra müddətində Konstitusiya Məhkəməsinə müvafiq məhkəmə aktından şikayətlə müraciət etsə də, həmin şikayətin icraata qəbul edilməsi üçün təqribi olaraq 1 ay 1 həftə müddət lazımdır.

Bu halda isə vətəndaş icra sənədini könüllü icra etməmiş sayılacaq, onun barəsində “İcra haqqında” qanunun 43-cü maddəsində göstərilən məcburi icra tədbirləri tətbiq ediləcək, həmçinin qanunun 78.1-ci maddəsində göstərilmiş 7% məbləğində icra ödənişi də vətəndaşdan tutulacaqdır.

Göründüyü kimi bu halların hər biri vətəndaşın konstitusion hüquqlarının pozulması ilə nəticələnməkdədir. Göstərilənləri nəzərə alaraq qanunvericilikdə aşağıdakı məzmunda dəyişikliklərin edilməsinin zəruri olduğunu bildirmək istərdim.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“İcra haqqında” qanun

Yeni redaksiyada

Maddə 17.1.8. iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edildikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

Əvvəlki redaksiyada

Maddə 17.1.8. iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

Milli Məclis tərəfindən müraciətimə cavab olaraq bu təklifin mütləq nəzərə alınacağı bildirilmişdir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.