Ölkə başçılarının illik maaşları nə qədərdir???

posted in: Məqalə, Xəbər | 0

maaşAşağıdakı siyahı dolların 03.07.2018-ci il tarixinə kursu üzrə tərtib edilmişdir.

1. Li Syan Lunq, Sinqapurun baş naziri – 1.717.352 $
2. Kerri Lam, HonKonqun icra hakimiyyətinin başçısı – 578.320 $
3. Doris Loythard, İsveçrə prezidenti – 436.929 $
4. Malkolm Ternbull, Avstraliyanın baş naziri – 403.000 $
5. Sebastyan Kurts, Avstriyanın kansleri – 330.396 $
6. Castin Trüdo, Kanadanın baş naziri – 266.000 $
7. Angela Merkel, Almaniyanın kansleri – 262.000 $
8. Ksavye Bettel, Liksemburqun baş naziri – 245.184 $
9. Cimmi Morales, Qvatemala prezidenti – 232.000 $
(C.Morales Latın Amerikası ölkə başçıları arasında ən yüksək maaş alanıdır. Seçki kompaniyası zamanı o, maaşının çox hissəsini xeyriyyə məqsədlərinə xərcləyəcəyini vəd etmişdi. Hazırda o, maaşının 60%-ni müxtəlif xeyriyyə fondlarına köçürür.)

Həmçinin bax: İllik əmək haqqı üzrə ölkələrin reytinqi

10. Şarl Mişel, Belçikanın baş naziri – 230.392 $
11. Lars Lyekke Rasmussen, Danimarkanın baş naziri – 219.205 $
12. Stefan Lyoven, İsveçin baş naziri – 214.587 $
13. Emmanuel Makron, Fransa prezidenti – 211.500 $
14. Sindzo Abe Yaponiyanın baş naziri – 203.319 $
15. Leo Varadkar, İrlandiyanın baş naziri – 201.034 $
16. Mark Ryutte, Niderlandın baş naziri – 195.601 $
17: Erna Sulberq, Norveçin baş naziri – 187.000 $
18. Tereza Mey, B.Britaniyanın baş naziri – 185.962 $
19. Sauli Niinistyo, Finlandiya prezidenti – 160.000 $
20. Qvyudni Youhannesson, İslandiya prezidenti – 156.374 $
21. Vladimir Putun, Rusiya prezidenti – 121.000 $
22. Aleksandr Lukaşenko, Belorus prezidenti – 28.200 $
23. Si Tszinpin, Çin Kommunist Partiyasının baş katibi – 21.600 $
24. Petr Poroşenko, Ukrayna prezidenti – 12.220 $
(Forbs`ın məlumatına görə, onun sərvəti 1,3 milyard $ həcmində qiymətləndirilir. Maaşını xeyriyyə məqsədlərinə xərcləyir.)
25. Donald Tramp, ABŞ prezidenti – 1 $
(O, illik 400.000 $ olan prezident maaşından imtina etmişdir. Qanuna görə, ABŞ presidenti maaş almaya bilməz, buna görə o özünə 1 dollarlıq maaş təyin etmişdir. 2018-ci ilə D.Trampın sərvəti 4 milyard $-dan yuxarı qiymətləndirilir. Tramp maaşından imtina etmiş yeganə ABŞ prezidenti deyil. Ondan əvvəl Con Kennedi və Robert Quver də belə etmişdilər.)

Müəllif: Asif Şəfəqqətov

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycan Beynəlxalq Bankında vakansiya

posted in: Audit, bank, İş elanı, Xəbər | 0

vakansiyaVəzifə: Daxili Audit Departamentinə Baş Auditor

Vəzifə öhdəlikləri:

  • Avtomatlaşdırılmış əməliyyat sistemi vasitəsilə əməliyyatların monitorinqlərinin aparılması;
  • Maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
  • Daxili nəzarət sisteminin adekvatlığının, eləcə də fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
  • Kompleks və tematik yoxlamaların (səyyar və ya kameral) aparılması;
  • Bank əməkdaşları və müştərilər ilə görüşlərin təşkili;
  • Əldə edilmiş məlumatlar və aşkarlanmış nöqsanların yazılı şəkildə təsvir edilməsi;
  • Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi;
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Davranış səriştələri:

  • Müstəqillik, tərəfsizlik, məxfilik, qətiyyətlilik, liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlilik kimi fərdi keyfiyyətlərə sahib olmaq;
  • Aanalitik təhlil və problemlərin həlli istiqamətində yaradıcı fikirlər irəli sürmək bacarığı;
  • Vaxtın səmərəli idarəedilməsi;
  • Təqdimat bacarığı.

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi və ya hüquqi təhsil və bank və audit sahəsində azı 2 illik iş stajı;
  • Azərbaycan, Rus  və İngilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması;
  • Ofis Proqramlarında sərbəst işləmək bacarığının olması;

Qeyd: ACCA, CİA  və İFRS üzrə xüsusi beynəlxalq sertifikatlara malik namizədlər yazılı qiymətləndirmədən azaddır

Həmçinin bax: 1200 manat məvaciblə Mühasib axtarılır

Bu iş sizə nələri qazandıracaq:

  • Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  03 Avqust  2018-ci il tarixinədək  / elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Baş Auditor” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Mənbə: ibar.az

Həmçinin bax: 1200 manat məvaciblə mühasib axtarılır

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” Qərarda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Mexanizmlərin texniki vəziyyətiAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 320
Bakı şəhəri, 23 iyul 2018-ci il
“Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 sentyabr tarixli 121 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 aprel tarixli 1905 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 sentyabr tarixli 121 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

  1. 1-ci hissədə “Baş dövlət texniki nəzarət müfəttişliyi (Azərbaşdövləttexnəzarət)” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri ilə, “rayon (şəhər) dövlət texniki nəzarət müfəttişlikləri” sözləri “regional bölmələr” sözləri ilə əvəz edilsin.
  2. 2-ci hissə üzrə:

2.1. ikinci abzasda “Baş dövlət texniki nəzarət müfəttişliyi (Azərbaşdövləttexnəzarət)” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri ilə əvəz edilsin;

2.2. üçüncü abzasda “rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliyi” sözləri “regional bölmələrin” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                     Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Həmçinin bax: “Nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nda kiçik dəyişiklik edildi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

13 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

yerli şirkət

  • “İNTER LOGİSTİC-2016” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1503078191) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev 23A ünvanına bildirə bilərlər.
  • “CLİMTECH AVROPA İSTİLİK VƏ HAVALANDIRMA SİSTEMLƏRİ” MMC (VÖEN: 1700882871) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayev küçəsi 22, mənzil 107 ünvanına bildirə bilərlər.
  • “PROLAYN” MMC (VÖEN: 1500930991) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 28, mənzil 210 ünvanına bildirə bilərlər.
Həmçinin bax: 5 böyük xarici şirkət Azərbaycandan getdi
  • “FİN PROFİL” MMC (VÖEN: 1401224491) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi. ev 55, mənzil 12 ünvanına bildirə bilərlər.
  • “EKOL TƏMİR TİKİNTİ” MMC (VÖEN: 1601195501) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 14, mənzil 54 ünvanına bildirə bilərlər.
  • “DƏYANƏT VƏ ZAUR” Kiçik müəssisəsi (VÖEN: 1200156891) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Xəzər rayonu, Binə Şəhər Tipli Qəsəbə, Hövsan Südçülük Sovxozu ünvanına bildirə bilərlər.
  • “RİCH S.A.” MMC (VÖEN: 1004322311) “S.A.B.A. ŞİRKƏTİ” MMC-nin (VÖEN: 1000234461) fəaliyyətinə xitam verilərək ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
  • “MONT INN” MMC (VÖEN: 1502304981) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 5/7, mənzil 25 ünvanına bildirə bilərlər.
  • “QAFQAZ-Ş” Məhdud məsuliyyətli cəmiyyət (VÖEN: 3000047781) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Şəki şəhəri, F.Əbdürəhmanov küçəsi, ev 4 ünvanına bildirə bilərlər.
Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
  • “BAKI ŞƏHƏR İDMAN KOMBİNATI” (VÖEN: 1700156551) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Neftçilər prospekti, ev 26a ünvanına bildirə bilərlər.
  • “POZİTİV” Məhdud məsuliyyətli cəmiyyət (VÖEN: 1401443791) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9, mənzil 1 ünvanına bildirə bilərlər.
  • “İNTERAKTİV” Məhdud məsuliyyətli cəmiyyət (VÖEN: 1401443661)  ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9, mənzil 2 ünvanına bildirə bilərlər.
  • “İNTERNATİONAL REGAL CONSULTİNG” Məhdud məsuliyyətli cəmiyyət (VÖEN: 1201929271) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala küçəsi, ev 6 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.