Bu ölkədə online ticarət üçün vergi tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0

online ticarət İtaliya Senatının büdcə komitəsi bir sıra online ticarət əməliyyatları üçün vergi tətbiq olunması təklifini qəbul edib.

2018-ci il üzrə dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsinə daxil olan bu təklifdə göstərilir ki, axtarış sistemləri və sosial şəbəkələr kimi iri online platformalar vasitəsilə xidmətlər əldə edən şirkətlər və fiziki şəxslər məbləğin altı faizini tutaraq həmin vəsaiti İtaliyanın vergi orqanına köçürməlidirlər.

Həmçinin bax: Vergi və digər büdcə daxilolmalarını internet vasitəsilə necə ödəməli?

Təklif edilən vergi “Google” və “Facebook” kimi iri internet şirkətlərindən vergi yığımının artırılmasına yönəldilib və bu addımın atılması büdcəyə ildə 114 milyon avro əlavə gəlir daxil olmasına şərait yaradacaq. Kiçik müəssisələr qəbilindən olan müəyyən vergiödəyiciləri, eləcə də əməliyyatının məbləği 30 avrodan az olan fiziki şəxslər bu verginin yığılmasından azad ediləcəklər.

İlin sonuna qədər parlament tərəfindən təsdiq ediləcəyi təqdirdə, qanunun qüvvəyə minməsi 2019-cu ilin əvvəlinə gözlənilir. Hökumət avqust ayına qədər tədbirlərin ümumi həcmini dəqiqləşdirmək niyyətindədir.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu ölkədə yetkinlik yaşına çatmamış uşaqlar bəyannamə verəcək

posted in: Vergi, Xəbər | 0

bəyannaməQazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədri Madi Takiyev bildirmişdir ki, təxminən 13 milyon vətəndaş 2020-ci ilə qədər əmlakın bəyan edilməsində iştirak edəcək. Qeyd olunmuşdur ki, bu sistemin tətbiqində məqsəd fiziki şəxlərin əmlakına daha effektiv nəzarət etmək, eləcə də «kölgə iqtisadiyyatı”» və korrupsiya halları ilə mübarizə aparmaqdır: «Burada şəxslərin bir neçə kateqoriyası vardır: birincisi – Qazaxıstan Respublikasının yetkinlik yaşına çatmış vətəndaşlarıdır; ikincisi – yetkinlik yaşına çatmamış, ancaq adında əmlak və ya əmlakın bir hissəsi olan  şəxslər; üçüncüsü – Qazaxıstanda əmlakı olan əcnəbilərdir”».

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yetkinlik yaşına çatmamış şəxslərin bəyannamə verməsi məsələsinə aydınlıq gətirən Takiyev qeyd etmişdir ki, burada söhbət yaşayış sahəsinə sahibliyin nisbətindən – hər hansı evdə qeydiyyatda olan və ya adına hər hansı şirkət tərəfindən əmlakın hissəsi yazılmış uşaqlardan gedir. Onların adından bəyannaməni ya valideynləri, ya da qəyyumları verəcək.

Bunlarla yanaşı, Qazaxıstan vətəndaşları evdə saxladıqları pul haqqında da bəyannamə verməli olacaqlar. 2020-ci ilə qədər bu məzmunda 12 milyon 990 min şəxsin bəyannamə verəcəyi gözlənilir. Burada şəhər əhalisinin sayı 7,4 milyon, kənd əhalisinin sayı isə 5,5 milyon təşkil edir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Tələbə, magistrant və ali təhsilli gənclər üçün Təcrübə proqramı

Təcrübə proqramıİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır. Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali  təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər:

  • İqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika, IT sahələri.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

  • Məntiqi və analitik düşünmə qabiliyyəti;
  • Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;
  • Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
  • Ünsiyyət və təqdimat bacarığı.
Həmçinin bax: Mühasibat uçotu üzrə Ödənişli təcrübə proqramı

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İİTKM tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.

Proqrama qoşulmaq istəyənlərdən 24 avqust 2018-ci il tarixinə kimi  / ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya  buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Mənbə: iqtisadiislahat.org

Həmçinin bax: 3500 manat əmək haqqı ilə Baş mühasib axtarılır

Vergi və digər büdcə daxilolmalarını internet vasitəsilə necə ödəməli?

posted in: Vergi, Xəbər | 0

büdcə daxilolmalarıVergilər Nazirliyinin təqdim etdiyi bu xidmət vergi və rüsumların müasir ödəniş mexanizmlərindən istifadə olunaraq elektron formada ödənilməsini əhatə edir. Vergi və rüsumların elektron ödənişi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin «İnternet Vergi İdarəsi» portalının (https://www.e-taxes.gov.az) «Elektron ödəmə» bölməsində aparılır.                 

Elektron xidmət tam avtomatlaşdırılmışdır və  icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır. Xidmətin həyata keçirilməsi nəticəsində vəsait kart sahibinin bank hesabından silinərək müvafiq xəzinədarlıq orqanında olan büdcə hesabına köçürülür. Aparılmış hər bir əməliyyat üzrə real vaxt rejimində elektron formada 30-60 saniyə ərzində Vergilər Nazirliyinə məlumat ötürülür.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Kart sahibindən aparılmış hər bir əməliyyata görə Mərkəzi Bankın Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) ilə əməliyyatların aparılmasına dair Kollektiv Sazişlə tənzimlənən tarif əsasında avtomatik rejimdə müvafiq bank idarəsinin xeyrinə xidmət haqqı tutulur. Bu elektron xidmətdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış bütün şəxslər istifadə edə bilərlər. Vergi və rüsumların elektron şəkildə ödənilməsi üçün sənəd tələb olunmur. Xidmətdən yararlanmaq üçün istifadəçi ödəniş kartına malik olmalıdır.

Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Mərkəzi Bankın KÖMİS sistemində ödəyici haqqında məlumatın, ödəyicinin qeydiyyatdan keçdiyi region üzrə yerli xəzinədarlıq orqanının bank rekvizitlərinin və büdcə təsnifatının kodunun mərkəzi informasiya bazasında olması  yoxlanılır və  büdcə səviyyəsinin, büdcə təşkilatının kodu avtomatik rejimdə müəyyənləşdirilərək ödəniş tranzaksiyasına əlavə edilir. Ödəniş kartının məlumatları və kart hesabında kifayət qədər vəsaitin olmasına müvafiq prosessinq mərkəzi tərəfindən nəzarət edilir.

Vergi və rüsumların elektron ödənişi üzrə sorğu elektron imzadan və ya vergi ödəyicisinə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müqavilə əsasında verilmiş şifrə və paroldan istifadə edilməklə nazirliyin İnternet Vergi İdarəsi portalı üzərindən verilir. İstifadəçi tərəfindən aparılmış hər bir ödəniş üzrə əməliyyat aparıldıqdan sonra 30-60 saniyə ərzində KÖMİS vasitəsilə Vergilər Nazirliyinə məlumat ötürülür. Gün ərzində aparılmış ödənişlərin klirinq prosesi növbəti ilk əməliyyat günü həyata keçirilir. Vergi və rüsumların elektron formada ödənilməsindən ödəniş kartının məlumatları yanlış olduqda, hesabda vəsait olmadıqda sistem tərəfindən bu barədə istifadəçi interfeysi vasitəsilə ödəyiciyə müvafiq xəbərdarlıq edilir. İmtinaya əsas olmadıqda ödəniş aparılır.

Həmçinin bax: Online satışı necə rəsmiləşdirməli??

Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir. Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.

İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.